saw 1695     
Türkiyəni təhqir etdiyinə görə döyülən modelyer gey çıxdı - VİDEO
Türkiyəni təhqir etdiyinə görə döyülən modelyer gey çıxdı - VİDEO
Barbaros Şansal Təhlükəsizlik Şöbəsinə aparılıb və orada ifadə verib.

Atatürk Hava limanında saxlanılan və sərnişinlər tərəfindən linç cəhdinə məruz qalan Barbaros Şansal Təhlükəsizlik Şöbəsinə aparılıb və orada ifadə verib. Polis bölməsində Şansal sosial şəbəkədə paylaşdığı mesajları ilə bağlı suallar verilib.

Müxtəlif təhqirlərin yer aldığı video ilə bağlı suallara verdiyi cavabları ilə Şansal hər kəsi təəccübləndirib. O, videonun montaj və təhrif edildiyini deyib. Polisə ifadə verdikdən sonra Şansal Türk Cəza Qanununun 216-ci maddəsi əsasında "Xalqı kin və düşmənçiliyə təhrik və ya təhqir" ittihamı ilə bu gün ədliyyəyə sövq edilməsi gözlənilir.

Vəkil Efkan Bolaç Şansalın məruz qaldığı hücumdan sonra səhhətinin yaxşı olduğu ancaq belində, qasıq və böyrək nahiyəində zədələr, eləcə də əllərində və bədənində kəsiklər olduğunu məlumatı verib.

Narkotik üstündə tutuldu

Xatırladaq ki, 11 may 2015-ci il tarixində Lefkoşa Ercan Hava Limanında Barbaros Şansalın üzərində narkotik vasitə aşkar edilmiş və bir aylıq həb cəzası verilmişdi. Şansalın cəzası başa çatdıqdan sonra Türkiyəyə deportasiya edilmiş, lakin Daxili İşlər Naziri tərəfindən tolerantlıq göstərilərək alınan qərar yerinə yetirilməmişdi.

Bundan başqa, Barbaros Şansal 2012-ci ildə Taksimdə hücuma məruz qalmışdı. Şansal Karaköy Polis Polis Bölməsinə şikayət əzirəsi ilə müraciət edərək Taksim Ayaspaşada məruz qaldığı hücumun siyasi səbəblər üzündən baş verməsi ilə izah edib.

Barbaros Şansal kimdir?

1957-ci ildə Türkiyənin paytaxtı Ankarada dünyaya gələn Şansal İstanbul Fənərbaxça Liseyi, Mərmərə Universiteti və İqtisadi Ticarət Elmlər Akademiyasının Menecment Fakültəsində təhsil alıb. Daha sonra təhsilini Londonda davam etdirib.

Türkiyənin məşhur stilisti kimi tanınan B.Şanal geydir. Stilist tez-tez LGBT haqlarını müdafiə edir və müharibə əleyhinə çıxışlar edir. O, “Sinif Hamur Kağida Mürekkebi Hayatlar" " adlı kitab yazıb.

Həmçinin Metyu Frederikk və Alfredo Kabreranın müəllifi olduğu "Moda məktəbində öyrəndiyim 101 şey" adlı kitabı türkcəyə çevirib dərc edib.

***
Türkiyəli modelyer Barbaros Şansal hava limanında bir qrup insan tərəfindən vəhşicəsinə döyülüb.

 Türkiyənin məşhur modelyeri Barbaros Şansal bayram tətili üçün getdiyi Şimali Kipr Türk Cümhuriyyətində saxlanılaraq İstanbula göndərilib. Təyyarədə və Hava limanında Türkiyə vətəndaşları ona hücum edib, lakin polis bunun qarşısını alıb. Modleyerin hücuma məruz qalmasının səbəbi onun sosial şəbəkədə “Reina” klubunda terror zamanı ölənləri və Türkiyə əleyhinə təhqiramiz ifadələr işlətməsi olub.

Barbaros Şansal əvvəlcə xəstəxanada müayinədən keçirilib, oradan isə ifadə verməsi üçün İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə aparılıb. Hələ rəsmi bir məlumat verilməsə də, Şansalın nəzarətə alındığı saxlandığı məlum olub.


     

ƏN ÇOX OXUNANLAR