saw 1072     
İstanbulda terrorda ölən Nuranənin cənazəsi Bakıya gətirildi FOTO
İstanbulda terrorda ölən Nuranənin cənazəsi Bakıya gətirildi FOTO
İstanbulda terror hadisəsi nəticəsində dünyasını dəyişən

İstanbulda terror hadisəsi nəticəsində dünyasını dəyişən əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi yanvarın 2-də gecə saatlarında Bakıya göndərilib.

myBaku.az xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosuna Rusiyanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib. 

Bildirilib ki, N.Həsənovanın cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb: "Onun ailəsi də cənazə ilə bərabər Bakıya gedib".  

Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin İstanbul şəhər şöbəsindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, N.Həsənovanın cənazəsi dayısına təhvil verilib.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

FOTOLAR:  ŞƏKİLLƏRİ BÖYÜTMƏK ÜÇÜN ONLARA KLİK EDİN
İstanbulda terrorda ölən Nuranənin cənazəsi Bakıya gətirildi FOTO
2
İstanbulda terrorda ölən Nuranənin cənazəsi Bakıya gətirildi FOTO
3

     

ƏN ÇOX OXUNANLAR