saw 376     
BAKIYA 89 HİNDİSTANLI ALDADILIB GƏTİRİLDİ - İNANILMAZ FIRILDAQ

BAKIYA 89 HİNDİSTANLI ALDADILIB GƏTİRİLDİ - İNANILMAZ FIRILDAQ

Mütəşəkkil dəstədə birləşmiş bir qrup şəxs tərəfindən 2017-ci ilin oktyabr ayından başlayaraq Hindistanın 89 vətəndaşının külli miqdarda pul vəsaitlərinin ələ keçirilərək Azərbaycanda işlə təmin edilməsi adı ilə Bakı şəhərinə turist kimi gətirilmələri, yerləşdirilmələri, viza müddətləri bitməsinə baxmayaraq Azərbaycan ərazisində qanunsuz qalmaları müəyyən edilib.

Bu barədə Dövlət Miqrasiya Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdarda əmlakını dələduzluqla ələ keçirmə), 318-1.2.1 və 318-1.2.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz miqrasiyanın təkrarən təşkili) maddələri ilə cinayət işi başlanaraq prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Cinayət işi üzrə miqrantların saxlanıldıqları ünvanlarda, qanunsuz miqrasiyanı təşkil edən şəxslərin yaşayış ünvanlarında baxış, axtarış aparılıb, dindirmə və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, iş üçün əhəmiyyəti olan zəruri sənədlər götürülüb.

Müəyyən edilib ki, Hindistan Respublikasının vətəndaşı Mohammad Sakir və digərləri Hindistan vətəndaşlarını işlə təmin etmək vədi ilə Azərbaycan Respublikasına gəlmələrini, onların hava limanında qarşılanmalarını, əvvəlcədən müəyyən edilmiş yaşayış sahələrində yerləşdirilmələrini təşkil edərək, ölkədə yaşamalarının qanuniləşdirilməsi üçün hər birindən 400-800 ABŞ dolları məbləğində pul alıblar. 

Aparılmış istintaq zamanı həmçinin, qeyd olunan cinayət xarakterli əməllərdə Azərbaycan Respublikasının bir sıra vətəndaşlarının da iştirakının qeydə alınması, əcnəbilərin ali təhsil müəssisələrinə qəbul edilmələrini təşkil edəcəyini vəd etmələri, onların bir çoxunun Ramana və Balaxanı qəsəbələrində yerləşdirilməsi, eləcə də onlara Azərbaycan Respublikasında neft sahəsində fəaliyyət göstərən şirkətin adından guya işlə təmin olunmalarına dair saxta sənədlərin də təqdim olunduğu müəyyən edilib.

Cinayət işi üzrə Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz, Hindistan Respublikasının vətəndaşları Mohammad Shakir, Alimuddin Shaikh, SK Allarakhanın mütəşəkkil dəstə tərkibində qanunsuz miqrasiyanın təşkili və özgənin külli miqdarda əmlakını dələduzluqla ələ keçirmə əməllərini törətmələrinə əsaslı şübhələr olduğundan  onlar Cinayət Məcəlləsinin müvafiq  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərin cinayət əməllərinə məruz qalmış Hindistan Respublikasının vətəndaşları zərərçəkmiş şəxs qismində tanınmaqla, onların, eləcə də təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan, hüquqi yardım almaq, tərcüməçinin xidmətindən istifadə etmək və sair hüquqları tam təmin edilib, zəruri ərzaq, geyim və tibbi təminatlarla əhatə  olunublar.

Mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq zəruri istintaq hərəkətlərinin icrası yekunlaşdıqdan sonra, cinayət əməllərindən zərər çəkmiş şəxslərin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərindən vətəndaşı olduqları ölkəyə göndərilmələri qısa müddət ərzində təmin olunacaq. 

Hazırda cinayətin iştirakçısı olan digər şəxslərin dairəsinin tam müəyyənləşdirilməklə əməllərinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir.

Miqrasiya qanunvericiliyini pozmuş şəxslər barəsində Xarici İşlər Nazirliyi vasitəsi ilə Hindistanın ölkəmizdəki səfirliyi məlumatlandırılıb. Qafqazinfo.az


     

