saw 942     
Eks-Nazirin xalası oğlu da həbs edilmişdi - FOTOLAR

Eks-Nazirin xalası oğlu da həbs edilmişdi - FOTOLAR

Xəbər verildiyi kimi, ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.

Qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.

myBaku.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu iş üzrə zərərçəkənlərdən biri də keçmiş təhsil naziri Misir Mərdanovun qohumu-xalası oğlu, uzun müddətdir tikinti biznesində fəaliyyət göstərən Allahverdi Dəmirovdur. İstintaq materiallarından belə məlum olur ki, MTN qanqsterləri Allahverdi Dəmirovu 2015-ci ilin oktyabr ayında-Eldar Mahmudovun işdən azad edilməsinə sayılı günlər qaldığı bir vaxtda qapazlayıblar.

Dəmirov Allahverdi Hüseyn oğlu ifadəsində göstərir ki, 2005-ci ildə “Dəmirli Yol tikinti” MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub.

“2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində “Amor” şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim etdilər. Mənə dedilər ki, onlarla birlikdə nazirliyə getməliyəm. Məni MTN-nin 2-ci mərtəbəsinə apardılar, otaqların birinə salıb hədə-qorxu gəlməyə başladılar”-keçmiş nazirin qohumu ifadəsində göstərir.

Bəs Allahverdi Dəmirovu nədə ittiham ediblər və ya nəylə qorxudublar? İfadəsindən məlum olur ki, MTN-də onu kifayət qədər ciddi əməldə-ölkəyə qaçaqmalıçılıq yolu ilə külli miqdarda silah gətirib seçkiqabağı silahlı münaqişə hazırlamaqda günahlandırıblar. (Görünür söhbət 2015-ci ilin parlament seçkilərindən gedirdi.-red) Lakin keçmiş təhsil nazirinin qohumu soyadının boş yerə Dəmirov olmadığını MTN-dəkilərə sübut edə bilir. Ən azından onun istintaqa verdiyi ifadədən məlum olur ki, bu biznesmen-oliqarx kifayət qədər qorxulu ittihamdan qorxub eləməyib.

Sitat: “Otaqda olan şəxs mənə hədə-qorxu gələrək bildirdi ki, Gürcüstana qeyri-qanuni yolla pul aparmışam. Həmin pulla külli miqdarda silah alıb Azərbaycan ərazisinə gətirmişəm və guya seçkiqabağı silahlı münaqişə törətmək fikrində olmuşam. Mən həmin şəxsə cənab Prezidenti dəstəklədiyimi, dövlətimizin və dövlətçiliyimizin müdafiəsində olduğumu, MTN-in dövlətə qarşı çıxdığını, vətəndaşları incitdiyini, mənə qarşı edilmiş qanunsuzluqlar barədə ən yüksək səviyyədə şikayət edəcəyimi bildirdim”.

Dəmirov deyir ki, onu MTN-ə aparan şəxslər Nazirliyin Anti-Terror Mərkəzinin əməkdaşları idilər. Biznesmen otaqda saxlanılarkən masanın üzərində məktub olduğunu görüb və məktuba diqqətlə baxdıqda orada MTN-in Anti-Terror Mərkəzinin rəisi Elçin Quıliyevin imzası olduğunu, məktubun mətnində adının qeyd olunduğunu dəqiq görüb. Lakin məktubun məzmununu dəqiq oxuya bilməyib.

Dəmirovu nazirlikdə təxminən 4 saat saxlayıblar, saat 20 radələrində buraxıblar. Milli Təhlükəsizlik Nazirliyinə qanunsuz aparıldığı vaxt ondan heç bir məbləğdə pul istənilməyib, nə də ki, onun özü pul verməyib. Dəmirov deyir ki, MTN əməkdaşları ondan pul tələb etmək fikrində olublar, lakin görünür cəmiyyət içərisində yüksək nüfuza malik olduğunu, öz hüquqlarını müdafiə edib qanunsuz hərəkətlərdən şikayət edəcəyindən çəkinib bundan vaz keçiblər.

Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi olub. 2011-ci ildə həmin vəzifədən çıxarılıb. Bu vəzifədə işləyərkən Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən tikintilərdə ciddi korrupsiya hallarının baş verdiyi barədə mətbuat uzun müddət yazıb. Hətta Dəmirovun vəzifədən çıxarılandan sonra “Bandotdel” tərəfindən saxlanıldığı da bildirilirdi.

İstintaq materiallarından məlum olur ki, MTN Allahverdi Dəmirovun da telefonlarını dinləyirmiş. Onun telefonlarının dinlənilməsi barədə sifariş Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyev tərəfindən verilib. MTN-in Monitorinq Mərkəzi isə nazir Eldar Mahmudovun yazılı icazəsi ilə bu dinləməni həyata keçirib. Dəmirovun adı telefonları qanunsuz dinlənilən zərərçəkənlər sırasında keçir.

FOTOLAR:  ŞƏKİLLƏRİ BÖYÜTMƏK ÜÇÜN ONLARA KLİK EDİN
Eks-Nazirin xalası oğlu da həbs edilmişdi - FOTOLAR
2
Eks-Nazirin xalası oğlu da həbs edilmişdi - FOTOLAR
3

     

POPULYAR OXUNANLAR
SON DƏQİQƏ! BAKIDA `VİNÇESTER`LƏ POLİS RƏİSİN VURDULAR ÖLKƏ
SON DƏQİQƏ! BAKIDA `VİNÇESTER`LƏ POLİS RƏİSİN VURDULAR
Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.
Bu evlilik fotosessiyası dünyaya səs saldı - FOTOLAR MARAQLI
Bu evlilik fotosessiyası dünyaya səs saldı - FOTOLAR
Bu tip qeyri adi və orijinal fotosessiya istəyənlər artıq növbəyə dayanıb
LEYLA ƏLİYEVA XALQ ARTİSTİNİN AD GÜNÜNDƏ BELƏ OYNADI - VİDEO ÖLKƏ
LEYLA ƏLİYEVA XALQ ARTİSTİNİN AD GÜNÜNDƏ BELƏ OYNADI - VİDEO
Leyla Əliyeva tanınmış rusiyalı müğənni Nikolay Baskovun ad günü şənliyinə qatılıb.
BAKIDA QADININ ƏRİNƏ QARŞI XƏYANƏT KADRLARI İNTERNETƏ QOYULDU - VİDEO DİGƏR
BAKIDA QADININ ƏRİNƏ QARŞI XƏYANƏT KADRLARI İNTERNETƏ QOYULDU - VİDEO
`Videoda xüsusi diqqətçəkən məqam təqdimat yerinə yazılan yazıdır.`
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin - XƏBƏRÇİSİDİR MARAQLI
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin - XƏBƏRÇİSİDİR
Bədəndən gələn qoxuların hər birinin ayrı-ayrılıqda öz mənaları var
PREZİDENTİN BACISI OĞLUNUN QOLUNU BAKIZOOPARKINDA - ŞİR DİŞLƏDİ - FOTOLAR DİGƏR
PREZİDENTİN BACISI OĞLUNUN QOLUNU BAKIZOOPARKINDA - ŞİR DİŞLƏDİ - FOTOLAR
Prezidenti İlham Əliyevin bacısı oğlu Azər Əliyev və Jiraf Əliyev Bakı zooparkında olublar.
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR DİGƏR
