saw 2169     
Lənkəranskinin adamları Elçinin qardaşını belə öldürdü - ŞOK VİDEO

Lənkəranskinin adamları Elçinin qardaşını belə öldürdü - ŞOK VİDEO

Dekabrın 21-də Piter Elçinin qardaşı Fariz İsmayılovun Masallı rayonu ərazisində qətlə yetirilməsi səbəbi ilə bağlı növbəti məlumat yayılıb.

"BakiPost" bu qətlin kriminal aləmdəki iki düşmən arasında baş verən qanlı hesablaşmanın növbəti raundu olduğunu, Fariz İsmayılovun bu il 18 avqustda Türkiyədə qətlə yetirilən Rövşən Lənkəranskinin adamları tərəfindən qisas zəminində öldürüldüyünü yazıb.

Maraqlıdır ki, sayta daxil olan məlumatda Piter Elçinin digər qardaşı – 20 iyun 2016-cı ildə Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazarının qarşısında öldürülən Maarif İsmayılovun da Rövşən Lənkəranskinin adamları tərəfindən qətlə yetirildiyi vurğulanır. 

Rövşən Lənkəranski-Piter Elçin savaşının isə tarixçəsi belədir: Bir neçə il əvvəl Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınan Amil Lənkəranski Moskvada taclandırılırmış. Bu barədə xəbər tutan Piter Elçin Sankt-Peterbuqrdan Moskvaya uçur. Taclandırma mərasiminə qatılan Elçin İsmayılov gözlənilməz addım atır: Ayağa qalxıb az öncə taclandırılan Amilin boynunu qucaqlayır və… silahı çıxarıb onun başından atəş açır. Amil yerindəcə keçinir. Piter Elçin isə heç nə olmamış kimi mərasimi tərk edir.

Bu olaydan sonra Piter Elçinlə Rövşən Lənkəranski arasında konflikt başladığını, o vaxta qədər yaxın olan avtoritetlərin düşmənə çevriliblər. Bildirilir ki, Maarif İsmayılovun qətli də o vaxt məhz Lənkəranskinin sifarişi ilə törədilib. Fariz İsmayılovu masallıda öldürən şəxsin Amil Lənkəranskinin əmisi oğlu olması və Rövşən Lənkəranskinin yaxın adamlarının yanında çalışması bu qətllə bağlı ehtimalları təsdiqləsə də, Maarif İsmayılovun Sankt-Peterburqdakı qətlində ortaya çıxan faktlar bəzi müəmmalar yaradır.

Maarif İsmayılovun qatili kimdir?

Piter Elçinlə Rövşən Lənkəranskinin münasibətlərinin kəskinləşmə səbəbi kimi Amil Lənkəranskinin öldürülməsi ehtimalını bütün informasiyalar təsdiqləyir. Ancaq fərqli formada. Bəzi məlumatlara görə, Amil Lənkəranda məşhur Hacı Daşdəmirin nəvəsidir. O, 27 sentyabr 2012-ci ildə bir neçə nəfərlə Piter Elçinin qardaşını tanımadan döyüb. Sonra döyülənin Piter Elçinin qardaşı olduğunu bilib və Moskvanın tanınmış "Talisman Vostoka” restoranında Elçindən üzr istəyib, hadisənin səhvən baş verdiyini desələr də, məşhur avtoritet onu bağışlamayıb.

Criminal saytı Fariz İsmayılovun Amil Lənkəranskinin qətlindən əvvəl deyil, sonra döyüldüyünü və sümüklərinin sındırıldığını yazıb. Bildirilir ki, elə o vaxtdan Fariz Rusiyanı tərk edərək Lənkəran şəhərinə qayıdıbmış. Bu ərəfədə isə Piter Elçin qanunsuz silah saxladığına görə 2 il həbs olunub.

Rövşən Lənkəranskinin yaxınlarına bağlı olan Murad Əfqan oğlu Quluzadə həm də Lənkəranlı Amilin əmisi oğludur. Bütün bu xəbərlər F.İsmayılovun Amilin qisasına görə öldürüldüyü ehtimalını gücləndirir.

Ancaq Maarif İsmayılovu öldürən şəxsin Rövşən Lənkəranskinin ətrafından olması mübahisəlidir. Çünki qətli törədən və qətldən dərhal sonra bazarda çalışan azərbaycanlılar tərəfindən ələ keçirilən Emil Hüseynov ona sifarişin 155 min dollar müqabilində Vaqif adlı şəxs tərəfindən verildiyini etiraf etmişdi.

Bu imkanlı "Vaqif”in isə Sankt-Peterburqdakı məşhur azərbaycanlı biznesmen Vaqif Məmişov olduğu barədə şübhələr var. M.İsmayılovun qətli ilə bağlı sankt-Peterburqda aparılan istintaqa da Vaqif Məmişov məhz Fariz İsmayılovun Masallıda öldürüldüyü gün – dekabrın 21-də ifadə vermək üçün dəvət edilmişdi.   


