saw 3184     
DİQQƏT: Dollarla kredit borcu olanlara ŞAD XƏBƏR

DİQQƏT: Dollarla kredit borcu olanlara ŞAD XƏBƏR

Ekspert Əkrəm Həsənov bankla yazılı razılıq əldə etməyincə kreditləri ödəməməklə bağlı borclulara müraciət edib.

myBaku.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, vətəndaşlar dollar kreditlərinin ödənilməsi ilə bağlı tez-tez ona bu kimi suallar ünvanlayırlar:

“Dollar kreditim var. Bank dedi ki, köhnə məzənnə ilə ödə, mən də ödədim, amma indi məzənnə fərqini də tələb edir. Nə edim? Bir az gecikməm oldu, amma sonra bankla razılaşıb ödəməyə davam etdim və krediti bağladım. Lakin indi bank deyir ki, hələ xeyli borcum qalıb, çünki ödənişlərimin çox hissəsi cərimə kimi tutulub. Bu, necə ola bilər?”

İqtisadçı qeyd edib ki, belə hallar insanların sadəlövhcəsinə bankların şifahi vədinə inanmağına görə baş verir:

“Bankla hər hansı razılığa gəlmisinizsə, mütləq onun yazılı şəkildə ifadə edilməsini tələb edin. Məsələn, götürək dollar kreditlərini. Bank güzəştə getmək istəmir. Amma bilir ki, sizə bunu desə, ödənişləri dayandıra bilərsiz. Odur ki, yalandan vəd verir ki, sən əvvəlki məzənnə ilə ödə, narahat olma. Siz də ödəyirsiz, amma bank ödənişi yeni məzənnə ilə uçota alır və nəticədə borcunuz nəinki azalmır, bəlkə də artır, çünki bank gecikməni də qeydə alır və cəriməni də yükləyir. Sonra siz etiraz edəndə, bank deyir ki, aramızda elə razılıq olmayıb, məzənnə fərqini də, cərimələri də ödə”.

Ə. Həsənov vurğulayıb ki, gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə dəbbə pulunun (cərimənin), sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması da əsas problemlərdən biridir:

“Çünki əksər hallarda bank ödənişdən cərimənin tutulduğunu vətəndaşa heç demir. Vətəndaş hərdən vaxtında, hərdən də gecikdirmə ilə birtəhər ödənişini davam etdirir. Düşünür ki, borcu azalır. Lakin azalmır. Amma bunu gec başa düşür. Kredit müqavilələrində borclunun ödənişindən ilk növbədə cərimənin tutulması haqda müddəa qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əlbəttə ki, əsas borc borclu üçün daha ağır tələbdir, çünki üstünə faiz gəlir. Buna görə də cərimənin ilk növbədə tutulması qanunsuzdur!

Gecikdirilmiş borcunuzu ödəmək istədikdə, əmin olun ki, ödənişinizdən cərimə tutulmayacaq. Buna görə banka təklif edin ki, ya kredit müqaviləsindən cərimə haqda müddəanı çıxartsın, ya da ödənişlərinizdən cərimənin tutulmayacağı barədə sizinlə yazılı razılaşma bağlasın. Hər ödənişinizdən sonra da bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafikini tələb edin. Həmin qrafiki yoxlayıb əmin olun ki, ödənişiniz məhz əsas borcun və faizlərin ödənişi kimi nəzərə alınıb. Lap elə indinin özündə də gedin banka və yenilənmiş ödəniş qrafikini tələb edin. Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin. Qoy, bank sizi məhkəməyə versin. Sizi əmin edirəm ki, ömrünüzün sonunadək cərimə ödəməkdənsə, işin məhkəmədə baxılması qat-qat yaxşıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yəni məhkəmədə dəbbə pulunun azaldılmasını tələb edə bilərsiz. Əksər hallarda məhkəmələr bu tələbi təmin edir. Lakin dəbbə pulunu artıq ödəmisinizsə, məhkəmə əvvəlki ödənişlərinizi azalda bilməyəcək”. big.az


     

