Göndərişlərə abunə olun
Загрузка...
ŞOU-BİZ

Rəqsanənin anası, bacısı qadın alverinə görə tutulmuşdu, indi məni məhkəməyə verir

Çoxları onu qalmaqallı müğənni kimi tanıyır

Rəqsanənin anası, bacısı qadın alverinə görə tutulmuşdu, indi məni məhkəməyə verir
saw 446     

O, özü isə bunu inkar edir. Deyir ki, məni qalmaqallara telekanallar cəlb edir. Söhbət tanınmış müğənni Əli Mirəliyevdən gedir.

myBaku.az xəbər verir ki, ifaçı bakuws-in suallarını cavablandırır:

- Əli müəllim, necəsiniz, ümumi əhvalınız necədir?

- Çox sağ olun. Camaat kimi mən də, gözləyirəm. Yaxşılığa doğru nəsə olacağına ümid edirəm. Amma nəsə yaxşı olacağını hiss etmirəm. Əksinə, hər şey pisliyə doğru gedir. Təbii ki, tək musiqidən danışmıram. Dünyada gedən iqtisadi böhran, davalar, müharibələr, Türkiyədəki terror hadisələri... Yəni ümumi olaraq baxıram ki, vəziyyət yaxşı deyil. Biz yaxşıyıq, amma dünyada vəziyyət yaxşı deyil. Sabah-birigün bu hadisələr bizim də qapımızı döyə bilər. Türkiyədə gedən terror hadisələrini nəzərdə tuturam. Türklər bizim qardaşımızdır, oradan çıxıb bura da gələ bilərlər.

- İqtisadi böhrandan söz düşmüşkən, əksər müğənnilər dolların məzənnəsinin qalxmasının və manatın "ölməsi”nin onların toy bazarına kəskin təsir göstərdiyini deyir. Sizdə vəziyyət necədir?

Bəlkə də Əlibaba, Canəli, Mübariz çoxdan acından ölmüşdü…

- 67 yaşım var, 4 il əvvəl təqaüdə çıxmışam. Təqaüdüm isə təxminən 170 manatdır. Yəni deməyim odur ki, vəziyyətim yaxşı deyil. O biri müğənnilər prezident təqaüdü alırlar, birtəhər dolana bilirlər. Yoxsa onlar da çoxdan acından ölmüşdülər. Əlibaba Məmmədov, Canəli Əkbərov, Mübariz Tağıyev indi çoxdan bu dünyadan getmişdilər. Bəli, onlar bacarıblar, qapılar döyüblər, zəhlələr töküblər. Bunun da müqabilində onlara prezident təqaüdü veriblər. Məndə elə xarakter yoxdur, bacarmıram. Hələ cavanlıqdan bu xasiyyətdə olmuşam, heç kimə baş əyməmişəm. Onu da deyim ki, qapılarını döymək lazım gələn adamların xeyir işlərində məhz mən oxumuşam. Hüseynağa Hadıyev, Akif İslamzadə bir də mən – ziyalı adamların toyunda yalnız biz oxuyardıq. Şəhərin ziyalı toyları, dövlət adamları, məmurlar, yazıçılar, musiqiçilər, deputatlar, ən aşağısı, məktəb direktorunun xeyir işində yalnız biz üçümüz oxuyardıq.

- Bəs sonra nə dəyişdi?

- Sonra baxışlar dəyişdi. Etibar, inam itdi. İndi hamı bir-birini aldadır. Milli Məclisdə oturan deputat deyir ki, hər şey yaxşıdır. Əlbəttə, o qədər əməkhaqqı alırsan, sənin üçün yaxşı olar da. Amma mən əvvəl kilosunu 7 manata aldığım "Anchor” yağına, indi 12 manat verməli oluram. Bunun nəyi yaxşıdır?! Yaxşı, yağı yeməyə bilərsən. Kasıbların yediyi çörəyin, kartofun qiymətini qaldırıblar. Mal ətinin kilosu 10, qoyun ətininki isə 12 manatdır. 

Səmədlə Firuzə İbadova şou-proqramlarda 50 manata oxuyurlar

- Toylara gedirsiniz?

