saw 594     
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR

AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR

İdmanın ağırlıq qaldırma növündə güclü cinsin nümayəndələrini görməyə adət etmişik. Son dövrlərdə bu ağır və bir o qədər də təhlükəli idman növündə xanımlar da tez-tez rastımıza çıxır.

Onlar arasında uğur qazananların sayı da az deyil. Ancaq bu uğur göstəricilərinin böyük hissəsi Amerika və Avropanın payına düşür. Bizim haqqında danışacağımız xanım isə öz uğuru ilə nəinki Azərbaycanda, hətta okeanın o tərəfində - Amerikada belə xeyli tərəfdar kütləsi qazana bilib. Gülnurə Abuzərova Gia Mendez adı ilə məşhurdur. O, crossfit (sırf ağırlıq qaldırma məşqidir) və fitnesslə məşğul olur. Bu idman növündə o, çox ağır çəkilərlə - ayaq məşqlərində 260-300-310 kq ilə, ştanq beldə oturub qalxmada (Squat) isə 110-120 kq-da məşq edir.

Fitnesslə məşğul olan digər xanım idmançılardan fərqli olaraq o, tək Azərbaycanda yox, eləcə də Amerika və Avropada da məşhurdur. Bir faktı da qeyd edək ki, Gülnarənin instagram hesabı açıldığı 1 ay ərzində altmış mindən çox izləyici yığıb. Onların arasında məşhur Fitness modellər, UFC döyüşçüləri, ulduzlar var.

Gia Mendez ilə müsahibəni təqdim edirik:

- Sizi bir az yaxından tanıyaq... 

- Adım Gülnurədir, 26 yaşım var. Üç ildir ki, idmanla məşğulam. Ailədə məndən başqa idmanla məşğul olan yoxdur. Bu qərarımı ailəm də normal qarşıladı. Onların dəstəyi məni məqsədimə, hədəflərimə doğru addımlamaqda daha da cəsarətləndirdi.

- Necə oldu bu sahəyə maraq yarandı?

- Maraq uşaq vaxtlarından olub. 15-16 yaşlarında səhərlər qaçar, evdə isə press (Abs workout) edərdim. Sonra işləməyə başladım və fikirləşdim ki, mənə işimdən əlavə, yararıma olacaq hobbi lazımdır. Nəyə marağım oldğuma qəti qərar verdim və fitness zalı seçərək məşqlərə başladım. İlk vaxtlar bunu günüm darıxdırıcı keçməsin, həyatıma rəng qatım deyə edirdim. Ancaq hər dəfə güzgüdə baxdıqda bədənimdəki müsbət dəyişiklikləri hiss edirdim və daha ciddi məşğul olmağa başladım. Elə oldu ki, bu istək hobbidən də irəli getdi və mənim gündəlik həyat tərzimə çevrildi. Beləliklə davamlı olaraq idman edir və məşqləri buraxmırdım. İndi isə professional olmaq üçün əlimdən gələni edirəm. Ayaq məşqlərimi 260-300-310 kq ilə, ştanq beldə oturub qalxmada (Squat) isə 110-120 kq-la məşq edirəm. Bu qadın üçün kifayət qədər böyük rəqəmlərdir.

- Qarşınıza hansı hədəflər qoymusunuz?

- Əsas hədəfim bir idmançı xanım kimi təkcə Azərbaycanda deyil, bütün dünyada tanınmaq, böyük uğurlara imza atmaqdır. Bu tək mənim yox, ölkəmin uğuru olar. Bununla həm də, bizim ölkədən də professional xanım idmançıların çıxa biləcəyini sübut etmək istəyirəm. Məqsədimə nail olaraq onları təəccübləndirəcəyimə əminəm. Necə ki, bunun ilk mərhələsini etmişəm.

- Gia Mendez ləqəbi götürməyinizin səbəbi nədir?

Adım, soyadım çox uzundur. Qarşımızdakı hədəfin dünyada tanınmaq olduğunu nəzərə alıb, ləqəbi də buna görə seçdik. Bu ləqəbin seçilməsi Amerikada olan menecerimin istəyi idi. Çünki, mənim bu adla (gia.mendez) İnstagram və Facebook hesablarım Amerika və Avropa da izlənir. Seçimimizdə yanılmadığımızı düşünürəm.

- Məşhur olmayan biri üçün 1 ayda 60 mindən çox izləyici yığmaq çətin olmadı? 

- İllər əvvəl sosial şəbəkələrdən ancaq facebookda olmuşam. Ancaq mənə heç maraq olmadı deyə hesabımı bağladım. Hazırda Instagram-da 60 mindən çox izləyicim var və bu cəmi 1 aya yığılıb. İzləyicilər arasında Avropanın, Amerikanın tanınmış idmançılarına, məşhur müğənnilərə rast gələ bilərsiniz izləyici siyahımda. Səhifəmin rəngarəng olması, mənim də bu idmanı fərqli tərzdə izləyicilərə təqdim etməyim izləyicilərin davamlı və sürətli artmasına səbəb olur.

- Günlük qida rejiminiz necədir? 