POPULYAR OXUNANLAR
Azərbaycanlı qadınlar seksdə ərlərindən niyə narazıdırlar? MARAQLI
Azərbaycanlı qadınlar seksdə ərlərindən niyə narazıdırlar?
Avropada qadınların cəmi 3-5 faizi ərlərindən narazı qalırlar.
DİQQƏT! QAPI PƏNCƏRƏLƏRDƏ QIŞ REJİMİ VAR İMİŞ - VİDEO MARAQLI
DİQQƏT! QAPI PƏNCƏRƏLƏRDƏ QIŞ REJİMİ VAR İMİŞ - VİDEO
Ustaların sözlərinə görə, qış rejiminə keçilməsi evinizin istiliyini daha da artıra bilər.
SON DƏQİQƏ! `HAFKA` BAŞ VERƏN SİLAHLI ATIŞMAYA GÖRƏ HƏBS EDİLDİ ÖLKƏ
SON DƏQİQƏ! `HAFKA` BAŞ VERƏN SİLAHLI ATIŞMAYA GÖRƏ HƏBS EDİLDİ
Silahlı insidentlərə görə “Hafka”nın da həbs xəbəri yayıldı.
CİNSİYYƏTİNİ DƏYİŞƏN STİLİST RƏŞADIN - FOTOLARI ŞOU-BİZ
CİNSİYYƏTİNİ DƏYİŞƏN STİLİST RƏŞADIN - FOTOLARI
Şou-biznes nümayəndələrini tamaşaçılar qarşısına bəzəyib çıxardan stilistlərdən biri də Rəşad Əliyevdir.
DİQQƏT! AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞAN - ATA-OĞULLAR ÖLKƏ
DİQQƏT! AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞAN - ATA-OĞULLAR
Azərbaycanda yüksək və məsul vəzifə sahibi olan ata-oğul tandeminə daha kimlər daxildir?
AZƏRBAYCANLI QIZIN HAMİLƏ OLMAĞINA İNANMAYACAQSINIZ - VİDEO DİGƏR
AZƏRBAYCANLI QIZIN HAMİLƏ OLMAĞINA İNANMAYACAQSINIZ - VİDEO
8 aylıq hamilə olsada, heç çəkinmədən ən çətin idaman hərəkətlərini belə asanlıqla edir.
PREZİDENTİN KEÇMİŞ MÜHAFİZƏÇİSİ ÜZÜNDƏN BIÇAQLANDI - FOTOLAR ÖLKƏ
PREZİDENTİN KEÇMİŞ MÜHAFİZƏÇİSİ ÜZÜNDƏN BIÇAQLANDI - FOTOLAR
M.Mədətov bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb.
RƏZALƏT! BƏYLƏ GƏLİN TOY ZAMANI CİNSİ ƏLAQƏDƏ OLDULAR VƏ QOVULDULAR - ŞOK FOTO DÜNYA
RƏZALƏT! BƏYLƏ GƏLİN TOY ZAMANI CİNSİ ƏLAQƏDƏ OLDULAR VƏ QOVULDULAR - ŞOK FOTO
Yunanıstanın Rodos adasının sakinləri sosial şəbəkələrdə belə yazırlar.
DƏHŞƏT! POLİSİ GÜLLƏLƏYƏN GÖRÜN KİM ÇIXDI - HƏBSLƏR ÖLKƏ
DƏHŞƏT! POLİSİ GÜLLƏLƏYƏN GÖRÜN KİM ÇIXDI - HƏBSLƏR
Orxan Axundzadənin güllələnməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
SALYANDA MAŞIN DAŞIYAN TIR AŞDI - MAŞINLAR ƏZİK-ƏZİK - FOTOLAR ÖLKƏ
SALYANDA MAŞIN DAŞIYAN TIR AŞDI - MAŞINLAR ƏZİK-ƏZİK - FOTOLAR
Salyanda minik avtomobilləri daşıyan qoşqulu yük maşını aşıb, 7 ədəd yeni minik avtomobili əzilib.
Bu evlilik fotosessiyası dünyaya səs saldı - FOTOLAR MARAQLI
Bu evlilik fotosessiyası dünyaya səs saldı - FOTOLAR
Bu tip qeyri adi və orijinal fotosessiya istəyənlər artıq növbəyə dayanıb
LEYLA ƏLİYEVA XALQ ARTİSTİNİN AD GÜNÜNDƏ BELƏ OYNADI - VİDEO ÖLKƏ
LEYLA ƏLİYEVA XALQ ARTİSTİNİN AD GÜNÜNDƏ BELƏ OYNADI - VİDEO
Leyla Əliyeva tanınmış rusiyalı müğənni Nikolay Baskovun ad günü şənliyinə qatılıb.
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin - XƏBƏRÇİSİDİR MARAQLI
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin - XƏBƏRÇİSİDİR
Bədəndən gələn qoxuların hər birinin ayrı-ayrılıqda öz mənaları var
ƏSAS XƏBƏR! ATIŞMANIN SƏBƏBLƏRİ BİLİNDİ - TƏFƏRRÜAT ÖLKƏ
ƏSAS XƏBƏR! ATIŞMANIN SƏBƏBLƏRİ BİLİNDİ - TƏFƏRRÜAT
Polisləri Müşfiqin adamları zənn ediblər.
SƏRXOŞ QIZ BAKININ MƏRKƏZİNDƏ HAMIYA QORXU YAŞATDI - VİDEO DİGƏR
SƏRXOŞ QIZ BAKININ MƏRKƏZİNDƏ HAMIYA QORXU YAŞATDI - VİDEO
Nizami küçəsində sərxoş vəziyyətdə olan qız qorxu dolu anlar yaşadıb.
SON DƏQİQƏ! BAKIDA `VİNÇESTER`LƏ POLİS RƏİSİN VURDULAR ÖLKƏ
SON DƏQİQƏ! BAKIDA `VİNÇESTER`LƏ POLİS RƏİSİN VURDULAR
Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.
DİQQƏT!MEHRİBAN ƏLİYEVA ANASI İLƏ ŞƏKLİNİ PAYLAŞDI - FOTO DİGƏR
DİQQƏT!MEHRİBAN ƏLİYEVA ANASI İLƏ ŞƏKLİNİ PAYLAŞDI - FOTO
Birinci vitse prezidenti Mehriban Əliyevanin uşaqlıq fotosu yayımlanıb.