- Belə də, tək-tük. Buna da toy demək olarsa... Vaxt var idi ki, məni rayon toylarında oxutmaq üçün 4-5 ay növbə gözləyirdilər. İndi müğənnilərə pis baxırlar. Bizim vaxtımızda rayona toya gedəndə, İslam Rzayev, Hüseynağa Hadıyev, Akif İslamov, Teymur Mustafayev, Baloğlan Əşrəfov, Ağadadaş Ağayev, Məmmədbağır Bağırzadə və mənim ayağımın altında qoyun kəsərdilər. İndi restoranların şou-proqramlarında müğənnilərə 50 manat pul verirlər. Adlı-sanlı müğənnilər gedib, o toylarda oxuyurlar. Ad da çəkə bilərəm, Səməd Səmədov, Firuzə İbadova gedib, şou-proqramlarda 50 manata oxuyurlar. "Babək” filmində deyir e, 40 il boyunduruq altında yaşamaqdansa, bir gun azad yaşamaq yaxşıdır. Bir ara bəzi müğənnilər yüksək qonorardan danışırdılar. Qələt edirlər, acından ölürlər. Əksəriyyəti sürdüyü maşınını belə satıb. Çıxdılar efirə, ədabazlıq, gədalıq etdilər, sinələrinə döydülər, "mən belə, mən elə”... Beş-on müğənnidən başqa, heç birinin evi yoxdur. 

Özünə arxayındır, çünki pul verib, ad alıb... 

- Hər zaman musiqidən, gözəl ifadan danışırsınız. Amma efirlərə yalnız qalmaqalla çıxırsınız... 

- Bilirsən necədir? Məni hansısa verilişin efirinə çağırırlar. Nə mövzu, nə də ki, hansı müğənninin qonaq olacağı ilə maraqlanmıram. Mənim üçün fərq etməz, hətta dünya səviyyəsində bir müğənni olsun, bu heç nəyi dəyişmir. Çünki mən öz işimi yaxşı bilirəm. Bədii Şuradan keçmiş müğənniyəm, yüzdən çox da lent yazım var. Verilişdə hansısa müğənni danışır, baxırsan ki, hə, özünə arxayındır, pul verib, ad alıb. Pul verib, verilişə çağırılıb, pul verib, bütün kameralar ona işləyir. Mən hər şeyi görürəm axı. Ondan soruşuram ki, ay bala, sənin işin nədən ibarətdir ki, burada belə böyük-böyük danışırsan? Deyir ki, məni tanımırsınız? Filankəsəm də. Mən də qayıtdım ki, səni tanımıram. Müğənnisən, canlı oxu, görüm. Sonra deyirəm ki, mən oxuyum? Deyir ki, oxu. Oxuyuram, sonra da deyirəm ki, indi də sən oxu. Üzeyir Hacıbəylinin bir romansını, yaxud da xalq mahnısı oxu. Oxuya bilmir. Bax onda da başlayır, problem, söhbət, qalmaqal. O deyir, mən deyirəm... Bundan sonra da efirdə süjet verirlər: "Şok, şok, şok! Əli Mirəliyev gəldi, aləmi bir-birinə qatdı”. 

Bax, həmin müğənnilər də, mən də hansısa bir məclisə gedək. Onlara heç baxan da yoxdur. Amma məni elə qarşılayacaqlar ki. İnsanlar məni dəstəkləyir, sevir, hörmət edir, məhəbbət nümayiş etdirir. Amma bu, əslində ifamın deyil, qalmaqaların nəticəsidir... Çünki efirlərdə ifamı vermirlər, ancaq qalmaqalları göstərirlər. Bəlkə nadir hallarda lent yazılarımı efirə verərlər. Bilirsiniz niyə? Çünki telekanallara bu sərf etmir. Onlar efirə "geydirmə” müğənniləri çağırırlar. Orijinal, gözəl oxuyan ifaçını efirə çıxarmağa qorxurlar ki, amandır, camaat qəflətdən ayılar. Bir-iki mahnısı var, qoy elə ona verək. Məni efirə çağırır, deyir ki, üç mahnı oxuyacaqsan. Amma birini oxutdurur. Sonra da deyir ki, iki mahnı yerinə danış da. Yəni təki qalmaqal olsun.

