Göndərişlərə abunə olun
Загрузка...
MARAQLI

Hansı bürclər altında doğulanlara xoruz ili düşərli olacaq?

"Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli ilə müsahibə

Hansı bürclər altında doğulanlara xoruz ili düşərli olacaq?
saw 3203     

myBaku.az ailem.az-a istinadən "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli ilə müsahibəni təqdim edir.

- 2017-ci ilin Xoruzu hansı rəngdə və xarakterdədir?
 
- Yeni Xoruz ili od ünsürlü və qırmızı rənglidir. Xoruz ilində pul qazanmaq, büdcəni rahat şəraitdə artırmaq olduqca çətindir. Bu dövrdə çoxları karyera zirvəsindən sürətlə aşağı düşür, nəticədə isə bəzən qarşıdurma meylləri də güclənir. Aşağılarla yuxarılar arasında mövcud olan sədd yırtılır. Belə hallar da xaosun meydan sulamasına rəvac verir. Hərbi sahələrdə baş verən neqativ hallar daha qabarıq şəkil alır. Qanunlar lazımi səviyyədə işləmir və ya onlara riayət olunmur. Bu illərdə pul və imkandan daha çox ağıl və analiz üstün olur. Yalnız böyük təcrübə sahibləri, taktikalı və zamanın nəbzini tutanlar qalib gəlir.
 
-  Meymun ili ağır keçdi, gözlənilməz hadisələr, sürprizlər, həm də xoşagəlməz sürprizlərlə keçdi, meymun bizi oynatdı. Bəs xoruzdan nə gözləyək?
 
- Meymun illərində hədəflər məlum deyil, hətta məlum olsa da, gizli saxlanılır. Onun oyun qaydaları üzdən mülayim, sadə görünsə də, əslində təhlükəli və amansızdır. Meymun xəyanətə meyllidir, münaqişə yaratmaq, yalanlarla idarə etmək, gözləmədiyin yerdən vurmaq onun peşəsidir. Təcrübə göstərir ki, bu illərdə şər xeyri üstələyir, maddi resurslar mənəvi dəyərləri arxa plana keçirir, günahsız insanlar əziyyət çəkir, hətta ölür. Dünyanın yenidən bölüşdürülməsi, yeni quruluşların yaradılması və böyük müharibələrin gedişatındakı dəyişikliklərin böyük əksəriyyəti Meymun ilinə təsadüf edir...
 
Xoruz ilində isə vəziyyət bir qədər fərqli, açıq və kəskin formada təzahür edir. Bu vaxta qədər heç bir Xoruz ili sakit və sülh şəraitində keçməyib: daima narahatlıqlar, kütləvi etirazlar, siyasi çaxnaşmalar, məhəlli münaqişələr, çevrilişlər, sui-qəsdlər olub. Bu illərdə yeni-yeni liderlərin pərvəriş tapması, situasiyaların öz məcrasından çıxması, ictimai enerjinin gənclər üzərində cəmləşməsi həmişə labüd olub. Xoruz təcavüzkar ildir. Kimdənsə mərhəmət gözləmək, ədalətin qələbə çalacağına inam bəsləmək boş xülyadır. Məqsədə çatmaq üçün bütün cəbhələrdə, sərt şəkildə mübarizə aparmaq lazımdır. Sükanı əldən buraxmaq, yaxud da kiməsə etibar etmək təhlükəli sonluqla bitə bilər. Hər kəs öz hüququnu bilməli, öz haqqını bütün instansiyalarda tələb etməlidir.
 
- 2017-ci il necə keçəcək, nə gözləyək, nələr baş verəcək?
 
- Xoruz ili Meymun ilinin kəskin davamıdır. Necə deyərlər, Meymunun yaratdığı problemləri məhz Xoruz həll etməyə çalışır. Lakin yeni ilin himayədarı oyun sevmir, qətiyyətli, sərt və səbrsizdir, qarşıda duran problemləri nəyin bahasına olursa-olsun, qısa müddətdə həll etməyə çalışır. İlin ilk yarısı bitməmiş bulanıq sular durulmayacaq.
 
- Xoruz ilində doğulanların digərlərindən üstünlükləri olacaqmı?
 
