saw 7768     
ŞOK: Azərbaycanda direktorla müəllimə arasında - SEKS VİDEOSU qalmaqalı

ŞOK: Azərbaycanda direktorla müəllimə arasında - SEKS VİDEOSU qalmaqalı

Şəmkir kənd məktəbində səs-küylü qalmaqal yaranıb. "myBaku.az" musavat.com-a istinadən xəbər verir ki, rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: “Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş, öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən “reketçiliklə” pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar.

Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səsyazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi”.

Sayt məsələyə aydınlıq gətirmək üçün adıçəkilən məktəbin direktoru Akif Namazovla əlaqə saxlayıb. Direktor ona qarşı edilən ittihamlarla bağlı çox ilginc açıqlama verib.

Direktorun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: “Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbook almışdım. O da həmin noutbooku evə aparıb gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbooku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbooka o, seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam.

Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim. O, çox istədi ki, kompüteri alıb, o videoları sildirsin, amma mən buna imkan vermədim. Sonra Şəmkir rayon Təhsil Şöbəsində onun “oynaşları” var. Onların yazışmalarını tutmuşam. Beləliklə onun əmri 6 yanvarda verildi, işdən çıxartdım. Ona dedim ki, çıx işdən, bir daş altda, bir daş üstdə... Mənə 500 manat təklif etdi ki, o videolar silinsin. Mən də götürmədim. Daha sonra gecə ilə kiminsə əli ilə otağıma girib, kompüterdən həmin videoları sildirib. Bu, dekabrın 20-dən 21-nə keçən gecə baş verib. Mən də polisə zəng etdim. Polis də tökülüb gəldi. Məsələ ilə bağlı ifadə verdilər. Amma sonra pul verib, özlərini xilas edə bildilər.

“Şəmkirdə direktorla müəllimə arasında  -  Seks videosu qalmaqalı

Mən onu ştatda artıq olmaq adı ilə işdən çıxartdım. Video məsələsini isə kənara qoydum. Çünki bu, həm onun, həm də məktəbin adına biabırçılıq idi. Mən ona hörmət etdim. Onu açıq deməyəcəkdim, ta ki, otağımın qapısı açılanacan. Direktorun qapısının gecə açılması nə deməkdir? Polisə də deyib ki, Akif müəllim məndən “nəsə” istəyib. Yalançının atasına lənət... Guya mən onunla yaşamaq istəmişəm. Kimin yanında, nə vaxt istəmişəm. Sən 3 ildir ki, məktəbdə işləmişən, necə olur ki, 3 il ərzində istəməmişəm, indi istədim? Nəyə görə? Sübutun varmı? Çoxları mənə deyirdi ki, o, uşaqların tərbiyəsini pozur, çıxart onu işdən…”

Direktor diplom işinə imtina gələn müəllimlərdən rüşvət alması ittihamına da cavab verib: “Bəli, bəzi müəllimlərimizin diplomuna imtina gəlmişdi. Lakin sonra ciddi araşdırma aparıldı, məlum oldu ki, onlar haqqında düzgün məlumat verilməyib, sənədləri yerindədir və onlar imtahana buraxıldı. Əgər bu, yalan olsa, mənim pencəyimi götürüb, məktəbdən getməyə hazıram”.


     

