Göndərişlərə abunə olun
Загрузка...
DİGƏR

“İkinci toyumu Bakıda edəcəyəm” - Efirdə evlilik təklif edən TV rəhbəri

“CBC Sport” telekanalının baş direktoru Volkan Üstün

“İkinci toyumu Bakıda edəcəyəm” - Efirdə evlilik təklif edən TV rəhbəri
saw 290     

“CBC Sport” telekanalının baş direktoru Volkan Üstün “Qafqazinfo”ya müsahibəsi

- Kanalınız geridə qalan yarım mövsümdə nələri bacardı, nələri bacarmadı?

- “CBC Sport”un əslində bacarmadığı heç bir şey olmadı. Hətta hədəflərimizdən daha irəli getdik. Bir ili tamam olmamış kanal çox sayda yarışları işıqlandırdı. U-17 Avropa çempionatının yayımı, Fransada keçirilən AÇ-2016-nın oyunları və Parisdən canlı yayımı təşkil etdik. Bütün bunların yanında bir çox verilişlər də efirə getdi. Biz təkcə futbolla kifayətlənmədik. Cüdo, voleybol, tennis, basketbol kimi oyunlara da yer ayırdıq. Tamaşaçılarımızdan da təşəkkür məktubları alırıq. Bacarmadığımız şey isə odur ki, ölkənin iqtisadi durumuna uyğun olaraq bəzi şeylərdə önümüz kəsildi. Bunlara uyğun da tədbir görəcəyik. 2017-ci ilə daha yaxşı start verəcəyik. Ən önəmli şeylərdən biri də bizim Azərbaycan Premyer Liqasını işıqlandırmağımızdır. Bu çempionata gətirdiyimiz yeniliklər göz önündədir. Bu il də sürprizlər davam edəcək.

- Azərbaycan çempionatının səviyyəsinin aşağı olması keyfiyyətli yayıma nə qədər mane olur?

- Bu, hamının ortaq düşüncəsidir ki, komandaların sayı çox olsa, çempionat daha da gərginləşəcək və keyfiyyət artacaq. Amma bunu həll etmək bizim vəzifəmiz deyil. Bizim düşüncəmiz odur ki, yayımı keyfiyyətli təşkil edək və kanalı izləyən xarici ölkə vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar razı qalsınlar. Azərbaycan komandaları “Qarabağ” və “Qəbələ” bu il Avropada yaxşı çıxış etdilər, milli komanda DÇ-2018-in seçmə mərhələsində 4 oyuna 7 xal yığdı. Bunları kanal işıqlandırarkən keyfiyyət çox yaxşı olur. “İdman Azərbaycan” kanalı ilə birlikdə uğur qazanmağa doğru irəliləyirik.

- Azərbaycanda şərhçilik problemi daim aktual mövzu olaraq qalır. Ümumiyyətlə, bu yöndə inkişaf üçün bizdə nə çatmır?

- Bu, Türkiyədə də daimi problemdir. Şərhçilərini ən çox sərt tənqid edən bəlkə də bizik. Şərhçilik insanın özəl durumudur. İnsanların həyatında baş verənlər şərh etdikləri oyuna da çox yansıyır. Ən yaxşısı şərhə girdiyin zaman hər şeyi qapının önündə buraxmaqdır. Bunun dünyada çox yaxşı örnəkləri var. Rusiyada, Türkiyədə şərhçilər var ki, onları izləmək lazımdır. Harda daha çox emosiyalarla danışmaq, harda təhlilə üstünlük verməyi öyrənmək lazımdır. Bizim hər həftə burada toplantımız olur. Bu barədə çox danışırıq. Daxili şuramız da var. Bu mövzularda çox müzakirələr olur. Matçların ardından necə hakim qərarları müzakirə olunursa, bizdə də şərhçilərin danışıqları təhlil edilir. Hər kəsə tapşırıqlar verilir. Şərhçilik insani keyfiyyətlərlə bağlıdır. Bizə yaxşı gələn şeylər digərlərinə xoş gəlməyə bilər.

- Son zamanlar “CBC Sport”da maliyyə problemlərinin ciddi hal aldığına dair söz-söhbətlər var...