- Hər halda bu ildə doğulanlar öz meydanında oynayan idmançı təsiri bağışlayacaqlar. Yəni mühit və situasiyaları çoxlarından daha yaxşı anlayacaqlar, həmçinin şanslı və enerjili olacaqlar.
 
- Hansı bürc altında doğulanlara xoruz ili düşərli olacaq?
 
- Düşərli-düşərsiz məsələsi ilk növbədə hər bir fərdin öz davranış və düşüncələrindən asılıdır. Bunun üçün sadəcə olaraq, ilin xarakteri barədə əvvəldə dediklərimi yadda saxlamaq lazımdır. Çünki hər bir zodiak ilinin öz oyun qaydaları, ənənəsi, sərt qanunları olur, əvvəl onları bilib riayət etmək lazımdır. Ümumi astroloji göstəricilərə görə isə Xoruz ilində Buğa, Qız, Oğlaq, Əkizlər, Tərəzi və Sutökən bürcləri digərlərindən daha aktiv və şanslı olacaqlar.
 
- Bu il bürclər dəyişdi, 13-cü bürc əlavə olundu. Bu məsələyə münasibətiniz necədir? 13 bürc niyə və necə yarandı? Bunun xoruz ilinə necə təsiri olacaq?
 
- İlk növbədə deyim ki, zaman-zaman bu məsələ gündəmə gətirilib insanlarda çaşqınlıq yaradılırdı. Lakin 2001-ci ildə Almaniyada astrofiziklərin, elm adamlarının, eləcə də astroloqların iştirakı ilə toplantı keçirildi və məsələyə nöqtə qoyuldu. Hətta bu olmasaydı belə, 13-cü bürc iddiası sübutu olmayan bir fikirdir. Dünya astrofiziklərinin yekdil qəbul etdiyi qənaətə görə, Göy sferasında 88 bürc mövcuddur. Günəş il ərzində onların 12-nin episentrindən keçir, yaz gecə-gündüz bərabərliyində Qoç bürcündən start götürüb, Balıqlar bürcündə dövrünü tamamlayır. Lakin Günəş daha 8 (Qartal, Tülkü, Lira, Herkules, Ox, Şimal Tacı və s.) bürcün müəyyən "sərhədlərini" də keçir ki, bu da çox az faiz təşkil edir. Mübahisəyə səbəb olan və kifayət qədər elmi əsaslandırmaya söykənməyən "13-cü bürc" İlandaşıyan adlanır. Günəş bəhs etdiyim 8 bürcün içində bu bürcdən nisbətən çox keçir, təxminən 7 faiz. Bu faiz göstəricisinin azlığı, həmçinin episentrdən uzaqlığı deməyə əsas verir ki, İlandaşıyan Zodiak bürclərinə aid deyil. Zaman-zaman astronomlar, astrofiziklər astrologiyanı təkzib etmək üçün bu hiylədən yararlanmağa çalışıblar. Amma öz hesablamalarında bu günə qədər "Günəş İlandaşıyan bürcündədir" deməyiblər. Çünki elmi əsası yoxdur. Elm də təkzibolunmaz bir fikirdə dayanıb: Günəş 12 bürcdən keçir.
 
- İnsan doğulanda kosmik fəzanın hansı bucaq altında olmasının elmi izahı varmı? Bunun insan xarakterinə nə dərəcədə təsiri var?
 
- Elə əsl astrologiyanın mahiyyəti də budur. İnsanlarımız bu istiqamətdə maariflənmədiyi üçün belə şeylərə o qədər də maraq göstərmirlər, onları yalnız proqnozlar və xarakteristika ilgiləndirir. Bu vaxta qədər dediyiniz sualları dolğun şəkildə cavablayan kitablar da yazmışam, lakin çox aşağı səviyyədə satılıb. Proqnoz kitablarım isə demək olar ki, geri qayıtmır. Cəmiyyətimizdə bir şeyi öyrənməyə həvəs göstərmək, enerji itirməkdənsə inkarçı mövqedə durmağı üstün tuturlar. Mediada yazılan "ulduz falı" ifadəsi də məqsədyönlü şəkildə ifadə edilir.
 