Gözəl-göyçək qızdır, amma heç 50 manat verən də yoxdur

- Bu yaxınlarda müğənni Afaq Aslan sizi məhkəməyə verəcəyini demişdi. Məsələ nə yerdə qaldı?

- O müğənnini tanımıram. Hətta heç həyatda bir dəfə də olsun üzünü görməmişəm. Mənə bir jurnalist zəng vurdu. Dedi ki, Afaq Aslan ad-soyadlı bir müğənni var. O deyir ki, bir milyon versələr, soyunaram. Mən də dedim ki, mən Afaq Aslanı tanımıram. Amma Azərbaycanda gözəl-göyçək qızlar var ki, heç 50 manat da verən yoxdur. Afaq Aslan kimdir ki, ona bir milyon pul versinlər?! Sonra başqa jurnalistlər də mənə zəng etdi. Beləliklə də söhbət şişdi, gəldi o yerə çatdı ki, dedilər, "Əli müəllim, sizi məhkəməyə verirlər”. Dedim ki, məni niyə məhkəməyə verirlər? Soyunanı məhkəməyə vermək lazımdır. Məgər mən demişəm ki, bir milyona soyunuram? Sonra da dedim ki, cəhənnəmə məhkəməyə versin. Onsuz da hamı məni məhkəməyə verir. Nə olsun, o vaxt Rəqsanə də məni məhkəməyə verirdi.

Ona lazım idi ki, camaata mənim kimi yaşlı bir adamı yerində oturtduğunu göstərsin

- Yanılmıramsa, aranızda barışıq oldu axı?

- Efirlərə baxın, Rəqsanəni görürsünüz? Amma mən varam. Belə şeylər nəyə lazımdır? Özü də mənim günahım yoxdur. Mən yolda gedərkən, gizli kamera ilə çəkmişdilər. Jurnalist məni danışdırdı. Mənə dedi ki, Rəqsanə də gedib Türkiyəyə, adını dəyişib, qoyub Roksi... Məndə dedim ki, vay, mənim itimin adı da Reksdir. Tutalım, məni 100-500 manat cərimələyəcəklər, pulum var ki, məhkəmələrə verim? Bəlkə də yüz dəfə məni məhkəməyə çağırıblar. Vəkilim gedir, heç maraqlanmıram da. Bugünlərdə məhkəmədən məktub gəlib. Məhkəmə Rəqsanənin xeyrinə qərar çıxarıb, ona 500 manat ödəməliyəm. Nə ilə ödəyim?! Mənə iş verəcəklər, yoxsa dar ağacından asacaqlar (Gülür)?

Görürsünüz, dəyərli bir insanı məhkəməyə verib, xalqın gözündən salmağa çalışırlar. Rəqsanənin 500 manata ehtiyacı yoxdur. Ona lazımdır ki, mənim kimi yaşlı bir adamı yerində oturtduğunu nümayiş etdirsin. Amma o, başa düşmür ki, yaşlı adamı, üstəlik də seyid nəslindən olan birini məhkəməyə verdiyi üçün Allah ona qənim olacaq. Yazıqdı e, iki uşağı var, pis olmağını istəmirəm. Amma əməlinə görə Allah qarşısında cavab verəcək. İndi bir çoxları onların bu hərəkətlərinə göz yuma bilər. Amma görən görür. Onlar başqa işlərlə məşğul idilər. Anası, bacısı, qadın alverinə görə həbs olunmuşdu. Sən gəlib, indi məni məhkəməyə verirsən, utanmırsan? Efirdə mənimlə guya barışdı. Amma arxada məhkəməyə verdi. 

- Belə çıxır ki, Rəqsanə İsmayılova sizi məhkəməyə barışdıqdan sonra verib?

- Bəli. Xəzər TV-də Zaur Kamal aparıcısı olduğu "5/5” verilişində məndən soruşdu ki, Əli müəllim, Rəqsanə necə oxuyur? Mən də dedim ki, Rəqsanə heç vaxt oxuyan olmayacaq. O, müğənni adından istifadə edir. Onun beyni başqa fikirlərə qulluq edir. Bundan sonra Rəqsanə məni məhkəməyə verdi. Düz deyirəm də, Rəqsanə oxuyandı? Ümumiyyətlə, sizə bir söz deyim, bu gün bu qədər xalq artistləri var. Amma onların içərisində 10 normal oxuyanı ola, ya olmaya...