- Yox, bu düzgün deyil. Biz bütün işçilərin maaşını vaxtında veririk. Sadəcə yeni ilə girərkən bəzi tədbirlər gördük. Hər yerdə olan iqtsadi durumu nəzərə alaraq, biz ehtiyatlı addım atdıq. Bizim böyük bir PTS-imiz var idi. Onu Türkiyəyə yolladıq, əvəzində isə başqa biri hazırlanır. Yayımın keyfiyyətli olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Lakin o PTS-i göndərdiyimiz üçün bəzi işçilərimizlə yollarımız ayrıldı. Bu işdən çıxarılma kimi görünsə də, əslində işimiz üçün etdiyimiz dəyişikliklərdir. Şirkət olaraq hər şey öz yerindədir. Sadəcə iqtisadi tədbirlərimizi davam etdiririk.

- İkinci dövrənin son oyunlarında az matçlardan yayım verdiniz. Bəs, mövsümün geri qalanında necə olacaq?

- Bacardığımız qədər çox oyunları, iki PTS-lə yayımlayacağıq. Ötən il 5 saatlıq yayım etdiyimiz kubok finalı üçün bu il daha böyük sürprizlər düşünmüşük.

- Əslində bizi bu müsahibəyə sövq edən səbəb sizin canlı yayımda keçmiş həyat yoldaşınıza etdiyiniz evlilik təklifidir. Bu necə baş verdi?

- Bu barədə ilk dəfə sizə danışıram. Heç Türkiyə mətbuatına da açıqlama vermədim. Keçmiş həyat yoldaşımla 11 il evli olmuşuq. Onunla bir ara münasibətlərimizdə problemlər oldu. Düşünmək üçün bir ara ayrı yaşamaq qərarına gəldik. Amma fiziki olaraq ayrılmamışdıq. Çünki mənim bir əlim həmişə onların üstündə idi. İki gözəl övladımız da var. Övladlarımdan birinin özəl problemləri var. O bizi daha çox bir yerə gəlməyə vadar edirdi. Düşündüm və bu qədər ayrı qalmağımızın yetərli olduğuna qərar verdim. Özgə Uzunun həmin gün Çağla Şikel və Alişanın verilişində qonaq olacağını bilirdim. Verilişin rejissoru dostumdur və ondan xahiş etdim ki, belə bir fikrim var. İcazə aldım və o sürprizi etmək qərarı verdim. Onun xəbəri olmadan bunu etdim. Ən çoxu da dediyindən yayınmasın, sözündən qaçmasın deyə canlı efirdə evlilik təklif etdim.

- Öz aranızda ona evlilik təklifi edib “yox” cavabı almışdınız, yoxsa?..

- Birbaşa canlı yayımda bunu etdim. İlk dəfə.

- Türkiyəyə bunun üçün getmişdiniz?

- Yeni il üçün getmişdim. Amma belə bir fikrim var idi. Canlı yayıma çıxması işimi asanlaşdırdı. Əgər elə olmasaydı, başqa sürpriz fikirləşməli idim. Hər kəsin göz önündə təklif etdim, cavabımı aldım. Bunun geri dönüşü yoxdur.

- Toy nə zamandır?

- Azərbaycanda toy edəcəyəm. Bunun qonaqlıqığını verməmək olmaz.

- Stadionda toy mərasimi oldumu heç?

- Yox, olmadı. Hər halda ilk biz edəcəyik.

- Evlilik təklifi etmişkən bəlkə toyu da maraqlı məkanda edəsiniz?

- Stadionun direktoru Cavid bəy verərsə, edərik. Ola bilər. Sadəcə bunun üçün yayı gözləmək lazımdır. Amma mən gözləyə bilməyəcəm, qışda toyu edəcəyəm. Hər halda şadlıq sarayı tutacağam. İki səbəblə Azərbaycanda toy etmək istəyirəm. Birincisi, Azərbaycan mənim həyatımda önəmli yerə sahibdir. İkincisi, mən artıq burada yaşayıram və toyu bura adət-ənənələri ilə etməyi düşünürəm. Çox maraqlı olacaq. Bilirəm ki, Türkiyədən çox dostum gələcək. Onlara ölkəni də tanıdacağam. Azərbaycanı tanımadan insanlar fikir söyləyirlər. Amma bura bambaşqa ölkədir.