Qısaca deyim ki, Yerlə Göy vəhdətdədir, biri digərinə bağlıdır, Kainat makro-kosmos, insan isə mikro-kosmosdur. Göy cisimlərinin Yerə, insanlara, hətta hadisələrə təsirini təkzib etmək ya savadsızlıqdan irəli gəlir, ya qərəzdən, ya da materialist dünyagörüşünün ateistləşmiş nəticəsindən. İnsanın astroloji portreti məhz doğum məqamında mövcud olan planetar quruluşa nəzərən tərtib edilir. Astrologiya insanın formalaşmasında, ətrafa münasibətində, yaşam tərzində minimum 30 faiz rol oynayır.
 
-  Xoşbəxt günlərini sizinlə məsləhətləşərək təyin edən olubmu? Çünki bir çox ölkələrdə insanlar məhz astroloqlarla məsləhətləşərək mühüm addım atırlar.
 
- Xoşbəxt günlər deyəndə yəqin ki, toy gününü nəzərdə tutursunuz. Əvvəla, sualınızdan belə çıxdı ki, mən oturub müştəri-filan qəbul edirəm. Əsla! Mən mətbuatda çalışan yaradıcı adamam. Olsa-olsa yaxın dostlarıma müəyyən tövsiyələrimi verirəm. Astrologiya pul qazanmaq və fərdlərə vaxt itirmək sahəsi deyil. İnsanlarımızın böyük əksəriyyəti anlamır ki, bir nəfər üçün qoroskop xəritəsi hazırlamaq üçün azı bir həftə vaxt gedir. Bir nəfərə belə xəritə hazırlamaq o adam haqqında mini elmi iş hazırlamaq deməkdir. Bizdə isə o qədər şarlatan falçı və görücü yanında olublar ki, elə bilirlər, astroloqlar da bədahətən fikir söyləyən "vergili" insanlardır. Öz aramızdır, bir nəfər üçün qoroskop hazırlamaqdansa, oturub maarifləndirici bir məqalə yazaram və minlərlə insan ondan bəhrələnər.
 
-  Elə götürək qardaş və qonşu Türkiyəni. Məşhur insanlar bütün addımlarını astroloqlarla məsləhətləşərək atırlar. Bizdə belə məşhurlar varmı?
 
- Astrologiya həmişə öz gücündə qalıb, hətta dini hakimiyyətlərdə də, sovet dönəmində də. Sadəcə, bu sahə kütləvilik üçün nəzərdə tutulmayıb, gizli elmlər silsiləsinə aiddir deyə çox qabartmaq olmaz. Onsuz da insanlar da tam qavramır, yuxarıda dediyim kimi onları elmi məqalələr, kitablar deyil, ancaq ümidverici proqnozlar maraqlandırır. Mənə o cür müraciət olunarsa, deyərəm sizcə? O adamlar deyir ki, reklam xarakterli olsun və müştəriləri artsın. Müştəri ilə işləməyən adamlar belə sualları cavabsız qoyurlar.


L.O.




AFİŞALAR

SON ƏLAVƏLƏR
"Tramp bir gecəni onunla keçirməyimi istədi" - "Miss Macarıstan"
eye icon 197 time 00:43

"Tramp bir gecəni onunla keçirməyimi istədi" - "Miss Macarıstan"

“Miss Macarıstan 2013” gözəli Kata Sarka dəvət aldığı proqramlardan birində maraqlı etiraf edib.

DİGƏR 2017-01-17
Aktrisanı sinə dekoltesinə görə yıxıb-sürüdülər - FOTOLAR
eye icon 198 time 00:13

Aktrisanı sinə dekoltesinə görə yıxıb-sürüdülər - FOTOLAR

"Çocuklar Duymasın"ın aktrisası Pınar Altuğ toy məclislərinin birində iştirak edib.

DİGƏR 2017-01-17
Sevda elə qısa geyindi ki... - FOTOLAR
eye icon 316 time 23:49

Sevda elə qısa geyindi ki... - FOTOLAR

Müğənni Sevda Yəhyayeva sosial şəbəkədə yeni fotolarını paylaşıb.

