saw 1133     
DİQQƏT: İlham Əliyev hansı oliqarxları və niyə hədələdi...

DİQQƏT: İlham Əliyev hansı oliqarxları və niyə hədələdi...

Xəbər verildiyi kimi ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib. Prezident iclasdakı yekun nitqində iqtisadiyyatın bir çox sahələri ilə bağlı mövcud olan problemlər və planlar barədə danışıb.
 
myBaku.az xəbər verir ki, prezidentin çıxışında yer verdiyi məqamlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədədir.
 
Prezidentin çıxışından belə məlum olur ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb. Və İlham Əliyev bildirib ki,  limanın birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır.  Prezidentin çıxışından sitat : "Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər»
 
Bəs prezidentin bu sərt xəbərdarlığı kimlərə ünvanlanıb? Strateji əhəmiyyət daşıyan iqtisadi layihənin həyata keçirilməsini ləngidənlər, bu işə görə məsuliyyət daşıyanlar kimlərdir?
 
Virtualaz.org xatırladır ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməli 2010-cu ildə qoyulub. Kompleksinin layihəsi Hollandiyanın "Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.
 
Nəqliyyat Nazirliyinin rəsmi saytında göstərildiyi kimi  liman kompleksinin 400 hektarlıq ərazisinin tikintiyə hazırlanması, habelə Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi "Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də "Evrascon” ASC tərəfindən aparılmaqdadır.
 
Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın "Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilib.
 
Prezidentin çıxışından dərhal belə nəticəyə gəlmək olar ki, iradların Hollandiya şirkətinə dəxli yoxdur. Bu iradlar məhz yerli şirkətə-"Evrascon” ASC-yə aiddir. Çünki limanın quru hissəsində tikinti, kran və qurğuların alınıb quraşdırılması işləri məhz bu şirkətə sifariş verilib. Və belə məlum olur ki, prezident ötən il ərzində limanın tikintisini bilavasitə nəzarətində saxlayıb və yaranmış problemlərə görə hansısa iri məmurlar buna görə əməlli başlı tər tökməli olublar.
 
"Evrascon” ASC (Əvvəlki adı "Azərkörpü” ASC) baş nazirin müavini Abid Şərifova bağlı şirkət hesab edilir. Mətbuat Şərifovun "Evrascon”la bağlılığına dair əvvəllər dəfələrlə yazıb. O da yazılıb ki, bu şirkət hazırda ciddi maliyyə sıxıntısı içərisindədir, şirkətin digər layihələrində işləyən fəhlələr aylarla əmək haqqı ala bilmir. Dəfələrlə "Evrascon”un işçilərinin əmək haqqının ödənilməsi tələbi ilə aksiyalar keçirdiyi məlumdur. Bir sözlə, "Evrascon” Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi tikintisi vaxtında tamamlanmalı olan strateji layihə üçün heç də yaxşı reputasiyalı podratçı hesab edilə bilməz. Axı bu layihədən ölkə iqtisadiyyatının şaxələndirilməsi, Azərbaycan üzərindən keçən İpək Yolu beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılması və beləliklə də ölkənin tranzit gəlirlətinin artımı baxımından çox şey asılıdır. Necə ola bilər ki, podratçı şirkət dövlət büdcəsindən tikinti üçün ayrılmış vəsaitləri istifadə etməyib? Bu, doğrudan da ciddi məsuliyyətsizlik və təsərrüfatsızlıq hesab oluna bilər. Və belə görünür ki, prezidentin səbri tükənib və o, Abid Şərifova bağlı şirkətə sonuncu sərt xəbərdarlığını edib. Cəza tədbirlərindən birinin nədən ibarət olacağını da deyib-büdcə vəsaitləri hesabına inşa edilən tikinti layihələrinə buraxılmamaq. Bu isə "Evrascon” ASC üçün tam iflas demək olardı.
 
"Evrascon” ASC-in icraçı direktoru Manaf Şirinov özü də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. Mətbuatda yazılanlara görə o, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında şikayətlənib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə görə 50 milyon manatlıq sifariş verilmişdi. Və tələb edilmişdi ki, işlər vaxtında təhvil verilsin. Ancaq M.Şirinov iddia edir ki, həmin pulu ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. O vaxt isə manat artıq dəyərdən düşmüşdü. "Biz layihəni işləmək üçün məcbur olub maliyyə institutları ilə müqavilə bağlayaraq kreditlər aldıq. Özü də dollar və avro ilə"-Şirinov şirkətin səhmdarlarına niyə divident vermədiyi haqda narazılıqlara cavab olaraq özünü müdafiə etməyə çalışıb. virtualaz.org

     