- Azərbaycanda telekanal rəhbərləri mətbuatdan qaçır. Amma siz mətbuata çox açıqsız...

- Mən də sizin kimi müxbir olmuşam. Ona görə də sizə cavab verməmək özünə xəyanətdir. Həm də nə varsa, özüm aydınlıq verə bilirəmsə, niyə bunu etməyim?! Digər tərəfdən, eyni məslək sahibləriyiksə, haqqımız var soruşmağa və cavab almağa.

- Bakıda oteldə qalırsınız...

- Qalırdım. Bu gün səhər ev tutmuşam. Həyat yoldaşım da 15 gün sonra bura gələcək. Birlikdə yaşayacağıq. Birdəfəlik bura köçürlər. Amma 1 il oteldə qalmışam.

- Azərbaycana gələrkən yerli telekanalların durumuna baxmışdınız? İndi izləyirsiniz?

- Əlbəttə. Hər zaman kanallara baxıram. “Xəzər TV”dən seriallara baxıram, ATV-dən xəbər izləyirəm. Bəzən musiqili verilişləri izləyirəm. Son zamanlar ARB kanalı diqqətimi cəlb edir. Azərbaycan və Türkiyə kanallarını qarşılaşdırdıqda fərqlər ortaya çıxır. Türkiyədə özəl televiziyanın 30-35 illik tarixi var. Azərbaycanda bu, 20 ildir. Həmin aradakı zaman fərqi yayıma, keyfiyyətə təsir edir. İnanılmaz şəkildə aradakı fərq yox olur. Məsələn, seriallarda keyfiyyət fərqi yoxdur. “Xəzər TV”dəki “Futbol saatı” verilişi mənim çox diqqətimi cəlb edir. Orda dostlarımız var. Çox maraqlı müzakirələr gedir. Ümid edirəm ki, məni də ora dəvət edəcəklər. Biz onları “CBC Sport”a çağırırıq. Ən çox “Futbol saatı”na baxıram.

- Seriallar arasında ciddi fərq olmadığını dediniz. Amma Türkiyədəki keyfiyyət həddən artıq yüksəkdir...

- Bu, reklam bazarı ilə əlaqəlidir. Məsələn, Azərbaycanda reklam bazarında 50 milyon manat varsa, Türkiyədə bu 5 milyarddır. Nə qədər çox pul qazanılsa, keyfiyyət o qədər də yüksələcək. Əminəm ki, burdakılar da fərqli kameralar istəyir. Amma maddi baxımdan problemlər olur. Amma filmlərdəki keyfiyyət Türkiyə ilə eynidir. Məsələn, mən “Bozbaş pictures”i, “Ər arvad”ı izləyirəm. Çox keyfiyyətlidir.

- Yayımladığınız ən yaddaqalan oyun hansıdır ki, tam istədiyiniz kimi olub?

- Hər halda ötənilki kubok finalı. Çünki möhtəşəm olmuşdu.

- Klublarımız oyunlarını yayımlamadığınıza görə sizə şikayət etdibmi heç?

- Onlar bizə çox iradlar bildirirlər. Bundan heç də narahat olmuruq. Ən çox oyunların saatlarının dəyişdirilməsinə görə narazılıq edirlər. Xoş, narazılıqsız yayımladığımız matç olur. Klub rəsmiləri gəlib soruşurlar ki, bizim oyun niyə az yayımlanır? Səbəbini də izah edirik. Bu bir az da klublardan asılıdır. Stadionda şərhçilər üçün yaradılan şərait bəzən çox zəif olur. Adını çəkməyəcəyim bir stadion var ki, biz orada pilot kameraları və operatoru iplə bağlayırıq ki, külək uçurmasın. Soyuq, qarlı havada bizə problem yaranır. Amma problem deyil. Bu qışı da belə yola verdik (gülür).

- Səmimi cavab verin, ən çox kimin şərhini bəyənirsiz?

- Buna cavab versəm, mən bu qapıdan çıxa bilmərəm (gülür). Hər birinin fərqli özəllikləri var. Rüstəm Əfsərlinin ayrı, Rövşən Binnətlinin ayrı, Gündüz Abbaszadənin, ayrı, Emin Abbasovun ayrı özəlliyi var. Amma bir az da olsa, Rüstəm Əfsərli və Gündüz Abbaszadəyə üstünlük verərdim.