- İfasını bəyəndiyiniz müğənnilər kimlərdir bəs?

- Azər Zeynalov, Aygün Bəylər, Aygün Bayramova, Mənsum İbrahimov, Babək Niftəliyev, Elton Hüseynəliyev, Nadir Qafarzadə. Onların ifasını bəyənirəm. Az qala, bir milyona yaxın oxuyan var, amma heç biri də müğənni deyil. İndi ancaq türk mahnıları oxuyurlar. Üzeyir Hacıbəylinin qoyduğu yol tamam başqadır. Qarayevlər, Niyazilər, Əmirovlar gəldi. Amma indi bu yolu davam etdirən yoxdur.

Faiq Ağayevlə müqayisə edəsi olsam, Nadirə üstünlük verərəm 

- Azər Zeynalov, Aygün Bəylər, Aygün Bayramova, Mənsum İbrahimov, Babək Niftəliyev və Nadir Qafarzadə...

- Bilirəm, təəccübləndiniz. Amma sizə deyim ki, Nadir "muzıkalnlıy” oğlandır, onun şirin səsi var. Düzdür, orasını-burasını kəsdirməyini bəyənmirəm, amma oxumağa qalanda, Faiq Ağayevlə müqayisə eləyəsi olsam, Nadirə üstünlük verərəm. Aygün Kazımovaya, Brilliant Dadaşovaya yox, Nadir Qafarzadəyə üstünlük verərəm. 

Xumarın adı lüt soyunan müğənnilər siyahısında hallanmır

- Xumar Qədimovanın necə, ifasını bəyənirsiniz?

- Xumarın özünəməxsus ifa tərzi, baxışı var. Bir insan kimi ondan xoşum gəlir. Onun adı lüt soyunan müğənnilər siyahısında hallanmır. O, tamam başqa qadındır. Ona görə də onu alqışlayıram. Amma oxumağı məni qane etmir. Nəinki o, heç Brilliant da, Nazpəri də xoşuma gəlmir.
İlhaməni basdırdıq, amma onun mahnılarını basdıra bilməyəcəyik

- Brilliant Dadaşovanın səsi niyə xoşunuza gəlmir?

- "Qırmızı qərənfillər” uşaq ansamblı vardı. 
Uşaq səsi ilə oxumağa başlayır: 

Ay uzun saç, qara göz, ağıllı kuklam mənim...

Yəni deməyim odur ki, Brilliantın səsi dolğun qadın səsi deyil. Rübabə Muradova, Şövkət Ələkbərova, Elmira Rəhimova, İlhamə Quliyevanın səsi deyil. Elmira Rəhimova, Flora Kərimova və İlhamə Quliyeva- bu üçlük möhtəşəmdir. Heyif ki, İlhamə xanım vəfat etdi. Allah Elmira Rəhimova, Flora Kərimovaya uzun ömür versin. Məsələ ondadır ki, İlhaməni basdırdıq, amma onun mahnılarını basdıra bilməyəcəyik. Bu müğənnilər elə-belə oxumayıblar, toy bazarına deyil, xalq musiqisinə işləyiblər. Amma əfsuslar olsun ki, indi toy bazarına işləyənlər xalq artistidirlər. 

AzTV ilə İctimai televiziya mənə qadağa qoyub

-Telekanallardan şikayətləndiniz. Sizə qarşı ögey münasibətin səbəbi nədir?

-Mən Azərbaycan televiziyasında böyümüşəm. Amma bu telekanal indi məni tanımır. "İctimai” televiziya açılandan bir dəfə də olsun efirinə dəvət almamışam. AzTV-də köhnə qurdlar çoxdur. Bilirsiniz ki, kanalın musiqi redaksiyasının baş redaktoru Nadir Axundovdur. Onun əlində çox böyük imkanlar var. O, bizləri AzTV-dən uzaqlaşdırdı. Halbuki, mən onunla çox yaxın olmuşam. Qohumlarının, yaxınlarının toylarında oxumuşam. Nadirin həyat yoldaşı Yeganə Axundova Eldar Mahmudovun əmisi qızıdır (sabiq milli təhlükəsizlik nazirini nəzərdə tutur-red). Ailəyə yaxın olmuşam. Eldarın toyunu mən aparmışam, oxumuşam. Hə, onu da deyim ki, köhnə deputatların 80 faizinin toyunda oxumuşam. 