ŞOU-BİZ 2017-01-16
Bakıda qadın doğuşa qədər hamilə olduğunu bilməyib – VİDEO
eye icon 206 time 23:26

Bakıda qadın doğuşa qədər hamilə olduğunu bilməyib – VİDEO

Bakıda qeyri adi hadisə yaşanıb.

DİGƏR 2017-01-16
Alimlər qəlyanın ölümcül təsiri barədə xəbərdarlıq ediblər
eye icon 176 time 23:01

Alimlər qəlyanın ölümcül təsiri barədə xəbərdarlıq ediblər

Almaniyalı həkimlər və alimlər qəlyanın ölümcül təhlükəli olması barədə əhaliyə xəbərdarlıq ediblər.

MARAQLI 2017-01-16
Keçmiş deputat oğluna toy etdi: Gəlini qızıla tutdular - FOTO
eye icon 473 time 22:39

Keçmiş deputat oğluna toy etdi: Gəlini qızıla tutdular - FOTO

Məşhur otellərdən birində baş tutan toyda əsasən ailə üzvləri və yaxınları iştirak ediblər.

DİGƏR 2017-01-16
Azərbaycanda ətin qiyməti BAHALAŞDI - VİDEO
eye icon 529 time 22:19

Azərbaycanda ətin qiyməti BAHALAŞDI - VİDEO

Azərbaycan ətə olan tələbatın 92 faizini özü istehsal edir.

DİGƏR 2017-01-16
Balıq yağının düzgün qəbulu belə olmalıdır
eye icon 19 time 21:47

Balıq yağının düzgün qəbulu belə olmalıdır

Balıq yağını yeməkdən dərhal sonra qəbul etmək lazımdır.

MARAQLI 2017-01-16
Azərbaycanlı qız canlı efirdə isti su ilə dolu vannaya girdi – VİDEO
eye icon 181 time 21:33

Azərbaycanlı qız canlı efirdə isti su ilə dolu vannaya girdi – VİDEO

ARB TV-də yayımlanan “Yaşamaq gözəldir” verilişində maraqlı anlar baş verib.

DİGƏR 2017-01-16
Sevil-Sevinc: "İlhamə Quliyeva rəhmətə getdi, dava-dalaş qutardı"
eye icon 452 time 21:16

Sevil-Sevinc: "İlhamə Quliyeva rəhmətə getdi, dava-dalaş qutardı"

Müğənni Sevil-Sevinc bacıları şoubiznesdə olan durğunluqdan da söz açıblar.

ŞOU-BİZ 2017-01-16
Yeni ana olan müğənni Aytac 40 günlük qızı ilə - FOTO
eye icon 293 time 20:46

Yeni ana olan müğənni Aytac 40 günlük qızı ilə - FOTO

Müğənni Aytac Vidadiqızı 40 günlük qızının fotosunu paylaşıb.

DİGƏR 2017-01-16
Amerikanın ən qədim insanları aşkarlanıb
eye icon 154 time 20:31

Amerikanın ən qədim insanları aşkarlanıb

Şimali Amerikada ən azı 24 min il bundan əvvəl məskunlaşıblar.

DÜNYA 2017-01-16
eye icon 1939 time 20:20

"Maaş minimum 700 manat olacaq" - Nazirdən əhaliyə ŞAD XƏBƏR

Bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq.

DİGƏR 2017-01-16
Bakı sakini iddia edir ki, 12-ci imamdır - VİDEO
eye icon 408 time 20:16

Bakı sakini iddia edir ki, 12-ci imamdır - VİDEO

Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqresiya ilə qarşılanıb.

DİGƏR 2017-01-16
Əməkdar artist: "İllər keçsə də, məni "barbi" deyə çağırırlar"
eye icon 166 time 19:17

Əməkdar artist: "İllər keçsə də, məni "barbi" deyə çağırırlar"

Əməkdar artist Rühəngiz Allahverdiyeva "ATV maqazin onlarla" verilişinə müsahibı verib.

DİGƏR 2017-01-16
Dövlət maşınları satışa çıxarılır: 1000, 1200 və 1800 manata (SİYAHI)
eye icon 461 time 18:47

Dövlət maşınları satışa çıxarılır: 1000, 1200 və 1800 manata (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 14-də növbəti avtomobil hərracını keçirəcək.

