saw 1398     
Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO
Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO
Dövlət İqtisad Universitetinin müəllimi faciəvi şəkildə həlak olub

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi faciəvi şəkildə həlak olub.

myBaku.az criminal.az-a istinadən xəbər verir ki, universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın idarə etdiyi ''Nissan'' markalı avtomobil yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. 

S.İsmayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Elm Mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformatika" kafedrasının müəllimi idi. 

Məlumata görə, S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir. 

FOTOLAR:  ŞƏKİLLƏRİ BÖYÜTMƏK ÜÇÜN ONLARA KLİK EDİN
Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO
2
Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO
3

     

ƏN ÇOX OXUNANLAR