Üzeyir Hacıbəyli ilə başlayan Azərbaycan musiqisi Üzeyir Mehdizadə ilə bitir... 

-Deputat demişkən, könlünüzdən millət vəkili olmaq keçmir ki?

- O vaxt Rəşid Behbudov Ali Sovetinin deputatı idi. Zeynəb Xanlarovaya da bu ad düşür. Onların fəaliyyətləri olub. Yadıma gəlir, ümummilli lider Heydər Əliyev Müslüm Maqomayevə deputat mandatı vermişdi. Müslüm isə demişdi ki, mən ora gəlib, boş-boş niyə yeri məşğul edim. Heç nə bilmirəm axı. Orada nə danışacağam? Amma Azərbaycan musiqisində bir addım da atmayan insanlar, deputatlıq eşqinə düşüblər. Dərd ondadır ki, bunlar heç oxumağı bilmirlər. Bütün istedadlı insanların - Üzeyir bəyin, Niyazinin, Şövkət Ələkbərovanın, Oqtay Ağayevin, Hüseynağa Hadıyevin, Akif İslamzadənin, həmçinin mənim də musiqi təhsilimiz olmayıb. Bəs biz necə oxumuşuq? Televiziyanın aparıcı müğənniləri olmuşuq. Necə? Çünki biz standartlara cavab verirdik. Amma Niyaməddin Musayevi efirə buraxmırdılar. Onu toy oxuyanı hesab edirdilər. Niyaməddin əvvəllər muğam oxuyurdu, hətta fondda səsi də var. Lakin sonralar gördü ki, muğam oxuyanlar çoxdur və ondan güclüdürlər, Sabir Mirzəyev, İslam Rzayev, başqaları... Niyaməddin muğamdan estrada janrına keçdi. Əslində, onun oxuduğu heç estrada da deyil. Farsın musiqisinin bir qoludur. Amma Zaur Rzayev Azərbaycan vokal sənətinə qulluq edib. Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev də ara müğənnisi idi. Amma Ağadadaş, Məmmədbağır efirə çıxandan sonra bəstəkar mahnıları oxumağa başladılar. Qədir Qızılsəsin gözəl, şirin səsi var. Amma bəstəkar mahnıları oxuya bilmədi, bacarmadı... O, Hindistana, farsa, ərəbə, kürdə qulaq asıb. İndi Üzeyir Hacıbəyli ilə başlayan Azərbaycan musiqisi Üzeyir Mehdizadə ilə bitir... Götürək elə, Səməd Səmədovu. Jurnalist ona sual verir ki, himnimizi kim yazıb? Cavab verir ki, bilmirəm. Xalq artisti himinimizi kimin yazdığını bilmir. Onun azərbaycanlı olmağa nə dərəcədə ixtiyarı var? Belələri ad alacaq, amma oxuyan olmayacaq, tarixə düşməyəcək. Hamısı Azərbaycan musiqisinə qara ləkədir.


L.O.




AFİŞALAR

SON ƏLAVƏLƏR
SON DƏQİQƏ: Cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: Azərbaycan minaatanlardan hücuma keçdi
eye icon 136 time 16:29

SON DƏQİQƏ: Cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: Azərbaycan minaatanlardan hücuma keçdi

Cəbhəboyu zonada yerləşən hərbi hissələr

ÖLKƏ 2017-01-17
SON DƏQİQƏ: Terrorçunun evindən çıxanlar görənləri ŞOK ETDİ - FOTOLAR
eye icon 375 time 16:09

SON DƏQİQƏ: Terrorçunun evindən çıxanlar görənləri ŞOK ETDİ - FOTOLAR

Xəbər verdiyimiz kimi, “Reina” terrorçusunu törədən şəxs ələ keçirilib

DÜNYA 2017-01-17
ŞOK: Eks nişanlısı Nazı döydü - RÜSVAYÇILIQ / video
eye icon 314 time 15:38

ŞOK: Eks nişanlısı Nazı döydü - RÜSVAYÇILIQ / video

“Star TV”də yayımlanan “Zuhal Tolla” verilişinə qatılan azərbaycanlı

ŞOU-BİZ 2017-01-17
Azərbaycanda DƏHŞƏT! Baba nəvəsinin cinsiyyət orqanını kəsdi və...
eye icon 843 time 15:05

Azərbaycanda DƏHŞƏT! Baba nəvəsinin cinsiyyət orqanını kəsdi və...