- Türkiyədə şərhçilər daha çox emoisionallığa üstünlük verir, Rusiyada isə təhlil üzərində qurulur. Azərbaycanlı şərhçilərin hansı özəlliyi var?

- Azərbaycan şərhçiləri türkiyəlilərdən daha emosionaldır. Daha çox təhlil və statistika baxımından irəliləməyə ehtiyacımız var. Daha çox analizi necə edə bilərik, rəqəmsal olaraq nəyə nail ola bilərik deyə düşünürəm. Bunu növbəti mövsümdə inkişaf etdirməyə çalışacağıq. Ekran yenilikləri də olacaq. Xəritələrlə və rəqəmlərlə statistikalar vermək fikrimiz var.

Növbəti mövsüm bunu sınayacağıq. Məsələn, şərhçilərdən biri “Qəbələ”nin, biri “Neftçi”nin azarkeşi olacaq. Bəlkə də onun keyfiyyəti çox olacaq.

- Ofisinizin stadionda yerləşməsi sizin üçün üstünlükdür?

- Üstünlük də deyil, pis də deyil. İdman kanalı olduğumuz üçün bir-biri ilə üst-üstə düşür. Strateji məqamlar var. Burda beynəlxalq oyun olduğunda biz də onun bir hissəsi oluruq.

- Sizdən öncə bir xeyli türk məşqçi burada işlədi. Onlarla danışırdınız?

- Mustafa Dənizli, Oğuz Çətinlə çox söhbətimiz olmuşdu. İndi də münasibətlərimiz var. Onu tez-tez Bakıya dəvət edirəm. İmkan olsa, gələcək. Onlar qiymətli, önəmli türk futbol adamlarıdır. Qurban Qurbanov Fatih Terimdən sonra türk dünyası üçün önəmli futbol adamıdır. Onun daha böyük uğurlar qazanacağına inanıram.

- “Beşiktaş” və “Qarabağ” arasında oyun olmalı idi. Amma bu, baş tutmadı. Siz hər iki tərəflə münasibəti olan biri kimi belə oyunu təşkil etməyə cəhd etmisiz?

- İndi komandalar hamısı mövsümün ikinci yarısına hazırlaşırlar. Ona görə də vaxt azlığı problemi var. “CBC Kuboku”nu təşkil etmişdik. Bu dəfə də eynisini düşündük. Amma komandalar hazırlaşdıqlarını və yalnız əvəzedicilərlə ora qatılacaqlarını bildirdi. Hava şəraiti də yaxşı olmadı. Ona görə alınmadı. Belə bir fikrimiz var ki, futbol veteranlarını üz-üzə gətirək. “26-cı dəqiqə” filmindən sonra bunu da düşündük. Azərbaycan – İsveçrə oyunundakı qolun eynisini çəkmişdik. Növbəti mövsüm 4 komandalı çempionat keçirmək fikrimiz var. Hazırlıq üçün lazım olan oyunlar təşkil etməyi düşünürük.


L.O.




AFİŞALAR

SON ƏLAVƏLƏR
SON DƏQİQƏ: Cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: Azərbaycan minaatanlardan hücuma keçdi
eye icon 139 time 16:29

SON DƏQİQƏ: Cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: Azərbaycan minaatanlardan hücuma keçdi

Cəbhəboyu zonada yerləşən hərbi hissələr

ÖLKƏ 2017-01-17
SON DƏQİQƏ: Terrorçunun evindən çıxanlar görənləri ŞOK ETDİ - FOTOLAR
eye icon 382 time 16:09

SON DƏQİQƏ: Terrorçunun evindən çıxanlar görənləri ŞOK ETDİ - FOTOLAR

Xəbər verdiyimiz kimi, “Reina” terrorçusunu törədən şəxs ələ keçirilib

DÜNYA 2017-01-17
ŞOK: Eks nişanlısı Nazı döydü - RÜSVAYÇILIQ / video
eye icon 316 time 15:38

ŞOK: Eks nişanlısı Nazı döydü - RÜSVAYÇILIQ / video

“Star TV”də yayımlanan “Zuhal Tolla” verilişinə qatılan azərbaycanlı

ŞOU-BİZ 2017-01-17
Azərbaycanda DƏHŞƏT! Baba nəvəsinin cinsiyyət orqanını kəsdi və...
eye icon 848 time 15:05

Azərbaycanda DƏHŞƏT! Baba nəvəsinin cinsiyyət orqanını kəsdi və...