POPULYAR OXUNANLAR
BİABIRÇILIQ: EFİRDƏ NAZİM JURNALİSTƏ HÜCUM ÇƏKDİ - VİDEO ŞOU-BİZ
BİABIRÇILIQ: EFİRDƏ NAZİM JURNALİSTƏ HÜCUM ÇƏKDİ - VİDEO
Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə bir anda qonaqlar arasında gərginlik artıb.
13 YAŞLI BACISINA MESAJ YAZANLA GÖRÜŞDƏ... - FOTOLAR ÖLKƏ
13 YAŞLI BACISINA MESAJ YAZANLA GÖRÜŞDƏ... - FOTOLAR
Prokuror Mirismayıl Hüseynovun cəzasının 10 ilə qədər artırılmasını tələb edir.
RÖYA ZABİTLƏ SEVGİLİ OLMASINDAN DANIŞDI - FOTO ŞOU-BİZ
RÖYA ZABİTLƏ SEVGİLİ OLMASINDAN DANIŞDI - FOTO
Röya Zabit Səmədovla aralarında sevgi münasibətinin olması xəbərinə münasibət bildirib.
DİQQƏT: `AFF PARK`-IN SAHİBİ HƏBS EDİLDİ - İNANILMAZ SƏBƏB ÖLKƏ
DİQQƏT: `AFF PARK`-IN SAHİBİ HƏBS EDİLDİ - İNANILMAZ SƏBƏB
Tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.
ANARIN ÖLDÜRDÜYÜ DÜNYA ÇEMPİONUNUN YENİ GÖRÜNTÜSÜ - VİDEO DÜNYA
ANARIN ÖLDÜRDÜYÜ DÜNYA ÇEMPİONUNUN YENİ GÖRÜNTÜSÜ - VİDEO
Anar çempionun başına və sifətinə güclü zərbələr endirərək onu öldürüb.
SON DƏQİQƏ! TÜRKİYƏNİ VURDULAR DÜNYA
SON DƏQİQƏ! TÜRKİYƏNİ VURDULAR
Şimali İraqdan Türkiyəyə hücum olub.
BAKIDA OĞLANI GEYİMİNƏ GÖRƏ AVTOBUSDAN ÇIXARTDILAR - FOTO ÖLKƏ
BAKIDA OĞLANI GEYİMİNƏ GÖRƏ AVTOBUSDAN ÇIXARTDILAR - FOTO
Gəncin geyindiyi köynək mübahisəyə səbəb olub.
SİBELCAN LÜT BALKON ŞƏKİLLƏRİNDƏN DANIŞDI - FOTOLAR ŞOU-BİZ
SİBELCAN LÜT BALKON ŞƏKİLLƏRİNDƏN DANIŞDI - FOTOLAR
Sibel Can balkonda alt paltarında çəkilən şəkillərindən danışıb.
AYGÜN ONUNLA ÖPÜŞDÜ VƏ OXUDU - VİDEO ŞOU-BİZ
AYGÜN ONUNLA ÖPÜŞDÜ VƏ OXUDU - VİDEO
Sənətçi övladı İlqarə ilə birlikdə `Səndən bir dənədir` mahnısını səsləndirib.
FATİMƏNİN QIZI MİNİ GEYİNDİ - SELLÜLİTLƏRİ GÖRÜNDÜ - FOTO ŞOU-BİZ
FATİMƏNİN QIZI MİNİ GEYİNDİ - SELLÜLİTLƏRİ GÖRÜNDÜ - FOTO
Fatimə Fətəliyevanın qızı Aydan ötən gün xalq artisti Aygün Kazımovanın konsertində iştirak edib.
ŞƏHƏRİN MƏRKƏZİNDƏ CİNSİ ƏLAQƏYƏ GİRDİLƏR - FOTOLAR DÜNYA
ŞƏHƏRİN MƏRKƏZİNDƏ CİNSİ ƏLAQƏYƏ GİRDİLƏR - FOTOLAR
Şəhərin mərkəzində, küçədə biabırçı hadisə baş verib.
HAFİZ HACIYEVİN QIZI AVTOŞLUĞA GÖRƏ TUTULUB - FOTO ÖLKƏ
HAFİZ HACIYEVİN QIZI AVTOŞLUĞA GÖRƏ TUTULUB - FOTO
Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılıb.
ŞOK! NAZIN ERMƏNİ SEVGİSİ... - VİDEO ŞOU-BİZ
ŞOK! NAZIN ERMƏNİ SEVGİSİ... - VİDEO
Azərbaycanlı gəlin namizəd Naz hamının qınağına tuş gəlib.
MODEL ƏMƏLİYYATDAN SONRA TANINMADI - FOTOLAR DİGƏR
MODEL ƏMƏLİYYATDAN SONRA TANINMADI - FOTOLAR
İsveçli model Nataşa Krovn estetik əməliyyatlardan sonra tanınmaz hala düşüb.
ƏRƏBLƏRİN `BRABUS`-LARIN BELƏ QOVDULAR - VİDEO DÜNYA
ƏRƏBLƏRİN `BRABUS`-LARIN BELƏ QOVDULAR - VİDEO
ONLARI ŞƏHƏRDƏN ÇIXMAĞA MƏCBUR EDİBLƏR.
HƏKİM XƏSTƏYƏ NARKOZ VERİB SONRA TƏCAVÜZ ETDİ - VİDEO DÜNYA
HƏKİM XƏSTƏYƏ NARKOZ VERİB SONRA TƏCAVÜZ ETDİ - VİDEO
Plastik Cərrahiyyə Klinikasının anestezioloqu həbs olunub.
BİABIRÇILIQ! XOŞQƏDƏMİN `ZƏNCİRLƏNMİŞ OĞLAN` ƏHVALATI QURMA ÇIXDI - VİDEO ŞOU-BİZ
BİABIRÇILIQ! XOŞQƏDƏMİN `ZƏNCİRLƏNMİŞ OĞLAN` ƏHVALATI QURMA ÇIXDI - VİDEO
Qadına çəkilişin oğlunun müalicəsinə kömək etmək məqsədilə edildiyi deyilib.