Təqsirləndirilən R.Bayramov bildirib ki, nəvəsini öldürdüyünü etiraf edib

DİGƏR 2017-01-17
Azərbaycanlı xanım aparıcının dünya çepionu ilə fotosu yayıldı - FOTO
eye icon 649 time 14:35

Azərbaycanlı xanım aparıcının dünya çepionu ilə fotosu yayıldı - FOTO

Aparıcı fotoya "dünya çempionuna zərbə endirdim" şərhini verib.

ŞOU-BİZ 2017-01-17
Azərbaycanlı sevgilisi Naza canlı yayımda bahalı avtomobil hədiyyə etdi - VİDEO
eye icon 218 time 13:55

Azərbaycanlı sevgilisi Naza canlı yayımda bahalı avtomobil hədiyyə etdi - VİDEO

Proqramdan sözügedən görüntüləri sizə təqdim edirik

DİGƏR 2017-01-17
Əməkdar artist övladlarını göstərdi - İLK FOTOLAR
eye icon 111 time 13:45

Əməkdar artist övladlarını göstərdi - İLK FOTOLAR

Əməkdar artist Manana Caparidze "5 /5" verilişində qonaq olub.

ŞOU-BİZ 2017-01-17
Bakıda BİABIRÇILIQ: 14 yaşlı oğlanı zorlayıb videoya çəkdilər
eye icon 683 time 13:16

Bakıda BİABIRÇILIQ: 14 yaşlı oğlanı zorlayıb videoya çəkdilər

Bıçaqla zor tətbiq edəcəyi ilə hədələyərək ona qarşı seksual xarakterli hərəkətlər edib.

ÖLKƏ 2017-01-17
"Aprel döyüşləri"nə aid rəsm İspaniyada 2-ci yeri tutdu - FOTO
eye icon 18 time 12:55

"Aprel döyüşləri"nə aid rəsm İspaniyada 2-ci yeri tutdu - FOTO

İspaniyanın Madrid şəhərində 6-cı Beynəlxalq Yumor Müsabiqəsi başa çatıb.

MARAQLI 2017-01-17
Bakıda gecə klubunda rəqs üstündə qan töküldü
eye icon 158 time 12:30

Bakıda gecə klubunda rəqs üstündə qan töküldü

Həkimlərin bildirdiyinə görə, bıçaq daxilə nüfuz etdiyindən yaralının vəziyyəti ağırdır.

ÖLKƏ 2017-01-17
Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək modeldən yeni FOTOlar
eye icon 185 time 12:01

Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək modeldən yeni FOTOlar

Nərminə bir-birindən fərqli obrazlarda fotosessiya etdirib.

ŞOU-BİZ 2017-01-17
Dünya gözəli futbol klubuna məşqçi təyin olundu – FOTO
eye icon 136 time 11:35

Dünya gözəli futbol klubuna məşqçi təyin olundu – FOTO

2014-cü ildə dünya gözəli seçilən Lidia Opalçenska futbol klubuna məşqçi təyin olunub.

ŞOU-BİZ 2017-01-17
Cəbhədə vəziyyət gərginləşir: ermənilər reaktiv odsaçanı işə saldılar (FOTO)
eye icon 182 time 11:32

Cəbhədə vəziyyət gərginləşir: ermənilər reaktiv odsaçanı işə saldılar (FOTO)

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

DİGƏR 2017-01-17
Hamilə Şəbnəm Tovuzlu evli məmur sevgilisi ilə (FOTO)
eye icon 777 time 11:29

Hamilə Şəbnəm Tovuzlu evli məmur sevgilisi ilə (FOTO)

Vurğulayaq ki, fotoda sevgilsinin yalnız qolu əks olunub.