Təqsirləndirilən R.Bayramov bildirib ki, nəvəsini öldürdüyünü etiraf edib

DİGƏR 2017-01-17
Azərbaycanlı xanım aparıcının dünya çepionu ilə fotosu yayıldı - FOTO
eye icon 649 time 14:35

Azərbaycanlı xanım aparıcının dünya çepionu ilə fotosu yayıldı - FOTO

Aparıcı fotoya "dünya çempionuna zərbə endirdim" şərhini verib.

ŞOU-BİZ 2017-01-17
Azərbaycanlı sevgilisi Naza canlı yayımda bahalı avtomobil hədiyyə etdi - VİDEO
eye icon 220 time 13:55

Azərbaycanlı sevgilisi Naza canlı yayımda bahalı avtomobil hədiyyə etdi - VİDEO

Proqramdan sözügedən görüntüləri sizə təqdim edirik

DİGƏR 2017-01-17
Əməkdar artist övladlarını göstərdi - İLK FOTOLAR
eye icon 111 time 13:45

Əməkdar artist övladlarını göstərdi - İLK FOTOLAR

Əməkdar artist Manana Caparidze "5 /5" verilişində qonaq olub.

ŞOU-BİZ 2017-01-17
Bakıda BİABIRÇILIQ: 14 yaşlı oğlanı zorlayıb videoya çəkdilər
eye icon 687 time 13:16

Bakıda BİABIRÇILIQ: 14 yaşlı oğlanı zorlayıb videoya çəkdilər

Bıçaqla zor tətbiq edəcəyi ilə hədələyərək ona qarşı seksual xarakterli hərəkətlər edib.

ÖLKƏ 2017-01-17
"Aprel döyüşləri"nə aid rəsm İspaniyada 2-ci yeri tutdu - FOTO
eye icon 18 time 12:55

"Aprel döyüşləri"nə aid rəsm İspaniyada 2-ci yeri tutdu - FOTO

İspaniyanın Madrid şəhərində 6-cı Beynəlxalq Yumor Müsabiqəsi başa çatıb.

MARAQLI 2017-01-17
Bakıda gecə klubunda rəqs üstündə qan töküldü
eye icon 158 time 12:30

Bakıda gecə klubunda rəqs üstündə qan töküldü

Həkimlərin bildirdiyinə görə, bıçaq daxilə nüfuz etdiyindən yaralının vəziyyəti ağırdır.

ÖLKƏ 2017-01-17
Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək modeldən yeni FOTOlar
eye icon 185 time 12:01

Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək modeldən yeni FOTOlar

Nərminə bir-birindən fərqli obrazlarda fotosessiya etdirib.

ŞOU-BİZ 2017-01-17
Dünya gözəli futbol klubuna məşqçi təyin olundu – FOTO
eye icon 136 time 11:35

Dünya gözəli futbol klubuna məşqçi təyin olundu – FOTO

2014-cü ildə dünya gözəli seçilən Lidia Opalçenska futbol klubuna məşqçi təyin olunub.

ŞOU-BİZ 2017-01-17
Cəbhədə vəziyyət gərginləşir: ermənilər reaktiv odsaçanı işə saldılar (FOTO)
eye icon 182 time 11:32

Cəbhədə vəziyyət gərginləşir: ermənilər reaktiv odsaçanı işə saldılar (FOTO)

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

DİGƏR 2017-01-17
Hamilə Şəbnəm Tovuzlu evli məmur sevgilisi ilə (FOTO)
eye icon 780 time 11:29

Hamilə Şəbnəm Tovuzlu evli məmur sevgilisi ilə (FOTO)

Vurğulayaq ki, fotoda sevgilsinin yalnız qolu əks olunub.