DİGƏR 2017-01-16
Smartfon istifadə edənlərə şad XƏBƏR: Daha telefon partlayan deyil
eye icon 14 time 18:35

Smartfon istifadə edənlərə şad XƏBƏR: Daha telefon partlayan deyil

ABŞ-ın Stenford Universitetinin alimləri smartfonlar üçün kiçik yanğınsöndürmə qurğusu hazırlayıblar.

DİGƏR 2017-01-16
Rəqqasə Renka başında şamdan rəqs etdi (FOTO/VIDEO)
eye icon 366 time 18:25

Rəqqasə Renka başında şamdan rəqs etdi (FOTO/VIDEO)

Rəqqasə Renka ləqəbi ilə tanınan Rəna Ağamuradova yeni fotosessiya etdirib.

DİGƏR 2017-01-16
Recep İvedik 5-in ilk traileri təqdim edildi
eye icon 24 time 17:51

Recep İvedik 5-in ilk traileri təqdim edildi

Üç dəqiqəlik traileri ilə təqdim edildi.

DİGƏR 2017-01-16
Bu 8 Nəfər Dünyanın Yarısından Daha Varlıdır!
eye icon 304 time 17:45

Bu 8 Nəfər Dünyanın Yarısından Daha Varlıdır!

Dünyanın ən zəngin 8 nəfəri 426 milyard dollar pula sahibdir

MARAQLI 2017-01-16
Azərbaycanlı qadın Xoşqədəmin verilişində zorlandığını etiraf etdi (VİDEO)
eye icon 546 time 17:41

Azərbaycanlı qadın Xoşqədəmin verilişində zorlandığını etiraf etdi (VİDEO)

"Bizə danış" verilişinin bu dəfəki buraxılışı da qalmaqalsız ötüşməyib.

DİGƏR 2017-01-16
Emin Ağalarovun Bakıda keçirdiyi həftəsonu – FOTO + VİDEO
eye icon 227 time 17:30

Emin Ağalarovun Bakıda keçirdiyi həftəsonu – FOTO + VİDEO

“Instagram” səhifəsində Bakıda keçirdiyi tətilinə dair şəkillər paylaşıb.

ŞOU-BİZ 2017-01-16
Mehriban Əliyeva ən fəal deputat seçildi
eye icon 152 time 17:16

Mehriban Əliyeva ən fəal deputat seçildi

Deputatların 2016-cı ildəki fəaliyyətinin qiymətləndirilməsi

DİGƏR 2017-01-16
Türk ulduzlarının biabırçı sərxoş görüntüləri yayıldı - VİDEO
eye icon 448 time 17:05

Türk ulduzlarının biabırçı sərxoş görüntüləri yayıldı - VİDEO

Türkiyəli məşhurların içkili görüntüləri yayılıb

ŞOU-BİZ 2017-01-16
Könül qızının "Hə"risini verdi: "Qohumlardan birinin məclisində üz-üzə gəldilər" FOTO
eye icon 899 time 16:23

Könül qızının "Hə"risini verdi: "Qohumlardan birinin məclisində üz-üzə gəldilər" FOTO

"ARB Ulduz"da yayımlanan "Şou Məkan" verilişinin növbəti qonağı

ŞOU-BİZ 2017-01-16
“Onların nəslində bir nəfər də kişi yoxdur” - Kamildən SENSASİON CAVAB GƏLDİ
eye icon 1137 time 15:54

“Onların nəslində bir nəfər də kişi yoxdur” - Kamildən SENSASİON CAVAB GƏLDİ

Tanınmış müğənni Gülay Zeynalovanın həyat yoldaşı

ŞOU-BİZ 2017-01-16
DİQQƏT: DYP mayoru vətəndaşı PİS söydü, araşdırma başladı VİDEO
eye icon 687 time 15:37

DİQQƏT: DYP mayoru vətəndaşı PİS söydü, araşdırma başladı VİDEO

Dövlət Yol Polisi mayorunun vətəndaşı ağır söyüşlərlə təhqir etməsi

ÖLKƏ 2017-01-16
SON DƏQİQƏ: Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb
eye icon 1437 time 15:02

