saw 251     
`BUNLARA SÖZ DEMƏK `ZAPADLO`DUR` - MƏHKƏMƏDƏ

`BUNLARA SÖZ DEMƏK `ZAPADLO`DUR` - MƏHKƏMƏDƏ

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

myBaku.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində İrza Nağıyev dindirilib. O, Ağstafa Rayon Polis İdarəsinin rəis müavini olduğunu deyib:

"Nəsimi Rayon Polis İdarəsindən bizə qərardad gəlmişdi ki, Məhəbbət Namazovun evində axtarış keçirilsin. Deyilən ünvana getdik. Həyat yoldaşı evdə axtarış aparmağımıza etiraz etmədi. Bununla bağlı sənədə imza da çəkib. Biz də baxış keçirdik. Mətbəxdə çaydanın içində "Makarov" tapançasına aid 15 ədəd güllə aşkarlandı. Daha sonra bir bıçaq tapdıq. Həmin vaxt yoldaşı ordaydı. O bildirdi ki, bıçaqlar onun rəhmətlik qayınatasına məxsus olub".

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. 

Daha sonra İlqar Əmrullayev də şahid qismində ifadə verib. O, Məhəbbət Nazamozun maşınında axtarışda iştirak edib: "Mən yolla gedirdim. Bu zaman polis əməkdaşları gəldi ki, maşına baxış keçirilir. Siz də hal şahidi kimi iştirak edin. Mən də iştirak elədim.

Maşının içində toza oxşar şey tapıldı".

Məhəbbət Namazov hal şahidini yalnız polis idarəsində gördüyünü deyib: "Bunlara nə deyəsən. Bədbəxt insanlardır. Damarları qırıqdılar. Bunlara söz deməyin, sual verməyin özü "zapadlo"dur".

Digər hal şahidi Faiq İsmayılov da məhkəmədə ifadə verib. O, M.Novruzov polis idarəsində olarkən hal şahidi kimi çağırıldığını və orada iştirak etdiyini söyləyib. Hal şahidi selofan paketdə ağ maddə gördüyünü deyib.

Məhkəmədə məlum olub ki, hal şahidi Faiq İsmayılov ifadə verdikdən iki gün sonra həbs edilib. O, narkotik istifadəçisi kimi həbs edilibmiş. Bir neçə ay sonra azadlığa çıxıb.

Faiq İsmayılov hal şahidi kimi polis idarəsinə dəvət olunarkən narkotik vasitənin təsiri altında olduğunu deyib: "Mən ağrıyırdım. Hallı idim. Dedilər yuxarı qalxmaq lazımdır. Mən də qalxdım. Sənədlərə qol çəkdim. Nə yazıldığını, nə olduğunu xatırlamıram. Mən ora dəvət ediləndə selofanda olan maddəni gördüm. Amma bilmədim ki, kimin üstündən çıxıb".

M.Novruzov isə bildirib ki, hal şahidinə təzyiq edilir: "O indi də düzünü deyə bilmir. Zalda polis əməkdaşı var idi. İndi çıxdı. Hal şahidini də o gətirib. Əgər başqa nəsə desə, çıxanda tutacaqlar. Bu tutulanda mən istintaq təcridxanasındaydım. Yatdığı kameranı da bilirdim. Lakin ona heç bir pislik eləməmişəm. Bu mənim kişiliyimdir". 

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin həyat yoldaşı Xəyalə Namazova ifadə verib. O bildirib ki, rayondakı evinə polislər gəlib axtarış edəcəklərini dedilər: "20-yə yaxın polis əməkdaşı gəlmişdi. Lakin 6-7-si içəri girdi. Axtarışda özüm də iştirak etdim. Bir şəkili, bıçağı və patron çıxartdılar. Həmin bıçaq qayınatamın olub, paslanmışdı. Heç istifadə eləməmişik. Patronları da özləri evimizə gətirmişdilər. Bizim evimizdə silah-sursat olmayıb. Patronları mətbəxdən tapdıqlarını deyirlər. Mən hər gün o mətbəxdə təmizlik işləri görürəm. Heç vaxt orda elə şey olmayıb. Axtarış 1 saat çəkdi".

Vəkilin sualına cavab verən Xəyalə Namazova bildirib ki, ona ağ kağıza qol çəkdiriblər: "Dedilər yoldaşınız həbs olunduğu üçün evinizdə axtarış aparacağıq. Mən də dedim buyurun. Lakin mənə hüquqlarımı başa salmadılar. Axtarışdan imtina edə bilməyəcəyimi deməmişdilər". 

Məhkəmə prosesi oktyabrın 18-də davan edəcək. 

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.


     