DİGƏR 2017-01-17
Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı (VİDEO)
eye icon 755 time 11:18

Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı (VİDEO)

Erməni toyundan azərbaycanlıları qəzəbləndirəcək görüntülər paylaşılıb.

DİGƏR 2017-01-17
Dünyanın gözü Davosda - Əliyev də ordadır
eye icon 112 time 10:55

Dünyanın gözü Davosda - Əliyev də ordadır

Bu gün sayca 47-ci Dünya İqtisadi Forumu İsveçrənin Davos şəhərində öz işinə başlayır.

DİGƏR 2017-01-17
DİQQƏT: Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi
eye icon 15 time 10:52

DİQQƏT: Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi

Bakıda daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyşdirilib.

DİGƏR 2017-01-17
"Reina" terrorçusu ilə birlikdə tutulan 3 qadının sirri AÇILDI
eye icon 202 time 10:24

"Reina" terrorçusu ilə birlikdə tutulan 3 qadının sirri AÇILDI

Terrorçuyla birlikdə eyni evdə tutulan üç qadının afrikalı olduqları təyin edilib.

DÜNYA 2017-01-17
Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlandı
eye icon 156 time 10:20

Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlandı

29 yaşlı oyunçunun transfer qiymətinin əvvəlki aylarla müqayisədə artdığı göstərilir.

DİGƏR 2017-01-17
Azərbaycan pasportları İŞİD-də - VİDEO
eye icon 401 time 09:50

Azərbaycan pasportları İŞİD-də - VİDEO

Videoda tapılan pasportlar arasında ən azı iki azərbaycanlı da var.

DİGƏR 2017-01-17
Saçı tökülənlərin nəzərinə: əsas səbəb budur
eye icon 196 time 09:33

Saçı tökülənlərin nəzərinə: əsas səbəb budur

Müasir dövrdə tez-tez rastlanan xəstəliklərdən biri də saç tökülmələridir.

DİGƏR 2017-01-17
İstanbulu qana bulayan şəxs belə yaxalandı (VİDEO, FOTO)
eye icon 206 time 09:23

İstanbulu qana bulayan şəxs belə yaxalandı (VİDEO, FOTO)

Yeni il gecəsi İstanbulun məşhur gecə klubu olan

DÜNYA 2017-01-17
"Tramp bir gecəni onunla keçirməyimi istədi" - "Miss Macarıstan"
eye icon 475 time 00:43

"Tramp bir gecəni onunla keçirməyimi istədi" - "Miss Macarıstan"

“Miss Macarıstan 2013” gözəli Kata Sarka dəvət aldığı proqramlardan birində maraqlı etiraf edib.

DİGƏR 2017-01-17
Aktrisanı sinə dekoltesinə görə yıxıb-sürüdülər - FOTOLAR
eye icon 576 time 00:13

Aktrisanı sinə dekoltesinə görə yıxıb-sürüdülər - FOTOLAR

"Çocuklar Duymasın"ın aktrisası Pınar Altuğ toy məclislərinin birində iştirak edib.

DİGƏR 2017-01-17
Sevda elə qısa geyindi ki... - FOTOLAR
eye icon 577 time 23:49

Sevda elə qısa geyindi ki... - FOTOLAR

Müğənni Sevda Yəhyayeva sosial şəbəkədə yeni fotolarını paylaşıb.

ŞOU-BİZ 2017-01-16
Bakıda qadın doğuşa qədər hamilə olduğunu bilməyib – VİDEO
eye icon 291 time 23:26

Bakıda qadın doğuşa qədər hamilə olduğunu bilməyib – VİDEO

Bakıda qeyri adi hadisə yaşanıb.

DİGƏR 2017-01-16
Alimlər qəlyanın ölümcül təsiri barədə xəbərdarlıq ediblər
eye icon 239 time 23:01

Alimlər qəlyanın ölümcül təsiri barədə xəbərdarlıq ediblər

Almaniyalı həkimlər və alimlər qəlyanın ölümcül təhlükəli olması barədə əhaliyə xəbərdarlıq ediblər.

MARAQLI 2017-01-16
Keçmiş deputat oğluna toy etdi: Gəlini qızıla tutdular - FOTO
eye icon 891 time 22:39

Keçmiş deputat oğluna toy etdi: Gəlini qızıla tutdular - FOTO

Məşhur otellərdən birində baş tutan toyda əsasən ailə üzvləri və yaxınları iştirak ediblər.