POPULYAR OXUNANLAR
Aktyorun son görünüşü təəccübləndirdi - FOTOLAR DİGƏR
Aktyorun son görünüşü təəccübləndirdi - FOTOLAR
Aktyor Gürkan Uyqun yeni imici ilə hər kəsi təəccübləndirib.
ƏLİ MİRƏLİYEV EFİRDƏ ÖLÜM XƏBƏRİNƏ DÖZƏ BİLMƏDİ - VİDEO ŞOU-BİZ
ƏLİ MİRƏLİYEV EFİRDƏ ÖLÜM XƏBƏRİNƏ DÖZƏ BİLMƏDİ - VİDEO
Əli Mirəliyev verilişdə ölüm xəbəri alıb.
ŞƏBNƏM ƏRİNİN NAMAZ QILARKƏN GÖRÜNTÜLƏRİNİ ÇƏKİB PAYLAŞDI - VİDEO ŞOU-BİZ
ŞƏBNƏM ƏRİNİN NAMAZ QILARKƏN GÖRÜNTÜLƏRİNİ ÇƏKİB PAYLAŞDI - VİDEO
Müğənni Şəbnəm Tovuzlu evindən maraqlı görüntülər paylaşıb.
Toyda böyük skandal yalnız gəlinin rəfiqələrinin sinəsi, ayaqları çəkildi - FOTOLAR DÜNYA
Toyda böyük skandal yalnız gəlinin rəfiqələrinin sinəsi, ayaqları çəkildi - FOTOLAR
Yeni ailə quran cütlük toy fotoqrafını məhkəməyə verib.
DYP ZABİTİ DTX-NIN ƏMƏLİYYATINA MANE OLDUĞU ÜÇÜN - İŞDƏN QOVULDU ÖLKƏ
DYP ZABİTİ DTX-NIN ƏMƏLİYYATINA MANE OLDUĞU ÜÇÜN - İŞDƏN QOVULDU
Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib.
TACİRİN SAXLADIĞI EV HEYVANLARI GÖZLƏNİLMƏZ OLDU - VİDEO ŞOU-BİZ
TACİRİN SAXLADIĞI EV HEYVANLARI GÖZLƏNİLMƏZ OLDU - VİDEO
"Evdəkilərə salam" verilişi bu həftə Tacir Şahmaloğlunun bağ evində olub.
BAKIDA MASAJÇI MÜŞTƏRİNİN İSTƏDİYİNİ ETMƏDİ VƏ DÖYÜLDÜ - BİABIRÇI HADİSƏ ÖLKƏ
BAKIDA MASAJÇI MÜŞTƏRİNİN İSTƏDİYİNİ ETMƏDİ VƏ DÖYÜLDÜ - BİABIRÇI HADİSƏ
Nəsimi rayonu ərazisində yerləşən masaj salonlarının birində döyülmə faktı qeydə alınıb.
ŞEYX HƏMZƏTİN PAYLAŞIMI `OĞRU ALƏMİ`Nİ SİLKƏLƏDİ - ÖLDÜRÜLMÜŞ AVTORİTET SAĞDIR... - VİDEO DÜNYA
ŞEYX HƏMZƏTİN PAYLAŞIMI `OĞRU ALƏMİ`Nİ SİLKƏLƏDİ - ÖLDÜRÜLMÜŞ AVTORİTET SAĞDIR... - VİDEO
Şeyx Həmzətin yaxın adamı Dikiy Teymurun əslində sağ olduğu ortaya çıxıb.
HÖKÜMƏT HƏR BİR ŞƏXSƏ 510 MANAT - BAĞIŞLAYACAQ DÜNYA
HÖKÜMƏT HƏR BİR ŞƏXSƏ 510 MANAT - BAĞIŞLAYACAQ
Hökumət artıq qalan pulu vətəndaşlarına bağışlamağa qərar verib.
MƏŞHUR AKTRİSA KRESLODA CİNSİ ƏLAQƏYƏ GİRDİ - FOTOLAR DİGƏR
MƏŞHUR AKTRİSA KRESLODA CİNSİ ƏLAQƏYƏ GİRDİ - FOTOLAR
52 yaşlı Parker kreslo üzərində onunla cinsi əlaqəyə girib.
DÜNYA ALMAN GÖZƏLİN CAZİBƏDARLIĞINA HƏSƏT APARIR - FOTOLAR DÜNYA
DÜNYA ALMAN GÖZƏLİN CAZİBƏDARLIĞINA HƏSƏT APARIR - FOTOLAR
Kennedy Summer sosial mediadakı paylaşımları ilə diqqət çəkir.
Prezident əhalinin aprelin 1-nə qədər olan borcunu - SİLİR ÖLKƏ
Prezident əhalinin aprelin 1-nə qədər olan borcunu - SİLİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev açıqlama verib.
DƏHŞƏTLİ YANĞIN BAŞ VERDİ - 5 AZƏRBAYCANLI ÖLÜ - ADLAR DÜNYA
DƏHŞƏTLİ YANĞIN BAŞ VERDİ - 5 AZƏRBAYCANLI ÖLÜ - ADLAR
Yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.
Sumqayıtda küçədə gəlini zorlayan öldürən idmançıya -  AĞIR CƏZA - FOTOLAR ÖLKƏ
Sumqayıtda küçədə gəlini zorlayan öldürən idmançıya - AĞIR CƏZA - FOTOLAR
Zorlama zamanı qadın qışqıraraq, insanları köməyə çağırıb.
HƏR GÜN CİNSİ ƏLAQƏYƏ GİRMƏYİN - FAYDALARI MARAQLI
HƏR GÜN CİNSİ ƏLAQƏYƏ GİRMƏYİN - FAYDALARI
Hər gecə yaşanan intim münasibətlərinin sizə faydası da var.
NİŞANLISINI XƏYANƏT ZAMANI TUTDU - `AÇ QAPINI!` - FOTOLAR DÜNYA
NİŞANLISINI XƏYANƏT ZAMANI TUTDU - `AÇ QAPINI!` - FOTOLAR
Saido həmin an evdə 28 yaşlı model Çelsi Louleyslə birlikdə idi.
AZƏRBAYCANDA HƏR KƏS O QADINDAN DANIŞIR - ƏSLİNDƏ KİMDİR? - FOTOLAR 18+ DİGƏR
AZƏRBAYCANDA HƏR KƏS O QADINDAN DANIŞIR - ƏSLİNDƏ KİMDİR? - FOTOLAR 18+
Fotoda əks olunan qadın ərinin ikinci evliliyinə etiraz etdiyi üçün bu hala salınıb.
Şagirdi ilə maşında sevişərkən yaxalandı - FOTOLAR DÜNYA
Şagirdi ilə maşında sevişərkən yaxalandı - FOTOLAR
Polis faktla bağlı ciyayət işinə başlayıb.