POPULYAR OXUNANLAR
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR DİGƏR
AZƏRBAYCANLI QIZ BİR AYDA 60 MİN İZLƏYİCİ TOPLADI - FOTOLAR
"Mənim bacardığımı heç kişilər də bacarmaz"
SON DƏQİQƏ! AZƏRBAYCANDA MƏMUR VƏFAT ETDİ - FOTO ÖLKƏ
SON DƏQİQƏ! AZƏRBAYCANDA MƏMUR VƏFAT ETDİ - FOTO
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə müdiri vəfat edib.
RƏZALƏT!BUNLAR EFİRƏ GETMƏYİB - `TALIBIN OTAĞINA NİYƏ GETDİN?` - VİDEO ŞOU-BİZ
RƏZALƏT!BUNLAR EFİRƏ GETMƏYİB - `TALIBIN OTAĞINA NİYƏ GETDİN?` - VİDEO
"Maşın" realiti şouda ulduzlar arasında ən qalmaqallı söz savaşının görüntüləri yayılıb.
SON DƏQİQƏ! PREZİDENT `POLİS HAQQINDA` QANUNA DƏYİŞİKLİK ETDİ - SƏRƏNCAM ÖLKƏ
SON DƏQİQƏ! PREZİDENT `POLİS HAQQINDA` QANUNA DƏYİŞİKLİK ETDİ - SƏRƏNCAM
Prezident İlham Əliyev sərəncam imzalayıb.
QALMAQAL! MƏTANƏT RÖVŞANƏNİ TƏHQİR ETDİ - `BƏDBƏXT İNSAN` - VİDEO ŞOU-BİZ
QALMAQAL! MƏTANƏT RÖVŞANƏNİ TƏHQİR ETDİ - `BƏDBƏXT İNSAN` - VİDEO
`Naşı, aparıcılıqdan xəbəri olmayan bədbəxt insan qarşıma çıxır.`
DİQQƏT! NÖMRƏLƏRİN STANDARTI AÇIQLANDI - MƏCBURİDİR - FOTOLAR ÖLKƏ
DİQQƏT! NÖMRƏLƏRİN STANDARTI AÇIQLANDI - MƏCBURİDİR - FOTOLAR
Dövlət standartının tələbləri məcburidir.
TANINMIŞ İCRA BAŞÇISININ OĞLU VƏFAT ETDİ - FOTO ÖLKƏ
TANINMIŞ İCRA BAŞÇISININ OĞLU VƏFAT ETDİ - FOTO
Emin Əzizov qəfil baş verən ürək çatışmazlığından vəfat edib.
`MAŞIN ŞOU`DA SƏS VERMƏDƏ GÖRÜLMƏYƏN - NƏTİCƏ - VİDEO ŞOU-BİZ
`MAŞIN ŞOU`DA SƏS VERMƏDƏ GÖRÜLMƏYƏN - NƏTİCƏ - VİDEO
`Maşın` şounun növbəti buraxılışı baş tutub.
BİABIRÇILIQ! BAKININ MƏŞHUR GECƏ KLUBUNDAN - PAYLAŞIM - FOTO DİGƏR
BİABIRÇILIQ! BAKININ MƏŞHUR GECƏ KLUBUNDAN - PAYLAŞIM - FOTO
Paylaşım hər kəs tərəfindən tənqid olunub.
`BDU`-DA OĞLAN QIZA GÖRÜN NƏ ETDİ - VİDEO ÖLKƏ
`BDU`-DA OĞLAN QIZA GÖRÜN NƏ ETDİ - VİDEO
Dünən Bakı Dövlət Universitetinin bufetində maraqlı anlar yaşanıb.
HACI NURANIN KOSTYUMLARIN GÖRÜN KİM TİKİR - FOTOLAR ŞOU-BİZ
HACI NURANIN KOSTYUMLARIN GÖRÜN KİM TİKİR - FOTOLAR
Teleaparıcı geyimləri ilə bağlı danışıb və kostyumlarına aydınlıq gətirib.
SON DƏQİQƏ! PREZİDENT İPOTEKA İLƏ BAĞLI SƏRƏNCAM İMZALADI ÖLKƏ
SON DƏQİQƏ! PREZİDENT İPOTEKA İLƏ BAĞLI SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev sərəncam imzalayıb.
KİRAYƏ QALDIQLARI EVİN YATAQ OTAĞINDA - GİZLİ KAMERA ÇIXDI DÜNYA
KİRAYƏ QALDIQLARI EVİN YATAQ OTAĞINDA - GİZLİ KAMERA ÇIXDI
Hadisə yerinə polis çağırılıb.
ARİF QULİYEVİN YENİ AVTOMOBİLİ - VİDEO ŞOU-BİZ
ARİF QULİYEVİN YENİ AVTOMOBİLİ - VİDEO
Xalq artisti Arif Quliyev ötən gün proqramların birindən çıxarkən avtomobili ilə görüntülənib.
AZƏRBAYCANLI AVTORİTETİN `OĞRU` ADI ÖZÜNƏ QAYTARILDI - FOTOLAR DİGƏR
AZƏRBAYCANLI AVTORİTETİN `OĞRU` ADI ÖZÜNƏ QAYTARILDI - FOTOLAR
“Gəlin onu Oğru Evimizdə” salamlayaq, uzun ömür, can sağlığı, sevinci günlər arzulayaq”.
CİNSİ ƏLAQƏ ZAMANI EHRİRASI ARTIRAN - 6 HƏRƏKƏT MARAQLI
CİNSİ ƏLAQƏ ZAMANI EHRİRASI ARTIRAN - 6 HƏRƏKƏT
Tərəfdaşınızla əlaqələrinizi sürətləndirəcək və münasibətinizi daha gücləndirəcək müəyyən hərəkətlər var.
DİQQƏT! AVTOMOBİL İDARƏ EDƏRKƏN SÖHBƏTƏ GÖRƏ - 40 AZN CƏRİMƏ - RƏSMİ ÖLKƏ
DİQQƏT! AVTOMOBİL İDARƏ EDƏRKƏN SÖHBƏTƏ GÖRƏ - 40 AZN CƏRİMƏ - RƏSMİ
`Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək`.
EFİRDƏ BİABIRÇILIQ! ZAUR: `BU DA AZƏRBAYCANIN FULUDUR` - VİDEO ŞOU-BİZ
EFİRDƏ BİABIRÇILIQ! ZAUR: `BU DA AZƏRBAYCANIN FULUDUR` - VİDEO
Müğənni aldığı bahalı hədiyyələrdən danışdı.