SON DƏQİQƏ: Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

İstanbulda öldürülən Rövşən Lənkəranski

ÖLKƏ 2017-01-16
Ayaqlarının silikon olmadığını belə sübut etdi - FOTOLAR
eye icon 344 time 14:50

Ayaqlarının silikon olmadığını belə sübut etdi - FOTOLAR

İnstaqram səhifəsində paylaşdığı foto ilə heyrətləndirib

ŞOU-BİZ 2017-01-16
“Nə məhkəmədən, nə də polisdən qorxuram...” - Kamil Zeynallı - VIDEO
eye icon 394 time 14:28

“Nə məhkəmədən, nə də polisdən qorxuram...” - Kamil Zeynallı - VIDEO

Bəli, söymüşəm, əsəbi olmuşam

ŞOU-BİZ 2017-01-16
Qalmaqallı erotik TV-şou efirdə: yatağa çılpaq girib öpüşəcəklər - FOTO
eye icon 4000 time 13:57

Qalmaqallı erotik TV-şou efirdə: yatağa çılpaq girib öpüşəcəklər - FOTO

Bu gün Avstraliyanın SBS telekanalında dünyanın ən qalmaqallı teleşousu

DÜNYA 2017-01-16
DİQQƏT: Dollar 2 manat 80 qəpik olacaq
eye icon 919 time 13:34

DİQQƏT: Dollar 2 manat 80 qəpik olacaq

Manatın gerçək məzənnəsi müəyyənləşməyincə..

ÖLKƏ 2017-01-16
Erməni oğlanla evlənən Leyla əri və qardaşının FOTOSUNU yaydı
eye icon 1808 time 13:16

Erməni oğlanla evlənən Leyla əri və qardaşının FOTOSUNU yaydı

Erməni oğlanla ailə quran azərbaycanlı qız Leyladan xəbər var

LIFE STYLE 2017-01-16
“İstəmirəm ki, hansısa deputat məni “saxlasın”” - FOTOLAR
eye icon 1698 time 12:43

“İstəmirəm ki, hansısa deputat məni “saxlasın”” - FOTOLAR

Gənc müğənni Nərminə Hüseynovanın (Mina)

ŞOU-BİZ 2017-01-16
DİQQƏT: Bakıda “Trump Tower”in adı sökülür - FOTOLAR
eye icon 402 time 12:08

DİQQƏT: Bakıda “Trump Tower”in adı sökülür - FOTOLAR

Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelinin adı sökülür

ÖLKƏ 2017-01-16
SON DƏQİQƏ: Türkiyə təyyarəsi parçalandı, saysız insanlar öldü - ŞOK FOTOLAR
eye icon 1603 time 11:58

SON DƏQİQƏ: Türkiyə təyyarəsi parçalandı, saysız insanlar öldü - ŞOK FOTOLAR

Türkiyənin Turkish Airlines aviaşirkətinin Boeing-7476-400 yük təyyarəsi

DÜNYA 2017-01-16
Hollivudun erotik super ulduzu İslamı qəbul etdi - FOTOLAR
eye icon 1217 time 11:36

Hollivudun erotik super ulduzu İslamı qəbul etdi - FOTOLAR

Bu yaxınlarda Türkiyəyə səfər edən aktrisa Lindsey Lohan

LIFE STYLE 2017-01-16
Polad Bülbüloğlu və Yusif Eyvazov - Rus milyarderin nəvəsinin toyunda + FOTOLAR
eye icon 250 time 00:50

Polad Bülbüloğlu və Yusif Eyvazov - Rus milyarderin nəvəsinin toyunda + FOTOLAR

Valeri Koqan 2.5 milyard dollar sərvətə sahibdir.

DİGƏR 2017-01-16
Serbiyalı müğənninin dərin dekolteli libası - fotolar
eye icon 377 time 00:41

Serbiyalı müğənninin dərin dekolteli libası - fotolar

Verilişinə geyindiyi dərin dekolteli libası ilə müzakirə obyektinə çevrilib.

DİGƏR 2017-01-16
Gəncədə reyd - 70-dən çox piyada cərimələndi + Fotolar
eye icon 139 time 00:25

Gəncədə reyd - 70-dən çox piyada cərimələndi + Fotolar

Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib.

DİGƏR 2017-01-16

baku city