saw 1358     
ATV əməkdaşları qızların tualetində... BİABIRÇILIQ - VİDEO

ATV əməkdaşları qızların tualetində... BİABIRÇILIQ - VİDEO

Çəkiliş komandası orta məktəbi bir-birinə vurdu, şagird xəsarət aldı. 171 nömrəli orta məktəbin rəhbərliyi şikayət edir.

“ATV” telekanalında yayımlanan “Yoxlama” verilişinin çəkilişi zamanı daha bir qalmaqal yaşanıb.

myBaku.az bizimyol-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verib.

Məktəbin rəhbərliyi bildirir ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” verilişinin aparıcısı Azər məktəbə gəlib.

“Onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu, ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 “əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olublar. “Onlar təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Gələnlər məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət vermədən özlərini sözün həqiqi mənasında qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olub ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6 E sinif şagirdini kobudcasına itələyərək yıxaraq ona xəsarət yetiriblər” – deyə məktəb rəhbərliyi yazır.

Məktəb rəhbərliyi baş vermiş hadisəni aktlaşdırıb və aidiyyatı orqanlara müraciət etdiyi bildirilir. Dünən ATV kanalında sözgüdən məktəbdə aparımış çəkilişin anonsları yayılıb və yuxarıda təsvir olunan gərginlik kadrlarda öz əksini tapıb.

Məlumat üçün bildiririk ki, hazırda məktəbin dörddə üç hissəsində Təhsil Nazirliyi tətəfindən əsaslı tikinti işləri aparıldığından təhsil müəssisəsi üçnövbəli rejimdə işləyir.

Əvvəllər də “Yoxlama” verilişinin çəkilişləri zamanı insidentlər yaşanıb, aparıcı Azər İsmayılov döyülüb. Belə ki, yay aylarında çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olarkən Azər İsmayılov və verilişin əməkdaşlarına fiziki zor tətbiq edilmişdi.

FOTOLAR:  ŞƏKİLLƏRİ BÖYÜTMƏK ÜÇÜN ONLARA KLİK EDİN
ATV əməkdaşları qızların tualetində... BİABIRÇILIQ - VİDEO
2

     

POPULYAR OXUNANLAR
Bu da Müşfiqin hər kəsdən gizlətdiyi nişanlısı Aynurə - FOTO ÖLKƏ
Bu da Müşfiqin hər kəsdən gizlətdiyi nişanlısı Aynurə - FOTO
Azərbaycanlı aktyor Müşfiq Şahverdiyev subaylığın daşını atır.
Prezidentdən təhsillə bağlı - SƏRƏNCAM ÖLKƏ
Prezidentdən təhsillə bağlı - SƏRƏNCAM
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Damlanın oğlu Zauru pərt etdi - ALAN VURUB`A GÖRƏ - VİDEO ŞOU-BİZ
Damlanın oğlu Zauru pərt etdi - ALAN VURUB`A GÖRƏ - VİDEO
Aparıcı Zaur Kamalla müğənni Damlanın oğlu İbrahim arasında maraqlı dialoq baş tutub.
MƏŞHURLARIN AYLIQ XƏRCLƏRİ - ŞOK RƏQƏMLƏR - 24 MİN, 10 MİN... - SİYAHI ŞOU-BİZ
MƏŞHURLARIN AYLIQ XƏRCLƏRİ - ŞOK RƏQƏMLƏR - 24 MİN, 10 MİN... - SİYAHI
Məşhur xanımlar baxımlı qalmaq üçün daha çox pul xərcləməlidirlər.
İt ilində bizi nə gözləyir? - ASTROLOJİ PROQNOZ MARAQLI
İt ilində bizi nə gözləyir? - ASTROLOJİ PROQNOZ
`Çinli astroloqlar qarşıda duran dövrü `Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq` adlandırırlar`.
Cinsi həyatla bağlı səhv inanclar: seks arzulayan qadın... MARAQLI
Cinsi həyatla bağlı səhv inanclar: seks arzulayan qadın...
Kişi istənilən qadına necə həzz yaşadacağını bilməlidir.
Fazil Məmmədovun ailə - FOTOLARI ÖLKƏ
Fazil Məmmədovun ailə - FOTOLARI
Fazil Məmmədovun ailəsi də həmişə rəğbətlə qarşılanıb.
Vasif qızına ad günü etdi - FOTOLAR - VİDEO ŞOU-BİZ
Vasif qızına ad günü etdi - FOTOLAR - VİDEO
Əməkdar artist Vasif Məhərrəmli qızı Əfşana ad günü edib.
Nadir Qafarzadə Emini Leyla Əliyevadan ayrıldığı üçün sərt qınadı - FOTO ŞOU-BİZ
Nadir Qafarzadə Emini Leyla Əliyevadan ayrıldığı üçün sərt qınadı - FOTO
`Etdiyi hərəkətləri də, gizlin saxlayardı ki, cəmiyyət görməsin.`
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR ÖLKƏ
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR
Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.
BİABIRÇILIQ! TƏRANƏ QUMRALDAN EFİRDƏ SÖYÜŞ - VİDEO ŞOU-BİZ
BİABIRÇILIQ! TƏRANƏ QUMRALDAN EFİRDƏ SÖYÜŞ - VİDEO
`Mən dədəmin qızıyam, dədəm kişi olub.`
SON DƏQİQƏ! Azərbaycanda məmur həbs edildi ÖLKƏ
SON DƏQİQƏ! Azərbaycanda məmur həbs edildi
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.
Nikinin bu fotosuna milyondan çox `like` gəldi - FOTO DİGƏR
Nikinin bu fotosuna milyondan çox `like` gəldi - FOTO
Niki Minaj paylaşdığı cəsarətli fotosu ilə gündəm olub.
Daha bir bank çökdü - ƏMƏLİYYATLAR DAYANDI ÖLKƏ
Daha bir bank çökdü - ƏMƏLİYYATLAR DAYANDI
Azərbaycanda daha bir bank əmanət qəbulunu və kredit verilməsini dayandırıb.
Bakı sakinlərinə XƏBƏRDARLIQ - 5 gün sonra saat 12:00-dan etibarən... ÖLKƏ
Bakı sakinlərinə XƏBƏRDARLIQ - 5 gün sonra saat 12:00-dan etibarən...
Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq `Azərişıq` ASC tərəfindən ciddi tədbirlər görüləcəkdir.
TOLİK DADO İLƏ NATAVANIN SİRRİNİ AÇDI - `MƏCBURİ ƏRƏ GETDİ` ŞOU-BİZ
TOLİK DADO İLƏ NATAVANIN SİRRİNİ AÇDI - `MƏCBURİ ƏRƏ GETDİ`
Tanınmış prodüser Tarix Əliyev "Həştəq" sosial media proqramının qonağı olub.
BAKIDA ŞAXTA BABA OLMAQ ÜÇÜN ÖDƏNİLƏCƏK - RÜSUM ÖLKƏ
BAKIDA ŞAXTA BABA OLMAQ ÜÇÜN ÖDƏNİLƏCƏK - RÜSUM
Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub.