Göndərişlərə abunə olun
Загрузка...
DİGƏR

"Elə bir kişiyə rast gəlmədim ki, ona...” - Həmidə Ömərova

Həmidə Ömərovanın müsahibəsini təqdim edir

"Elə bir kişiyə rast gəlmədim ki, ona...” - Həmidə Ömərova
saw 472     

myBaku.az yenicag.az-a istinadən Həmidə Ömərovanın müsahibəsini təqdim edir.

- İllər sonra biz yenə üz-üzə oturduq. Və etiraf edim ki, səninlə hər görüşdən sonra beynimdəki Həmidə Ömərova portretində bir cizgi də tamamlanır.

- Sən də darıxdığım insanlardansan. Əgər bilmək istəsən jurnalistlər arasında içi sənqarışıq çox gözəl dostlarım var. Mən elə sənət adamı tanıyıram ki, jurnalistlərdən qaçır. Mən isə heç vaxt nə jurnalistlərdən qaçıram, nə də onlardan küsürəm, çünki onlar qorxulu adamlardır (gülür). Jurnalistika ilə aktyorluq sənətini birləşdirən ümumi cəhət çoxdur. Hər iki peşənin sahibləri böyük psixoloqdurlar, tez ünsiyyət tapırlar, bir-birilərini bircə baxışdan anlayırlar. Və həmişə fikirləşmişəm ki, yaxşı jurnalistlə yaxşı aktyor vəhdətdə olarsa, onlar böyük bir əsər, hətta möhtəşəm bir film də yarada bilərlər. Mən buna misal olaraq, Federiko Fellini yaradıcılığını misal çəkə bilərəm. O dahi italyan rejissorunun da yaradıcılığı jurnalistikadan başlanıb. Amma ən qəribəsi o idi ki, bu dahi rejissor öz işlərini ekrana köçürə bilmirdi. Və o bir gün öz həmyerlisi olan Tonino Quera kimi istedadlı yazıçı-jurnalistə rast gəlir və öz hekayətlərini ona danışır. Quera isə hər şeyi o qədər gözəl, bədii dillə təsvir edir ki... Fellini baxır ki, onun film kimi gördükləri kağızdadır. Və həmin yazılanları götürüb, əsrarəngiz ekran əsərlərinə çevirir.

- Yaxşı... sən indi Fellinisən, yoxsa Quera?

- Sən mənim Queramsan. Qoy jurnalistlər məndən inciməsinlər: çox müsahibələrim olub ki, həyatımla, keçmişimlə, hisslərimlə bağlı danışmışam. Amma oxuyanda görmüşəm ki, yox, bu, o deyil. Amma ilk dəfə idi ki, bir sənin, bir də Nadir Bədəlovun mənim haqqımda yazdıqları ürəyimcə oldu. Mən onları oxuyanda elə bildim ki, özüm yazmışam. Axı mənim də az-çox yazıçılıq qabiliyyətim var.

- Təvəzökarlıq eləmə... 3 dərslik müəllifinin qabiliyyəti az ola bilməz. Üstəlik, publisistikandan da xəbərim var. Yox... məncə sən elə öz həyatını hamıdan yaxşı yazarsan.

- (tərəddüdlə) Öz taleyim haqqında hələ ki, yazmamışam. Amma öz yaşıdlarım, analarımız, nənələrimiz barədə yazıram. Bilirsən, biz həyatda birinci dərəcəliyik. Amma kinoda qadınlar həmişə ikinci dərəcəli, arxa planda olublar. Ona görə də tanış dramaturqlardan həmişə xahiş etmişəm ki, nolar, qadınlar üçün də yazın. Dedim, dedim, yoruldum. Və sonda özüm yazmağa başladım. Bu əsər tanıdığım qadınlar, onların həyatı, gördükləri işlər barədə serialdır. Amma bilirəm ki, bu ssenari işıq üzü görməyəcək. Neyçün? Kimdir ona sponsorluq edən? Onu serial kimi maliyyələşdirən? Bu gün kino iş adamlarının yadına düşmür. Səbəbini onda görürəm ki, bizdə kino-prokat yoxdur. "Prokatın" da olmaması kinonun belini qırır.