     

POPULYAR OXUNANLAR
SON DƏQİQƏ! BAKIDA `VİNÇESTER`LƏ POLİS RƏİSİN VURDULAR ÖLKƏ
SON DƏQİQƏ! BAKIDA `VİNÇESTER`LƏ POLİS RƏİSİN VURDULAR
Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.
SALYANDA MAŞIN DAŞIYAN TIR AŞDI - MAŞINLAR ƏZİK-ƏZİK - FOTOLAR ÖLKƏ
SALYANDA MAŞIN DAŞIYAN TIR AŞDI - MAŞINLAR ƏZİK-ƏZİK - FOTOLAR
Salyanda minik avtomobilləri daşıyan qoşqulu yük maşını aşıb, 7 ədəd yeni minik avtomobili əzilib.
CİNSİYYƏTİNİ DƏYİŞƏN STİLİST RƏŞADIN - FOTOLARI ŞOU-BİZ
CİNSİYYƏTİNİ DƏYİŞƏN STİLİST RƏŞADIN - FOTOLARI
Şou-biznes nümayəndələrini tamaşaçılar qarşısına bəzəyib çıxardan stilistlərdən biri də Rəşad Əliyevdir.
SƏRXOŞ QIZ BAKININ MƏRKƏZİNDƏ HAMIYA QORXU YAŞATDI - VİDEO DİGƏR
SƏRXOŞ QIZ BAKININ MƏRKƏZİNDƏ HAMIYA QORXU YAŞATDI - VİDEO
Nizami küçəsində sərxoş vəziyyətdə olan qız qorxu dolu anlar yaşadıb.
DƏHŞƏT! POLİSİ GÜLLƏLƏYƏN GÖRÜN KİM ÇIXDI - HƏBSLƏR ÖLKƏ
DƏHŞƏT! POLİSİ GÜLLƏLƏYƏN GÖRÜN KİM ÇIXDI - HƏBSLƏR
Orxan Axundzadənin güllələnməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Azərbaycanlı qadınlar seksdə ərlərindən niyə narazıdırlar? MARAQLI
Azərbaycanlı qadınlar seksdə ərlərindən niyə narazıdırlar?
Avropada qadınların cəmi 3-5 faizi ərlərindən narazı qalırlar.
PREZİDENTİN KEÇMİŞ MÜHAFİZƏÇİSİ ÜZÜNDƏN BIÇAQLANDI - FOTOLAR ÖLKƏ
PREZİDENTİN KEÇMİŞ MÜHAFİZƏÇİSİ ÜZÜNDƏN BIÇAQLANDI - FOTOLAR
M.Mədətov bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb.
LEYLA ƏLİYEVA XALQ ARTİSTİNİN AD GÜNÜNDƏ BELƏ OYNADI - VİDEO ÖLKƏ
LEYLA ƏLİYEVA XALQ ARTİSTİNİN AD GÜNÜNDƏ BELƏ OYNADI - VİDEO
Leyla Əliyeva tanınmış rusiyalı müğənni Nikolay Baskovun ad günü şənliyinə qatılıb.
DİQQƏT!MEHRİBAN ƏLİYEVA ANASI İLƏ ŞƏKLİNİ PAYLAŞDI - FOTO DİGƏR
DİQQƏT!MEHRİBAN ƏLİYEVA ANASI İLƏ ŞƏKLİNİ PAYLAŞDI - FOTO
Birinci vitse prezidenti Mehriban Əliyevanin uşaqlıq fotosu yayımlanıb.
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin - XƏBƏRÇİSİDİR MARAQLI
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin - XƏBƏRÇİSİDİR
Bədəndən gələn qoxuların hər birinin ayrı-ayrılıqda öz mənaları var
DİQQƏT! QAPI PƏNCƏRƏLƏRDƏ QIŞ REJİMİ VAR İMİŞ - VİDEO MARAQLI
DİQQƏT! QAPI PƏNCƏRƏLƏRDƏ QIŞ REJİMİ VAR İMİŞ - VİDEO
Ustaların sözlərinə görə, qış rejiminə keçilməsi evinizin istiliyini daha da artıra bilər.
RƏZALƏT! BƏYLƏ GƏLİN TOY ZAMANI CİNSİ ƏLAQƏDƏ OLDULAR VƏ QOVULDULAR - ŞOK FOTO DÜNYA
RƏZALƏT! BƏYLƏ GƏLİN TOY ZAMANI CİNSİ ƏLAQƏDƏ OLDULAR VƏ QOVULDULAR - ŞOK FOTO
Yunanıstanın Rodos adasının sakinləri sosial şəbəkələrdə belə yazırlar.
Bu evlilik fotosessiyası dünyaya səs saldı - FOTOLAR MARAQLI
Bu evlilik fotosessiyası dünyaya səs saldı - FOTOLAR
Bu tip qeyri adi və orijinal fotosessiya istəyənlər artıq növbəyə dayanıb
ƏSAS XƏBƏR! ATIŞMANIN SƏBƏBLƏRİ BİLİNDİ - TƏFƏRRÜAT ÖLKƏ
ƏSAS XƏBƏR! ATIŞMANIN SƏBƏBLƏRİ BİLİNDİ - TƏFƏRRÜAT
Polisləri Müşfiqin adamları zənn ediblər.
DİQQƏT! AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞAN - ATA-OĞULLAR ÖLKƏ
DİQQƏT! AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞAN - ATA-OĞULLAR
Azərbaycanda yüksək və məsul vəzifə sahibi olan ata-oğul tandeminə daha kimlər daxildir?
SON DƏQİQƏ! `HAFKA` BAŞ VERƏN SİLAHLI ATIŞMAYA GÖRƏ HƏBS EDİLDİ ÖLKƏ
SON DƏQİQƏ! `HAFKA` BAŞ VERƏN SİLAHLI ATIŞMAYA GÖRƏ HƏBS EDİLDİ
Silahlı insidentlərə görə “Hafka”nın da həbs xəbəri yayıldı.
AZƏRBAYCANLI QIZIN HAMİLƏ OLMAĞINA İNANMAYACAQSINIZ - VİDEO DİGƏR
AZƏRBAYCANLI QIZIN HAMİLƏ OLMAĞINA İNANMAYACAQSINIZ - VİDEO
8 aylıq hamilə olsada, heç çəkinmədən ən çətin idaman hərəkətlərini belə asanlıqla edir.