- Artıq neçə ildir xüsusi rejimdə qidalanıram. Çalışıram yüksək kalorili ərzaqlardan uzaq olum. Şirniyyatı həftə ərzində cəmi bir dəfə yeyirəm. Gün ərzində yalnız səhər yeməyində çörəkdən istifadə edirəm. Günorta yeməyini adi qaydada yeyirəm. Axşamları isə dietik tvoroq, meyvə və ağartı məhsulları yeyirəm. Sağlam qidalanmaya üstünlük verirəm.

- Ağır məşqlərdən sonra bədəninizi necə formada saxlayırsınız?

- Ağır məşqlərla yanaşı həftənin iki günü sırf Fitness trenajorlar ilə paralel olaraq bədənimi formada saxlayıram ki, kobudlaşmasın. Çünki, sırf ştanq məşqləri qadın bədənini kobudlaşdırır. Bir tərəfdən ştanq məşqləri, digər tərəfdən fitness məşqləri ilə balansa nəzarət edirəm. Ağırlıq məşqləri çox yorucu olduğundan əzələyə daim rahatlıq lazımdır. Bu yorğunluğu çıxarmaq üçün həftə sonları spa-massaj prosedurlarına da gedirəm.

- Yaxşı formada qalmaq istəyən xanımlara tövsiyyəniz nədir?

- Qida rejimlərində dəyişiklik etsələr, ev şəraitində həftədə üç-dörd dəfə idman etsələr, fərqi bir-iki aya görəcəklər. Biz dieta dedikdə əksər insanlar bunu yalnış anlayırlar. Düşünürlər ki, gərək bütün günü heç nə yeməyəsən, ac qalasan. Bu, əslində, belə deyil. İstədiklərini yeyə bilərlər, lakin qətiyyətlə şirniyyat, çörək, bir sözlə un məmulatlarından uzaq dursunlar.

- Kumiriniz kimdir? 

- Məşqlərə başlayanda kiməsə baxıb həvəslənməmişəm. Sadəcə özüm üçün həvəskar məşqlər edirdim. Özüm kimi olmağı sevmişəm, heç kəsə bənzəmək istəməmişəm. Bodibilderlərdən yeganə bəyəndiyim Arnold Şvardsnegerdir. Məşhurlar arasında bəyəndiklərim çoxdur, Monika Belluci, Beyons, Cennifer Lopez və başqaları.

- Boş vaxtlarınızda nə edirsiniz?

- Dəniz kənarında gəzirəm. Film izləməyi çox sevirəm. Qorxu, Triller janrında olan filmlər daha çox diqqətimi çəkir.

- Filmlərdən söhbət düşmüşkən, özünüz hansı janr filmlərdə çəkilmək istəyirsiniz?

Triller, Horror janrlı filmlərdə çəkilmək istərdim. Düzdür, bir az qorxuram, ancaq xoşuma gəlir.

- Hansı film və ya reklam təkliflərini qəbul edərsiniz?

- Bütün təklifləri qəbul edərəm. Əsas odur, qonorarı məni qane etsin.

- İdmanla məşğul olmağınız ətrafınızda necə qarşılanır? 

- Məni müəyyən aradan sonra görən dostlarım, ətrafımdakı insanlar dəyişdiyimi söyləyirlər. Hətta, onlarla da məşqçi kimi məşğul olmağımı istəyirlər. Ancaq, məndə vaxt məhdudiyyəti olduğundan onlara yalnız proqram yazıb göndərməklə kifayətlənirəm. goal.az

FOTOLAR:  ŞƏKİLLƏRİ BÖYÜTMƏK ÜÇÜN ONLARA KLİK EDİN
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
2
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
3
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
4
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
5
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
6
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
7
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
8
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
9
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
10
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
11
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
12

     