Azərbaycan kinosunun dünəni, bu günü məni həmişə narahat edib. Bax, mən dünya kinosundan dərs deyirəm. Ordakı vəziyyəti də görürəm, bizdə olanı da... Bizdə hüquqsuzluq baş alıb gedir.

Oğlum həmişə deyir ki, sən başqaları üçün yaşadın, özünə bir gün ağlamadın. Mən tək özümü düşünmürəm. Bax, mən ölüb gedəcəm. İstəmirən axı məndən sonra gələnlər mənim vəziyyətimə düşsünlər. Mənim kimi çarəsiz olsunlar.

- Səncə bir Həmidə ilə kino düzələcək?

- Yox, düzəlməyəcək. Amma mənim kimi düşünənlər az deyil. Kaş sən biləsən ki, kinonu nə qədər sevən insan var. Mən elə bilirdim ki, televiziya kinoya çoxdan qalib gəlib. Amma elə deyilmiş. Biz "Professional Kino Aktyorları Gildiyasi"nın saytını yaradanda Azərbaycanın rayonlarını, kəndlərini qarış-qarış gəzdik. Elə qocaman, istedadlı aktyorlar gördük ki, kino onlar üçün "ağlayır". Amma təəssüflər olsun ki, onları heç kim tanımır. Və biz bu yaratdığımız saytda Azərbaycan kino və teatr sənətinin tanınan və tanınmayan aktyorları barədə məlumat verdik. Əsas odu ki, məhz bu saytla biz aktyorlar bir-birimizi tanıdıq. Və bu sayta daxil olan hər bir rejissor istədiyi aktyoru öz filminə dəvət edə bilər. Burada hamıya şans verilir.

- Bu qədər problemlərdən, qayğılardan sonra yenə aktrisa olduğun üçün fəxr etdiyini deyəcəksən?

- Əlbəttə. Mən sənətimlə qürur duyuram. Baxmayaraq ki, biz - itirilmiş bir nəslin nümayəndələriyik. Amma fəxr edirəm ki, məhz bizim nəslin nümayəndələri yenə azdan-çoxdan milli kinomuzda nəsə öz imzasını qoya bildi. Mən bu gün də səhnədəyəm. Sənətim məni darıxmağa qoymur. İncəsənət universitetində dərs deyirəm, rollar oynayıram.

- Amma zaman hamı kimi bizi də qarət edir. İllər keçir, yaşa doluruq.

- İllərdən danışma... Təsəvvür edirsən, bu il mənim yubileyimdir. (əli ilə 6 rəqəmini göstərir) Necə gəlib keçdi bu illər, heç bilmədim ki...

- (heyrətlənirəm) Nə danışırsan? Heç sənə o yaşı vermək olmaz.

- Deyəsən, son illər bizim yer kürəsində nələrsə baş verir. Günlər tez keçir, orqanizm isə cavan qalır. Əsas insanın özünü neçə yaşında hiss etməsidir. Amma onu da deyim ki, mən ağ saçlarımdan utanmıram. Düzdür, onları hənalayıram (gülür), amma mən onları sevirəm.

- Belə bir deyim var: səhnə də məşuq kimidir; nə qədər ki, gənc və sağlamsan o, sənə qoynunda yer verir, elə ki yaşa doldun, səni özündən uzaqlaşdırır.

- Fransız aktrisası məşhur Sara Bernard əlil arabasında səhnəyə çıxıb, klassik əsərlərdə oynayıb. Bəs onda qoca kişi, qadın rollarını kim oynasın? Cavanlar? Məsələn, mən hazırda Rafiq Əzimov və Hacı İsmayılovla birgə Teatr Xadimləri İttifaqının Zəfər studiyasında Ejen İaneskonun "Stullar" tamaşasında oynayıram. Orada 95 yaşlı qadın obrazını yaradıram. İndi səncə bunu kim oynamalıdır? 20 yaşlı qız? Ona görə də dediyin fikirlə razılaşmıram. Bir onu bilirəm ki, səhnə onu sevənlər üçün ağlayan məşuqdu.