DİGƏR 2017-01-17
Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı (VİDEO)
eye icon 749 time 11:18

Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı (VİDEO)

Erməni toyundan azərbaycanlıları qəzəbləndirəcək görüntülər paylaşılıb.

DİGƏR 2017-01-17
Dünyanın gözü Davosda - Əliyev də ordadır
eye icon 112 time 10:55

Dünyanın gözü Davosda - Əliyev də ordadır

Bu gün sayca 47-ci Dünya İqtisadi Forumu İsveçrənin Davos şəhərində öz işinə başlayır.

DİGƏR 2017-01-17
DİQQƏT: Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi
eye icon 15 time 10:52

DİQQƏT: Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi

Bakıda daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyşdirilib.

DİGƏR 2017-01-17
"Reina" terrorçusu ilə birlikdə tutulan 3 qadının sirri AÇILDI
eye icon 202 time 10:24

"Reina" terrorçusu ilə birlikdə tutulan 3 qadının sirri AÇILDI

Terrorçuyla birlikdə eyni evdə tutulan üç qadının afrikalı olduqları təyin edilib.

DÜNYA 2017-01-17
Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlandı
eye icon 156 time 10:20

Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlandı

29 yaşlı oyunçunun transfer qiymətinin əvvəlki aylarla müqayisədə artdığı göstərilir.

DİGƏR 2017-01-17
Azərbaycan pasportları İŞİD-də - VİDEO
eye icon 399 time 09:50

Azərbaycan pasportları İŞİD-də - VİDEO

Videoda tapılan pasportlar arasında ən azı iki azərbaycanlı da var.

DİGƏR 2017-01-17
Saçı tökülənlərin nəzərinə: əsas səbəb budur
eye icon 196 time 09:33

Saçı tökülənlərin nəzərinə: əsas səbəb budur

Müasir dövrdə tez-tez rastlanan xəstəliklərdən biri də saç tökülmələridir.

DİGƏR 2017-01-17
İstanbulu qana bulayan şəxs belə yaxalandı (VİDEO, FOTO)
eye icon 206 time 09:23

İstanbulu qana bulayan şəxs belə yaxalandı (VİDEO, FOTO)

Yeni il gecəsi İstanbulun məşhur gecə klubu olan

DÜNYA 2017-01-17
"Tramp bir gecəni onunla keçirməyimi istədi" - "Miss Macarıstan"
eye icon 475 time 00:43

"Tramp bir gecəni onunla keçirməyimi istədi" - "Miss Macarıstan"

“Miss Macarıstan 2013” gözəli Kata Sarka dəvət aldığı proqramlardan birində maraqlı etiraf edib.

DİGƏR 2017-01-17
Aktrisanı sinə dekoltesinə görə yıxıb-sürüdülər - FOTOLAR
eye icon 575 time 00:13

Aktrisanı sinə dekoltesinə görə yıxıb-sürüdülər - FOTOLAR

"Çocuklar Duymasın"ın aktrisası Pınar Altuğ toy məclislərinin birində iştirak edib.

DİGƏR 2017-01-17
Sevda elə qısa geyindi ki... - FOTOLAR
eye icon 577 time 23:49

Sevda elə qısa geyindi ki... - FOTOLAR

Müğənni Sevda Yəhyayeva sosial şəbəkədə yeni fotolarını paylaşıb.

ŞOU-BİZ 2017-01-16
Bakıda qadın doğuşa qədər hamilə olduğunu bilməyib – VİDEO
eye icon 291 time 23:26

Bakıda qadın doğuşa qədər hamilə olduğunu bilməyib – VİDEO

Bakıda qeyri adi hadisə yaşanıb.

DİGƏR 2017-01-16
Alimlər qəlyanın ölümcül təsiri barədə xəbərdarlıq ediblər
eye icon 239 time 23:01

Alimlər qəlyanın ölümcül təsiri barədə xəbərdarlıq ediblər

Almaniyalı həkimlər və alimlər qəlyanın ölümcül təhlükəli olması barədə əhaliyə xəbərdarlıq ediblər.