POPULYAR OXUNANLAR
AZƏRBAYCANLI `VİNER` HÜSEYNDƏN QALMAQALA SƏBƏB OLACAQ - VİDEO DİGƏR
AZƏRBAYCANLI `VİNER` HÜSEYNDƏN QALMAQALA SƏBƏB OLACAQ - VİDEO
Azərbaycanlı videobloger Hüseyn Əzizoğlunun çəkdiyi video növbəti dəfə tənqidə məruz qalıb.
MTRŞ-DƏN ZAURUN AZYAŞLI QIZA ELÇİ GETMƏSİ İLƏ BAĞLI - AÇIQLAMA ÖLKƏ
MTRŞ-DƏN ZAURUN AZYAŞLI QIZA ELÇİ GETMƏSİ İLƏ BAĞLI - AÇIQLAMA
`Artıq Xəzər televiziyasında yayımlanan bu verilişdən də xəbərdarıq.`
AZƏRBAYCAN ƏSƏBLƏŞƏN KİŞİ `LÜKS CİP`-İ BELƏ YANDIRDI - ŞOK VİDEO DİGƏR
AZƏRBAYCAN ƏSƏBLƏŞƏN KİŞİ `LÜKS CİP`-İ BELƏ YANDIRDI - ŞOK VİDEO
Hadisə bir neçə gün bundan öncə baş verib.
SON DƏQİQƏ! RƏŞAD SADIQOVA VƏZİFƏ VERİLİR İDMAN
SON DƏQİQƏ! RƏŞAD SADIQOVA VƏZİFƏ VERİLİR
AFFA-nın idman direktoru Bernard Lippert tezliklə ölkəmizlə vidalaşacaq.
`QOCA`-NIN TOYDAN MARAQLI GÖRÜNTÜLƏRİ - VİDEO DİGƏR
`QOCA`-NIN TOYDAN MARAQLI GÖRÜNTÜLƏRİ - VİDEO
“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun toyda olarkən çəkilmiş görüntüləri yayılıb.
AZƏRBAYCANIN BİKİNİ-FİTNESS ÇEMPİONU SEÇİLDİ - FOTOLAR İDMAN
AZƏRBAYCANIN BİKİNİ-FİTNESS ÇEMPİONU SEÇİLDİ - FOTOLAR
Ötən gün Bikini-Fitness üzrə Azərbaycan Çempionatı baş tutub.
RƏZALƏT! ƏXLAQSIZLIQ YUVASINDA 20 MANATLIQ QADINLAR - VİDEO ÖLKƏ
RƏZALƏT! ƏXLAQSIZLIQ YUVASINDA 20 MANATLIQ QADINLAR - VİDEO
Xaçmaz şəhərində Çarxı kəndinin camaatı çox narahatdır.
MİLYONÇU 19 YAŞLI QIZIN BAKİRƏLİYİNİ ALDI - 3 MİLYONA - FOTOLAR DÜNYA
MİLYONÇU 19 YAŞLI QIZIN BAKİRƏLİYİNİ ALDI - 3 MİLYONA - FOTOLAR
19 yaşlı amerikalı model bakirəliyini ərəb milyonçuya satıb.
DİQQƏT! AZƏRBAYCANLI QADIN HƏRBİÇİ ŞƏHİD OLDU - FOTO DÜNYA
DİQQƏT! AZƏRBAYCANLI QADIN HƏRBİÇİ ŞƏHİD OLDU - FOTO
Güclü partlayış nəticəsində ölən və yaralananlar olub.
SON DƏQİQƏ! Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ - AÇIQLAMASI DÜNYA
SON DƏQİQƏ! Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ - AÇIQLAMASI
Rəcəb Tayyip Ərdoğan Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib.
GECƏ AVTOXULİQANLIQ EDƏRƏK POLİSƏ ÇƏTİNLİK YAŞADAN ELVİN KİMDİR? - VİDEO ÖLKƏ
GECƏ AVTOXULİQANLIQ EDƏRƏK POLİSƏ ÇƏTİNLİK YAŞADAN ELVİN KİMDİR? - VİDEO
Bakıda “BMW” markalı avtomobilin sürücüsünün sərxoş halda avtoxuliqanlıq edib.
BAKIDA POLİS SEVGİLİSİ İLƏ QAÇAN QIZ ÖZÜNÜ ÖLDÜRDÜ... NİYƏ? - FOTO ÖLKƏ
BAKIDA POLİS SEVGİLİSİ İLƏ QAÇAN QIZ ÖZÜNÜ ÖLDÜRDÜ... NİYƏ? - FOTO
Xalidə Vəliyeva noyabrın 12-də 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
SON DƏQİQƏ! AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB - SON MƏLUMAT ÖLKƏ
SON DƏQİQƏ! AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB - SON MƏLUMAT
AMEA-nın Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏZA - POLİSLƏR QƏZAYA DÜŞDÜ - BİRİ ÖLDÜ - FOTOLAR ÖLKƏ
AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏZA - POLİSLƏR QƏZAYA DÜŞDÜ - BİRİ ÖLDÜ - FOTOLAR
Qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantıdır.
ƏSAS XƏBƏR! BENZİN - BAHALAŞDI 1,25 - 1,50 AZN OLDU ÖLKƏ
ƏSAS XƏBƏR! BENZİN - BAHALAŞDI 1,25 - 1,50 AZN OLDU
Azərbaycanda benzinin qiyməti bahalaşdı.
MİLYONÇU ƏRƏB BAKIDAN QIZ ALDI - VİDEO ÖLKƏ
MİLYONÇU ƏRƏB BAKIDAN QIZ ALDI - VİDEO
Azərbaycanlı qız ərəb oğlanla ailə həyatı qurub.
DİQQƏT! SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - BU QAYDALAR DƏYİŞDİRİLİR ÖLKƏ
DİQQƏT! SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - BU QAYDALAR DƏYİŞDİRİLİR
Layihə səsə qoyularaq qəbul edilib.
Faiq, Aygün, Almaz və Samirin 29 il əvvəlki görüntüləri yayıldı - VİDEO ŞOU-BİZ
Faiq, Aygün, Almaz və Samirin 29 il əvvəlki görüntüləri yayıldı - VİDEO
Sosial şəbəkə istifadəçiləri əsasən müğənnilərin geyimi müzakirə ediblər.