- İllər sonra səninlə yenə bu evdə görüşdük. Və içəri girən kimi elə bil ananın ətrini hiss etdim.

- Gör ağlada bilirsən məni?... Ona görə çalışıram ki, bu evə az-az gəlim, qaçıram burdan. Hər küncündə anamın nəfəsini hiss edirəm. Elə bilirəm, yenə oturub o divanda... Yenə məni "Həmiş" deyə çağırır. Bu ev anamın ocağı idi. O, məni təkbaşına böyütdü. Mərd adam idi. Hamı deyirdi, Nəsibə xanım kişi kimi qadındır. Əslində, mən bu fikrin əleyhinəyəm. Qadın niyə kişi kimi olur? O qədər zülümlər çək, sonda da elə... yazıq anam...

- Mən biləni ananı Respublikanın baş psixiatrı Ağabəy Sultanov müalicə edirdi.

- O məgər müalicə idi? Aparmışdım yanına, nə qədər dərman yazdı. Həmin dərmanlardan sonra anamın huşu tamam itdi. Mənim adımı unutdu. Qonşuda təmir gedirdi, anam gedib orda mahnı oxuyurdu. Zəng edib dedim ki, Ağabəy müəllim, anamın vəziyyəti pisdir. Rəhmətlik qayıtdı ki, eybi yox, dərmanları kəsmə. Mən isə daha vermədim.

- Ağabəyə "rəhmətlik" sözü düşür?

- Bilirsən, mən ibadət edəndən sonra çox hadisələrə başqa gözlə baxmağa başladım. Allah bilən məsləhətdir. Əcəl özü anamı göndərdi Ağabəyin yanına... Çünki ondan əvvəl mən anamı Tibb Universitetində bir professor vardı, onun yanına aparmaq istədim. Orda mənə dedilər ki, doktor ancaq rayon adamlarını qəbul edir. Bu söz mənə toxundu. Dedim, indi Bakı camaatı nə etməlidir? Xeyli əsəbdən, get-gəldən sonra başa düşdüm ki, cəhdim əbəsdir. Və mən anamı Ağabəy Sultanovun yanına aparmalı oldum. Yazıq arvad, biləndə ki, onu Ağabəyin yanına aparacam, dedi a bala, onun özünün başı xarabdır, məni hara aparırsan? Elə bil ürəyinə dammışdı...

- Ananı yuxunda görürsən? Nə istəyir səndən?

- Bu üzüyü görürsən? (əlindəki nişan üzüyünü göstərir) Bu, anamındır, sonradan alıb amma.... O, atamdan ayrılanda çox gənc olub. Yaraşıqlı, gözəgəlimli qadın imiş... Yəqin ki, küçədə - filanda sataşmasınlar deyə, bu üzüyü alıb taxıb. Ölənə qədər də bu nişan üzüyü barmağında idi. Anamı aradabir yuxuda görürəm. Sonuncu dəfə də mənə dedi ki, götür mənim üzüyümü tax. Odur-budur, üzük barmağımdan çıxmır.

- Bayaqdan fikrimdə oğlunun sözü dolaşır. Doğrudan da sən niyə heç özün üçün yaşamadın? Axı sən o Həmidə Ömərovasan ki, bircə baxışına, bircə şirin sözünə ayaqların altına milyonlar sərəcək kişilər olub. O şanslardan istifadə etmədiyinə görə özünü qınamırsan?

- Düzdür, məni istəyən çox idi. Amma mən sən dediyin adamlar arasında elə bir kişiyə rast gəlmədim ki, ona arxayın olum.

- Yəni heç kim sənə demədi ki, "Qorxma , mən səninləyəm".

- Yox, o kinoda olur. Sənə bir şey deyim? Bəlkə də bizim kino 1993-cü ildə böhrana uğramasaydı, mən heç ailə qurmazdım. Buna mənim vaxtım yox idi. Bir gün Bakıda çəkilirdim, bir gün Şəkidə, bir gün İranda... Və İrandakı çəkilişlərin birində bir qadın məndən soruşdu: sənin neçə uşağın var? Dedim, nə uşaq? Mən heç ailə qurmamışam. Dedi, neçə yaşın var? Qayıtdım ki, 34. Dedi, aaa... bəs sən nə vaxt uşaq doğacaqsan? Bu söz elə bil mənim yeddi qatımdan keçdi. Axı Bakıda heç kim mənə bu sözü deməmişdi. Elə bil yuxudan ayıldım. Və qarşıma məqsəd qoydum ki, Bakıya qayıdan kimi ailə quracam.

- Kimliyindən asılı olmayaraq?

- Hə. Özümə söz verdim ki, Bakıya dönən kimi kim mənə birinci evlilik təklif etsə, ona da ərə gedəcəm.

- Sevgisiz?

- Qəribədir ki, mən sevib ailə qurdum. Bakıya qayıdandan bir müddət sonra yoldaşımla tanış oldum. Onun öz aləmi vardı. O, yeganə kişi idi ki, mən bir qadın kimi onu qətiyyən maraqlandırmırdım. Mən də qarşıma məqsəd qoydum ki, onu özümə cəlb edəcəm. Çox quru adam idi. Sonra yavaş-yavaş ünsiyyətimiz yarandı. Qəribə adam idi, açığı mən onu heç vaxt başa düşmədim. Onun sevgi etirafı da qəribə oldu. Həmin gün möhkəm yağış yağırdı. Mən də hər dəfə naharda çıxıb evə gedirdim. Çıxdım bayıra, gördüm dayanıb yağışın altında... Düz 45 dəqiqə saxladı məni, ordan-burdan danışdı, nahara da gecikdim. Sağollaşıb qayıtmaq istəyirdim ki... bircə kəlmə dedi: istəyirəm səni. Çönüb baxdım. Gördüm yağışdan elə islanıb ki... Mən ona inandım.

- Nəticəsi?

- Nəticəsi o oldu ki, bu gün o məhəbbətin bəhrəsi olan yaraşıqlı bir oğlumuz var.

- Amma deyəsən, sən elə onu sona qədər başa düşmədin.

- Sadəcə, anladım ki, biz tamam başqa-başqa adamlarıq. Maraq dairələrimiz özgədir. Ümumiyyətlə, mən belə hesab edirəm ki, çox sənətkarların şəxsi həyatı uğursuz olur. Əgər kiminsə ailəsi dağılmayıbsa, demək onlar öz övladlarına görə yaşayırlar.

- Yaralı qu quşunun sevgi nağılı nə qədər çəkdi?

- Ömrünü saymadın. Amma bir onu deyə bilərəm ki, mən ailəli qadınam.

- Bəlkə özünü ailəsinə qurban vermiş qadın?

- (dərd yağan gözləri yol çəkir) - Hə.....


L.O.




AFİŞALAR

SON ƏLAVƏLƏR
“Nə məhkəmədən, nə də polisdən qorxuram...” - Kamil Zeynallı - VIDEO
eye icon 77 time 14:28

“Nə məhkəmədən, nə də polisdən qorxuram...” - Kamil Zeynallı - VIDEO

Bəli, söymüşəm, əsəbi olmuşam

ŞOU-BİZ 2017-01-16
Qalmaqallı erotik TV-şou efirdə: yatağa çılpaq girib öpüşəcəklər - FOTO
eye icon 717 time 13:57

Qalmaqallı erotik TV-şou efirdə: yatağa çılpaq girib öpüşəcəklər - FOTO

Bu gün Avstraliyanın SBS telekanalında dünyanın ən qalmaqallı teleşousu

DÜNYA 2017-01-16
DİQQƏT: Dollar 2 manat 80 qəpik olacaq
eye icon 314 time 13:34

DİQQƏT: Dollar 2 manat 80 qəpik olacaq

Manatın gerçək məzənnəsi müəyyənləşməyincə..

ÖLKƏ 2017-01-16
Erməni oğlanla evlənən Leyla əri və qardaşının FOTOSUNU yaydı
eye icon 434 time 13:16

Erməni oğlanla evlənən Leyla əri və qardaşının FOTOSUNU yaydı

Erməni oğlanla ailə quran azərbaycanlı qız Leyladan xəbər var

LIFE STYLE 2017-01-16
“İstəmirəm ki, hansısa deputat məni “saxlasın”” - FOTOLAR
eye icon 607 time 12:43

“İstəmirəm ki, hansısa deputat məni “saxlasın”” - FOTOLAR

Gənc müğənni Nərminə Hüseynovanın (Mina)

ŞOU-BİZ 2017-01-16
DİQQƏT: Bakıda “Trump Tower”in adı sökülür - FOTOLAR
eye icon 168 time 12:08

DİQQƏT: Bakıda “Trump Tower”in adı sökülür - FOTOLAR

Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelinin adı sökülür

ÖLKƏ 2017-01-16
SON DƏQİQƏ: Türkiyə təyyarəsi parçalandı, saysız insanlar öldü - ŞOK FOTOLAR
eye icon 602 time 11:58

SON DƏQİQƏ: Türkiyə təyyarəsi parçalandı, saysız insanlar öldü - ŞOK FOTOLAR

Türkiyənin Turkish Airlines aviaşirkətinin Boeing-7476-400 yük təyyarəsi

DÜNYA 2017-01-16
Hollivudun erotik super ulduzu İslamı qəbul etdi - FOTOLAR
eye icon 498 time 11:36

Hollivudun erotik super ulduzu İslamı qəbul etdi - FOTOLAR

Bu yaxınlarda Türkiyəyə səfər edən aktrisa Lindsey Lohan

LIFE STYLE 2017-01-16
Polad Bülbüloğlu və Yusif Eyvazov - Rus milyarderin nəvəsinin toyunda + FOTOLAR
eye icon 196 time 00:50

Polad Bülbüloğlu və Yusif Eyvazov - Rus milyarderin nəvəsinin toyunda + FOTOLAR

Valeri Koqan 2.5 milyard dollar sərvətə sahibdir.

DİGƏR 2017-01-16
Serbiyalı müğənninin dərin dekolteli libası - fotolar
eye icon 305 time 00:41

Serbiyalı müğənninin dərin dekolteli libası - fotolar

Verilişinə geyindiyi dərin dekolteli libası ilə müzakirə obyektinə çevrilib.

DİGƏR 2017-01-16
Gəncədə reyd - 70-dən çox piyada cərimələndi + Fotolar
eye icon 116 time 00:25

Gəncədə reyd - 70-dən çox piyada cərimələndi + Fotolar

Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib.

DİGƏR 2017-01-16
"Öz ölkəmin Murad Bozuyam" - Nadir Qafarzadə
eye icon 242 time 23:46

"Öz ölkəmin Murad Bozuyam" - Nadir Qafarzadə

Azərbaycan musiqisinin zənginliyi heç bir ölkədə yoxdur.

ŞOU-BİZ 2017-01-15
İspaniyada təyyarə qəzaya uğradı: Ölənlər var
eye icon 180 time 23:26

İspaniyada təyyarə qəzaya uğradı: Ölənlər var

Hadisənin səbəbləri araşdırılır.

DÜNYA 2017-01-15
SON DƏQİQƏ:NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib – FOTOLAR
eye icon 1842 time 23:09

SON DƏQİQƏ:NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib – FOTOLAR

Binanın açıq pəncərələri belə aydınca görünür.

DİGƏR 2017-01-15
“Üstümә bomba bağlayıb Ermənistanı partladaram…” - Kamran Ağayev
eye icon 410 time 22:50

“Üstümә bomba bağlayıb Ermənistanı partladaram…” - Kamran Ağayev

Azərbaycan millisinin və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev

DİGƏR 2017-01-15
SOS: Bakıda yayılan qrip ölüm gətirir
eye icon 985 time 22:09

SOS: Bakıda yayılan qrip ölüm gətirir

Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb.

DİGƏR 2017-01-15
“Mançester Siti” Liverpulda darmadağın oldu
eye icon 16 time 22:04

“Mançester Siti” Liverpulda darmadağın oldu

İngiltərə Premyer Liqasında 21-ci turun görüşləri keçirilir.

İDMAN 2017-01-15
Qazaxda iki baçı dəm qazından zəhərləndi
eye icon 17 time 21:46

Qazaxda iki baçı dəm qazından zəhərləndi

Qazaxda dəm qazından zəhərlənmə olub.

DİGƏR 2017-01-15
Bu avtobus elektriklə işləyir - FOTO
eye icon 202 time 21:21

Bu avtobus elektriklə işləyir - FOTO

Avtomobil proyeksiyalı displey və güzgülərin əvəzinə kameralarla təchiz edilib.

DÜNYA 2017-01-15
Bakıda 16 yaşlı müğənni 1 saata 50 min qazandı – FOTO
eye icon 566 time 21:11

Bakıda 16 yaşlı müğənni 1 saata 50 min qazandı – FOTO

Türkiyəli müğənni Aleyna Tilkinin yeni il gecəsi Bakıda verdiyi konsertdən qazandığı gəlir məlum olub.

DİGƏR 2017-01-15
Uşağınızda qızdırma və qusma varsa...
eye icon 380 time 21:04

Uşağınızda qızdırma və qusma varsa...

Xüsusilə uşaqlar bu viruslara daha tez tutulur və gec sağalırlar.

DİGƏR 2017-01-15
Zibil atmağa yarıçılpaq çıxdı - FOTO
eye icon 2334 time 20:35

Zibil atmağa yarıçılpaq çıxdı - FOTO

H.Handerson evindən zibil atmağa yarıçılpaq çıxıb.

DİGƏR 2017-01-15
Duterte hərbi vəziyyət elan edə bilər
eye icon 215 time 20:18

Duterte hərbi vəziyyət elan edə bilər

Ölkədə narkotik probleminin pisləşdiyi təqdirdə hərbi vəziyyətin elan olunmasının mümkün olduğunu deyib.

DÜNYA 2017-01-15
Robotlara "şəxs" status veriləcək
eye icon 74 time 20:12

Robotlara "şəxs" status veriləcək

Bundan sonra robotların "elektron şəxs" adlandırılması nəzərdə tutulub.

DÜNYA 2017-01-15
Ən əcaib, qəribə ADƏTLƏR
eye icon 217 time 19:54

Ən əcaib, qəribə ADƏTLƏR

Dünyanın ən iyrənc hesab edilən 9 adətini təqdim edirik

MARAQLI 2017-01-15
DİQQƏT: Kompüterdən istifadə edənlərdə bu xəstəlik yaranır
eye icon 259 time 19:33

DİQQƏT: Kompüterdən istifadə edənlərdə bu xəstəlik yaranır

Bu hal xüsusilə klaviatura istifadə edənlərdə daha çox rast gəlinir.

DİGƏR 2017-01-15
Azərbaycanlı qızın videosu rekord qırır
eye icon 8366 time 19:18

Azərbaycanlı qızın videosu rekord qırır

Azərbaycanlı qızın TWERK oyunu qısa müddətdə milyonlarla izlənib.

DİGƏR 2017-01-15
Məşhur aktyorun oğlu evləndi - FOTOLAR
eye icon 295 time 18:26

Məşhur aktyorun oğlu evləndi - FOTOLAR

Ötən il dünyasını dəyişən Türkiyəli məşhur aktyor Tarık Akanın oğlu ailə qurub

ŞOU-BİZ 2017-01-15
Reper ütü ilə qadını yandırıb, 3 gün zorladı - FOTOLAR
eye icon 1655 time 15:47

Reper ütü ilə qadını yandırıb, 3 gün zorladı - FOTOLAR

İngilis reper Courtney Hutchinson 23 il müddətinə həbsə məhkum edilib.