POPULYAR OXUNANLAR
DİQQƏT! SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - BU QAYDALAR DƏYİŞDİRİLİR ÖLKƏ
DİQQƏT! SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - BU QAYDALAR DƏYİŞDİRİLİR
Layihə səsə qoyularaq qəbul edilib.
BAKIDA POLİS SEVGİLİSİ İLƏ QAÇAN QIZ ÖZÜNÜ ÖLDÜRDÜ... NİYƏ? - FOTO ÖLKƏ
BAKIDA POLİS SEVGİLİSİ İLƏ QAÇAN QIZ ÖZÜNÜ ÖLDÜRDÜ... NİYƏ? - FOTO
Xalidə Vəliyeva noyabrın 12-də 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
RƏZALƏT! ƏXLAQSIZLIQ YUVASINDA 20 MANATLIQ QADINLAR - VİDEO ÖLKƏ
RƏZALƏT! ƏXLAQSIZLIQ YUVASINDA 20 MANATLIQ QADINLAR - VİDEO
Xaçmaz şəhərində Çarxı kəndinin camaatı çox narahatdır.
AZƏRBAYCANIN BİKİNİ-FİTNESS ÇEMPİONU SEÇİLDİ - FOTOLAR İDMAN
AZƏRBAYCANIN BİKİNİ-FİTNESS ÇEMPİONU SEÇİLDİ - FOTOLAR
Ötən gün Bikini-Fitness üzrə Azərbaycan Çempionatı baş tutub.
Faiq, Aygün, Almaz və Samirin 29 il əvvəlki görüntüləri yayıldı - VİDEO ŞOU-BİZ
Faiq, Aygün, Almaz və Samirin 29 il əvvəlki görüntüləri yayıldı - VİDEO
Sosial şəbəkə istifadəçiləri əsasən müğənnilərin geyimi müzakirə ediblər.
MTRŞ-DƏN ZAURUN AZYAŞLI QIZA ELÇİ GETMƏSİ İLƏ BAĞLI - AÇIQLAMA ÖLKƏ
MTRŞ-DƏN ZAURUN AZYAŞLI QIZA ELÇİ GETMƏSİ İLƏ BAĞLI - AÇIQLAMA
`Artıq Xəzər televiziyasında yayımlanan bu verilişdən də xəbərdarıq.`
AZƏRBAYCANLI `VİNER` HÜSEYNDƏN QALMAQALA SƏBƏB OLACAQ - VİDEO DİGƏR
AZƏRBAYCANLI `VİNER` HÜSEYNDƏN QALMAQALA SƏBƏB OLACAQ - VİDEO
Azərbaycanlı videobloger Hüseyn Əzizoğlunun çəkdiyi video növbəti dəfə tənqidə məruz qalıb.
AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏZA - POLİSLƏR QƏZAYA DÜŞDÜ - BİRİ ÖLDÜ - FOTOLAR ÖLKƏ
AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏZA - POLİSLƏR QƏZAYA DÜŞDÜ - BİRİ ÖLDÜ - FOTOLAR
Qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantıdır.
DİQQƏT! AZƏRBAYCANLI QADIN HƏRBİÇİ ŞƏHİD OLDU - FOTO DÜNYA
DİQQƏT! AZƏRBAYCANLI QADIN HƏRBİÇİ ŞƏHİD OLDU - FOTO
Güclü partlayış nəticəsində ölən və yaralananlar olub.
GECƏ AVTOXULİQANLIQ EDƏRƏK POLİSƏ ÇƏTİNLİK YAŞADAN ELVİN KİMDİR? - VİDEO ÖLKƏ
GECƏ AVTOXULİQANLIQ EDƏRƏK POLİSƏ ÇƏTİNLİK YAŞADAN ELVİN KİMDİR? - VİDEO
Bakıda “BMW” markalı avtomobilin sürücüsünün sərxoş halda avtoxuliqanlıq edib.
MİLYONÇU 19 YAŞLI QIZIN BAKİRƏLİYİNİ ALDI - 3 MİLYONA - FOTOLAR DÜNYA
MİLYONÇU 19 YAŞLI QIZIN BAKİRƏLİYİNİ ALDI - 3 MİLYONA - FOTOLAR
19 yaşlı amerikalı model bakirəliyini ərəb milyonçuya satıb.
ƏSAS XƏBƏR! BENZİN - BAHALAŞDI 1,25 - 1,50 AZN OLDU ÖLKƏ
ƏSAS XƏBƏR! BENZİN - BAHALAŞDI 1,25 - 1,50 AZN OLDU
Azərbaycanda benzinin qiyməti bahalaşdı.
AZƏRBAYCAN ƏSƏBLƏŞƏN KİŞİ `LÜKS CİP`-İ BELƏ YANDIRDI - ŞOK VİDEO DİGƏR
AZƏRBAYCAN ƏSƏBLƏŞƏN KİŞİ `LÜKS CİP`-İ BELƏ YANDIRDI - ŞOK VİDEO
Hadisə bir neçə gün bundan öncə baş verib.
SON DƏQİQƏ! Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ - AÇIQLAMASI DÜNYA
SON DƏQİQƏ! Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ - AÇIQLAMASI
Rəcəb Tayyip Ərdoğan Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib.
SON DƏQİQƏ! AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB - SON MƏLUMAT ÖLKƏ
SON DƏQİQƏ! AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB - SON MƏLUMAT
AMEA-nın Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
MİLYONÇU ƏRƏB BAKIDAN QIZ ALDI - VİDEO ÖLKƏ
MİLYONÇU ƏRƏB BAKIDAN QIZ ALDI - VİDEO
Azərbaycanlı qız ərəb oğlanla ailə həyatı qurub.
`QOCA`-NIN TOYDAN MARAQLI GÖRÜNTÜLƏRİ - VİDEO DİGƏR
`QOCA`-NIN TOYDAN MARAQLI GÖRÜNTÜLƏRİ - VİDEO
“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun toyda olarkən çəkilmiş görüntüləri yayılıb.
SON DƏQİQƏ! RƏŞAD SADIQOVA VƏZİFƏ VERİLİR İDMAN
SON DƏQİQƏ! RƏŞAD SADIQOVA VƏZİFƏ VERİLİR
AFFA-nın idman direktoru Bernard Lippert tezliklə ölkəmizlə vidalaşacaq.