MARAQLI 2017-01-16
Keçmiş deputat oğluna toy etdi: Gəlini qızıla tutdular - FOTO
eye icon 891 time 22:39

Keçmiş deputat oğluna toy etdi: Gəlini qızıla tutdular - FOTO

Məşhur otellərdən birində baş tutan toyda əsasən ailə üzvləri və yaxınları iştirak ediblər.

DİGƏR 2017-01-16
Azərbaycanda ətin qiyməti BAHALAŞDI - VİDEO
eye icon 800 time 22:19

Azərbaycanda ətin qiyməti BAHALAŞDI - VİDEO

Azərbaycan ətə olan tələbatın 92 faizini özü istehsal edir.

DİGƏR 2017-01-16
Balıq yağının düzgün qəbulu belə olmalıdır
eye icon 31 time 21:47

Balıq yağının düzgün qəbulu belə olmalıdır

Balıq yağını yeməkdən dərhal sonra qəbul etmək lazımdır.

MARAQLI 2017-01-16
Azərbaycanlı qız canlı efirdə isti su ilə dolu vannaya girdi – VİDEO
eye icon 210 time 21:33

Azərbaycanlı qız canlı efirdə isti su ilə dolu vannaya girdi – VİDEO

ARB TV-də yayımlanan “Yaşamaq gözəldir” verilişində maraqlı anlar baş verib.

DİGƏR 2017-01-16
Sevil-Sevinc: "İlhamə Quliyeva rəhmətə getdi, dava-dalaş qutardı"
eye icon 649 time 21:16

Sevil-Sevinc: "İlhamə Quliyeva rəhmətə getdi, dava-dalaş qutardı"

Müğənni Sevil-Sevinc bacıları şoubiznesdə olan durğunluqdan da söz açıblar.

ŞOU-BİZ 2017-01-16
Yeni ana olan müğənni Aytac 40 günlük qızı ilə - FOTO
eye icon 358 time 20:46

Yeni ana olan müğənni Aytac 40 günlük qızı ilə - FOTO

Müğənni Aytac Vidadiqızı 40 günlük qızının fotosunu paylaşıb.

DİGƏR 2017-01-16
Amerikanın ən qədim insanları aşkarlanıb
eye icon 187 time 20:31

Amerikanın ən qədim insanları aşkarlanıb

Şimali Amerikada ən azı 24 min il bundan əvvəl məskunlaşıblar.

DÜNYA 2017-01-16
eye icon 3035 time 20:20

"Maaş minimum 700 manat olacaq" - Nazirdən əhaliyə ŞAD XƏBƏR

Bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq.

DİGƏR 2017-01-16
Bakı sakini iddia edir ki, 12-ci imamdır - VİDEO
eye icon 509 time 20:16

Bakı sakini iddia edir ki, 12-ci imamdır - VİDEO

Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqresiya ilə qarşılanıb.

DİGƏR 2017-01-16
Əməkdar artist: "İllər keçsə də, məni "barbi" deyə çağırırlar"
eye icon 188 time 19:17

Əməkdar artist: "İllər keçsə də, məni "barbi" deyə çağırırlar"

Əməkdar artist Rühəngiz Allahverdiyeva "ATV maqazin onlarla" verilişinə müsahibı verib.

DİGƏR 2017-01-16
Dövlət maşınları satışa çıxarılır: 1000, 1200 və 1800 manata (SİYAHI)
eye icon 3021 time 18:47

Dövlət maşınları satışa çıxarılır: 1000, 1200 və 1800 manata (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 14-də növbəti avtomobil hərracını keçirəcək.

DİGƏR 2017-01-16
Smartfon istifadə edənlərə şad XƏBƏR: Daha telefon partlayan deyil
eye icon 18 time 18:35

Smartfon istifadə edənlərə şad XƏBƏR: Daha telefon partlayan deyil

ABŞ-ın Stenford Universitetinin alimləri smartfonlar üçün kiçik yanğınsöndürmə qurğusu hazırlayıblar.

DİGƏR 2017-01-16
Rəqqasə Renka başında şamdan rəqs etdi (FOTO/VIDEO)
eye icon 416 time 18:25

Rəqqasə Renka başında şamdan rəqs etdi (FOTO/VIDEO)

Rəqqasə Renka ləqəbi ilə tanınan Rəna Ağamuradova yeni fotosessiya etdirib.

DİGƏR 2017-01-16

baku city