DİGƏR 2017-01-16
Azərbaycanda ətin qiyməti BAHALAŞDI - VİDEO
eye icon 800 time 22:19

Azərbaycanda ətin qiyməti BAHALAŞDI - VİDEO

Azərbaycan ətə olan tələbatın 92 faizini özü istehsal edir.

DİGƏR 2017-01-16
Balıq yağının düzgün qəbulu belə olmalıdır
eye icon 31 time 21:47

Balıq yağının düzgün qəbulu belə olmalıdır

Balıq yağını yeməkdən dərhal sonra qəbul etmək lazımdır.

MARAQLI 2017-01-16
Azərbaycanlı qız canlı efirdə isti su ilə dolu vannaya girdi – VİDEO
eye icon 210 time 21:33

Azərbaycanlı qız canlı efirdə isti su ilə dolu vannaya girdi – VİDEO

ARB TV-də yayımlanan “Yaşamaq gözəldir” verilişində maraqlı anlar baş verib.

DİGƏR 2017-01-16
Sevil-Sevinc: "İlhamə Quliyeva rəhmətə getdi, dava-dalaş qutardı"
eye icon 649 time 21:16

Sevil-Sevinc: "İlhamə Quliyeva rəhmətə getdi, dava-dalaş qutardı"

Müğənni Sevil-Sevinc bacıları şoubiznesdə olan durğunluqdan da söz açıblar.

ŞOU-BİZ 2017-01-16
Yeni ana olan müğənni Aytac 40 günlük qızı ilə - FOTO
eye icon 358 time 20:46

Yeni ana olan müğənni Aytac 40 günlük qızı ilə - FOTO

Müğənni Aytac Vidadiqızı 40 günlük qızının fotosunu paylaşıb.

DİGƏR 2017-01-16
Amerikanın ən qədim insanları aşkarlanıb
eye icon 187 time 20:31

Amerikanın ən qədim insanları aşkarlanıb

Şimali Amerikada ən azı 24 min il bundan əvvəl məskunlaşıblar.

DÜNYA 2017-01-16
eye icon 3037 time 20:20

"Maaş minimum 700 manat olacaq" - Nazirdən əhaliyə ŞAD XƏBƏR

Bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq.

DİGƏR 2017-01-16
Bakı sakini iddia edir ki, 12-ci imamdır - VİDEO
eye icon 509 time 20:16

Bakı sakini iddia edir ki, 12-ci imamdır - VİDEO

Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqresiya ilə qarşılanıb.

DİGƏR 2017-01-16
Əməkdar artist: "İllər keçsə də, məni "barbi" deyə çağırırlar"
eye icon 188 time 19:17

Əməkdar artist: "İllər keçsə də, məni "barbi" deyə çağırırlar"

Əməkdar artist Rühəngiz Allahverdiyeva "ATV maqazin onlarla" verilişinə müsahibı verib.

DİGƏR 2017-01-16
Dövlət maşınları satışa çıxarılır: 1000, 1200 və 1800 manata (SİYAHI)
eye icon 3021 time 18:47

Dövlət maşınları satışa çıxarılır: 1000, 1200 və 1800 manata (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 14-də növbəti avtomobil hərracını keçirəcək.

DİGƏR 2017-01-16
Smartfon istifadə edənlərə şad XƏBƏR: Daha telefon partlayan deyil
eye icon 18 time 18:35

Smartfon istifadə edənlərə şad XƏBƏR: Daha telefon partlayan deyil

ABŞ-ın Stenford Universitetinin alimləri smartfonlar üçün kiçik yanğınsöndürmə qurğusu hazırlayıblar.

DİGƏR 2017-01-16
Rəqqasə Renka başında şamdan rəqs etdi (FOTO/VIDEO)
eye icon 416 time 18:25

Rəqqasə Renka başında şamdan rəqs etdi (FOTO/VIDEO)

Rəqqasə Renka ləqəbi ilə tanınan Rəna Ağamuradova yeni fotosessiya etdirib.

DİGƏR 2017-01-16

baku city