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
"Mənim bacardığımı heç kişilər də bacarmaz"
BİABIRÇILIQ! ANA QIZI İLƏ LESBİYAN GÖRÜNTÜLƏRİNİ... - ŞOK OLAY ÖLKƏ
BİABIRÇILIQ! ANA QIZI İLƏ LESBİYAN GÖRÜNTÜLƏRİNİ... - ŞOK OLAY
`Həmin görüntülərdə Ziyafət qızı ilə birlikdə bir-birilərini soyundurub seksual hərəkətlər edirdi`.
ƏSAS XƏBƏR! ATIŞMANIN SƏBƏBLƏRİ BİLİNDİ - TƏFƏRRÜAT ÖLKƏ
ƏSAS XƏBƏR! ATIŞMANIN SƏBƏBLƏRİ BİLİNDİ - TƏFƏRRÜAT
Polisləri Müşfiqin adamları zənn ediblər.
DƏHŞƏT! POLİSİ GÜLLƏLƏYƏN GÖRÜN KİM ÇIXDI - HƏBSLƏR ÖLKƏ
DƏHŞƏT! POLİSİ GÜLLƏLƏYƏN GÖRÜN KİM ÇIXDI - HƏBSLƏR
Orxan Axundzadənin güllələnməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
RAMİL SƏFƏROVDAN AZƏRBAYCANLI MİLYARDERƏ HƏDİYYƏ - FOTO DİGƏR
RAMİL SƏFƏROVDAN AZƏRBAYCANLI MİLYARDERƏ HƏDİYYƏ - FOTO
Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova hədiyyə təqdim olunub.
GENERAL 7 RAYONUN RƏİSİNİ İŞDƏN ÇIXARDI - SİYAHI ÖLKƏ
GENERAL 7 RAYONUN RƏİSİNİ İŞDƏN ÇIXARDI - SİYAHI
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisi işdən çıxarılıb.
ŞOK! PUTİN MÜHASİRƏYƏ DÜŞDÜ - CANGÜDƏNLƏR ÇARƏSİZ QALDI - VİDEO DÜNYA
ŞOK! PUTİN MÜHASİRƏYƏ DÜŞDÜ - CANGÜDƏNLƏR ÇARƏSİZ QALDI - VİDEO
Hər kəs prezidentlə şəkil çəkdirmək istədiyi üçün 10 dəqiqəyə yaxın ona getməyə imkan verməyiblər.
SON DƏQİQƏ! `HAFKA` BAŞ VERƏN SİLAHLI ATIŞMAYA GÖRƏ HƏBS EDİLDİ ÖLKƏ
SON DƏQİQƏ! `HAFKA` BAŞ VERƏN SİLAHLI ATIŞMAYA GÖRƏ HƏBS EDİLDİ
Silahlı insidentlərə görə “Hafka”nın da həbs xəbəri yayıldı.
BİABIRÇILIQ! BAKININ MƏŞHUR GECƏ KLUBUNDAN - PAYLAŞIM - FOTO DİGƏR
BİABIRÇILIQ! BAKININ MƏŞHUR GECƏ KLUBUNDAN - PAYLAŞIM - FOTO
Paylaşım hər kəs tərəfindən tənqid olunub.
DİQQƏT!MEHRİBAN ƏLİYEVA ANASI İLƏ ŞƏKLİNİ PAYLAŞDI - FOTO DİGƏR
DİQQƏT!MEHRİBAN ƏLİYEVA ANASI İLƏ ŞƏKLİNİ PAYLAŞDI - FOTO
Birinci vitse prezidenti Mehriban Əliyevanin uşaqlıq fotosu yayımlanıb.
DİQQƏT! AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞAN - ATA-OĞULLAR ÖLKƏ
DİQQƏT! AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞAN - ATA-OĞULLAR
Azərbaycanda yüksək və məsul vəzifə sahibi olan ata-oğul tandeminə daha kimlər daxildir?
PREZİDENTİN KEÇMİŞ MÜHAFİZƏÇİSİ ÜZÜNDƏN BIÇAQLANDI - FOTOLAR ÖLKƏ
PREZİDENTİN KEÇMİŞ MÜHAFİZƏÇİSİ ÜZÜNDƏN BIÇAQLANDI - FOTOLAR
M.Mədətov bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb.