saw 841     
Bakıda dayanacaqda dollar satışı: "2 manatdan nə qədər istəyirsən təşkil edək" - REPORTAJ

Bakıda dayanacaqda dollar satışı: "2 manatdan nə qədər istəyirsən təşkil edək" - REPORTAJ

Ölkədə dollar satışının demək olar ki, məhdudlaşdırılması, dollara olan tələbatən günü-gündən artması qara bazarın fəaliyyətini daha da rövnəqləndirib. Baxmayaraq ki, qara bazara qarşı günü-gündən mübarizə tədbirləri gücləndirilir, hətta Dövlət Təhlükəsizlik Xidməti və Hüquq Mühafizə orqanları mütəmadi şəkildə onları məsuliyyətə cəlb edir və müvafiq tədbirlər görür amma yenə də gizli şəkildə fəaliyyət göstərməyə davam edirlər. 

Qara bazarın məskəni olan, dəfələrlə Qara bazarla bağlı həmin yerdən reportaj etsək də bitməyən-tükənməyən yerlərdən olan Bakı Dəmiryol Vağzalının qarşısı əvvəlkinə nisbətən bu gün seyrəklik idi. Görülən tədbirlər az da olsa öz təsirini göstərsə də amma heç də problemi kökündən həll etməmişdi. 

Vağzalın dərinliklərinə doğru getdikcə mənzərə açıq aydın şəkildə özünü biruzə verirdi. Sərnişin kimi vağzalın içində hərəkət edən qara kurtkalılar bir müddətlik müşahidədən sonra özlərini göstərdilər. 

Bilet almaq üçün Kassa Zalına daxil olduq. Zalda polis olmasına baxmayaraq qara bazar oraya qədər də ayaq açmışdı. Bilet almaq üçün gələnlərdən dah açox pul almaq üçün gələnlər açıq aydın görünürdü. Elə göz önündəcə gah dolları alır manat verir, gah da manatı alıb dollar verirdi. 

Onların qara bazar ünsürləri olduqlarını dəqiqləşdirənə qədər gözləməli, müşahidə aparmalı oldum. Çünki çiynimdə olan çantadan, əlimdə olan fotoaparatdan açıq-aydın şəkildə jurnalist olduğum bilinirdi. Hər an onları qaçırda bilərdim təhlükəli hərəkətimlə. Kənara çəkilib pəncərənin kənarında oturdum. 

Bəlkə də məkirli düşünürdüm onlar qara bazar adamları deyildilər, bəlkə də qohum idilər bir-birlərinə dollar, manat verirdilər. Ona görə də səbr edib gözlədim. Amma gördüyüm mənzərə heç də məkirli olmadığımı, düşündüklərimdə haqlı olduğumu göstərdi. 

Mənim kimi auraya düşənlər bir-bir zala daxil olur,  bir polisə, bir də kənara diqqətlə baxıb onları müəyyənləşdirir. Sonra isə asta-asta onlara yan alıb valyuta dəyişirdilər. 

Polis də mənim kimi kənardan dayanıb mənzərəni seyr edirdi. Asta-asta əlimdəki fotokameranı söküb çantama yerləşdirdim. Sonra yenə çantamı çiynimə asıb mən də onlardan birinə yaxınlaşdım. 

-Salam. Mənə dollar lazım idi. Elə bayaqdan utanıram sizə yaxınlaşam. Mən fotoqrafam. Getmək istəyirəm qonşu ölkəyə. Gəzmək üçün amma əlimdə dollar yoxdur. 
-Hə görürəm bayaqdan oturub burda ora-bura baxırsan. 
-Neçəyə verə bilərsiniz dolları, sabah axşama biletim var. 
-2-dən veririk dolları. 
-Mənə 300 dollar lazımdır, mən sabah sizə 600 manat gətirərəm, getməzdən öncə dəyişərik. Olarmı? 
-Hə, əlbəttə olar. Nə vaxt istəsən burdayam. 

Artıq mənə lazım olan cavabı almışdım. Mənə dollar ehtiyac deyildi onsuz da. Qara bazar ünsürünü isbatladıq. İndi isə sıra dəmiryol vağzalının qatara minik hissəsində sərnişin kimi dolaşan ünsürlərdə idi. 

Sağollaşıb bayıra, onların yanına yollandım. 

Qatar gözləmək üçün yaradılmış dayanacaqda oturdum. Çox keçmədi ki, ətrafımda xeyli adam toplaşdı. Bilirdim onların da “şifrəli” sərnişinlərdən olduqlarını. Sadəcə özlərini biruzə verməklərini gözləyirdim. Elə belə də oldu. Yanımdakı oturacaqda biri əyləşdi. Havadan – sudan danışmağa başlasaq da ikimiz də bunun məqsədyönlü olduğunu bilirdik. Söhbəti özümə sərf edən istiqamətdə dəyişib az öncəki ssenarini davam etdirdim. Sabah qonşu ölkəyə getməliyəm, banklarda dollar tapa bilmirəm. 
Elə belə demişdim ki, 45-50 yaşlarında olan seyrəksaçlı dayını dilə gətirə bildim. 

-Nə qədər lazımdıır?  
-Təxminən 300 dollar lazımdır. 
-Sabah saat neçədə çıxacaqsan ?
-Axşamadır biletim, nə üçün soruşdunuz ki? 
-Nə qədər istiyirsən mən sənin üçün təşkil edə bilrəm. 
-Adə sənə nə var, sənə pul lazım deyil? 
-Aha, bəs neçədən olacaq? 
-2-dəndi də qardaşoğlu. 2-dən ucuz gör burda satan tapsan mən bir də bura ayaq qoymaram. 
-Hə heç nə, sabah gələcəm, elə bax bu dayanacaqda oturacam. Burda həll edərik. 
-Danışdıq. Adın nə oldu qardaşoğlu? 

Uzun sözün qısası bir az da söhbətləşib redaksiyaya qayıtdım. Görünən o idi ki, görülən tədbirlər ancaq Dəmiryol vağzalının qarşısındakılara təsir etsə də vağzalın içində hər şey əvvəlki kimi idi... cebhe.info


     

POPULYAR OXUNANLAR
Prezidentdən təhsillə bağlı - SƏRƏNCAM ÖLKƏ
Prezidentdən təhsillə bağlı - SƏRƏNCAM
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Damlanın oğlu Zauru pərt etdi - ALAN VURUB`A GÖRƏ - VİDEO ŞOU-BİZ
Damlanın oğlu Zauru pərt etdi - ALAN VURUB`A GÖRƏ - VİDEO
Aparıcı Zaur Kamalla müğənni Damlanın oğlu İbrahim arasında maraqlı dialoq baş tutub.
Fazil Məmmədovun ailə - FOTOLARI ÖLKƏ
Fazil Məmmədovun ailə - FOTOLARI
Fazil Məmmədovun ailəsi də həmişə rəğbətlə qarşılanıb.
Bu da Müşfiqin hər kəsdən gizlətdiyi nişanlısı Aynurə - FOTO ÖLKƏ
Bu da Müşfiqin hər kəsdən gizlətdiyi nişanlısı Aynurə - FOTO
Azərbaycanlı aktyor Müşfiq Şahverdiyev subaylığın daşını atır.
MƏŞHURLARIN AYLIQ XƏRCLƏRİ - ŞOK RƏQƏMLƏR - 24 MİN, 10 MİN... - SİYAHI ŞOU-BİZ
MƏŞHURLARIN AYLIQ XƏRCLƏRİ - ŞOK RƏQƏMLƏR - 24 MİN, 10 MİN... - SİYAHI
Məşhur xanımlar baxımlı qalmaq üçün daha çox pul xərcləməlidirlər.
Vasif qızına ad günü etdi - FOTOLAR - VİDEO ŞOU-BİZ
Vasif qızına ad günü etdi - FOTOLAR - VİDEO
Əməkdar artist Vasif Məhərrəmli qızı Əfşana ad günü edib.
Daha bir bank çökdü - ƏMƏLİYYATLAR DAYANDI ÖLKƏ
Daha bir bank çökdü - ƏMƏLİYYATLAR DAYANDI
Azərbaycanda daha bir bank əmanət qəbulunu və kredit verilməsini dayandırıb.
BAKIDA ŞAXTA BABA OLMAQ ÜÇÜN ÖDƏNİLƏCƏK - RÜSUM ÖLKƏ
BAKIDA ŞAXTA BABA OLMAQ ÜÇÜN ÖDƏNİLƏCƏK - RÜSUM
Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub.
Cinsi həyatla bağlı səhv inanclar: seks arzulayan qadın... MARAQLI
Cinsi həyatla bağlı səhv inanclar: seks arzulayan qadın...
Kişi istənilən qadına necə həzz yaşadacağını bilməlidir.
BİABIRÇILIQ! TƏRANƏ QUMRALDAN EFİRDƏ SÖYÜŞ - VİDEO ŞOU-BİZ
BİABIRÇILIQ! TƏRANƏ QUMRALDAN EFİRDƏ SÖYÜŞ - VİDEO
`Mən dədəmin qızıyam, dədəm kişi olub.`
Nadir Qafarzadə Emini Leyla Əliyevadan ayrıldığı üçün sərt qınadı - FOTO ŞOU-BİZ
Nadir Qafarzadə Emini Leyla Əliyevadan ayrıldığı üçün sərt qınadı - FOTO
`Etdiyi hərəkətləri də, gizlin saxlayardı ki, cəmiyyət görməsin.`
SON DƏQİQƏ! Azərbaycanda məmur həbs edildi ÖLKƏ
SON DƏQİQƏ! Azərbaycanda məmur həbs edildi
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.
TOLİK DADO İLƏ NATAVANIN SİRRİNİ AÇDI - `MƏCBURİ ƏRƏ GETDİ` ŞOU-BİZ
TOLİK DADO İLƏ NATAVANIN SİRRİNİ AÇDI - `MƏCBURİ ƏRƏ GETDİ`
Tanınmış prodüser Tarix Əliyev "Həştəq" sosial media proqramının qonağı olub.
Bakı sakinlərinə XƏBƏRDARLIQ - 5 gün sonra saat 12:00-dan etibarən... ÖLKƏ
Bakı sakinlərinə XƏBƏRDARLIQ - 5 gün sonra saat 12:00-dan etibarən...
Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq `Azərişıq` ASC tərəfindən ciddi tədbirlər görüləcəkdir.
Nikinin bu fotosuna milyondan çox `like` gəldi - FOTO DİGƏR
Nikinin bu fotosuna milyondan çox `like` gəldi - FOTO
Niki Minaj paylaşdığı cəsarətli fotosu ilə gündəm olub.
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR ÖLKƏ
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR
Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.
İt ilində bizi nə gözləyir? - ASTROLOJİ PROQNOZ MARAQLI
İt ilində bizi nə gözləyir? - ASTROLOJİ PROQNOZ
`Çinli astroloqlar qarşıda duran dövrü `Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq` adlandırırlar`.