DÜNYA 2017-01-15
Prezidentin xanımı bütün dizaynerlərin - DİQQƏTİNDƏ - FOTOLAR
eye icon 445 time 15:15

Prezidentin xanımı bütün dizaynerlərin - DİQQƏTİNDƏ - FOTOLAR

Melaniya Tramp üçün geyim hazırlamaq öhdəliyi dizyanerləri iki cəbhəyə bölüb.

MARAQLI 2017-01-15
Ana söyüşünə görə dalaşan Kamrana - AĞIR CƏZA - VİDEO
eye icon 1009 time 14:32

Ana söyüşünə görə dalaşan Kamrana - AĞIR CƏZA - VİDEO

Millimizin qapıçısı Kamran Ağayevin iştirakı ilə insident yaşanıb.

İDMAN 2017-01-15
Bahalı avtomobillər 40% faiz - UCUZLAŞACAQ - ƏTRAFLI
eye icon 803 time 13:56

Bahalı avtomobillər 40% faiz - UCUZLAŞACAQ - ƏTRAFLI

Dizellə işləyən avtomobillərin qiyməti dəyişməyəcək.

ÖLKƏ 2017-01-15
Məktəbdə müəllim şagirdi - ÇIRPDI - ŞOK VİDEO
eye icon 860 time 13:22

Məktəbdə müəllim şagirdi - ÇIRPDI - ŞOK VİDEO

Azərbaycanda məktəbdə müəllimin şagirdi döydüyü anlar kameraya düşüb.

ÖLKƏ 2017-01-15
Yol polisindən biabırçı hərəkət: "Məni çəkənin ağzını..." - VİDEO
eye icon 522 time 12:46

Yol polisindən biabırçı hərəkət: "Məni çəkənin ağzını..." - VİDEO

Sürücü və sərnişin mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb

ÖLKƏ 2017-01-15
Həmin güdən güclü külək və yağış başlayır - PROQNOZ
eye icon 1213 time 12:37

Həmin güdən güclü külək və yağış başlayır - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

ÖLKƏ 2017-01-15
Müğənni bu hala düşdü - "İmkansızlıqdan evdə yatıram" - VİDEO
eye icon 1747 time 12:23

Müğənni bu hala düşdü - "İmkansızlıqdan evdə yatıram" - VİDEO

Mikro infarkt keçirən müğənni Nurlan Əzizbəyli səhhətindən danışıb.

ŞOU-BİZ 2017-01-15
Generalın evindən çıxanlar mat qoydu - ƏTRAFLI
eye icon 1707 time 11:52

Generalın evindən çıxanlar mat qoydu - ƏTRAFLI

Sübahir Qurbanovun evində aparılan axtarış zamanı qızıl əşyalar aşkar edilib.

ÖLKƏ 2017-01-15
Kamil aparıcıdan üzr istədi – VİDEO
eye icon 591 time 11:10

Kamil aparıcıdan üzr istədi – VİDEO

Aparıcı ilə idman ustası arasındakı qalmaqala son qoyulub.

ŞOU-BİZ 2017-01-15
Kamran Ağayev "Benfika" futbolçuları ilə - DALAŞDI - VİDEO
eye icon 243 time 11:00

Kamran Ağayev "Benfika" futbolçuları ilə - DALAŞDI - VİDEO

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyada "Benfika" futbolçuları ilə dalaşıb.

İDMAN 2017-01-15
Futbolçuyam deyib klublardan milyonlar qazandı - FOTOLAR
eye icon 512 time 10:32

Futbolçuyam deyib klublardan milyonlar qazandı - FOTOLAR

Darbonun saxta sənəd və tövsiyə məktubu ilə bir çox məşhur klubu aldatdığı məlum olub.

İDMAN 2017-01-15

baku city