saw 717     
DİQQƏT! BU YAĞLARI ALMAYIN - TƏHLÜKƏLİDİR

DİQQƏT! BU YAĞLARI ALMAYIN - TƏHLÜKƏLİDİR

Azərbaycana ucuz və təhlükəli kərə yağları gətirilib.

Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirmiş oldu. Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.

Xatırladaq ki, ötən həftə kərə yağının kəskin bahalaşmasından sonra yaranan narazılıqlar bu məhsulun idxalçılarının açıqlama ilə çıxış etməsinə səbəb oldu. Ölkənin 7 ən böyük yağ idxalçısı qiymət artımının səbəblinə dair ictimaiyyətə izahat verdi. Həmin izahatdakı bir fikir xüsusilə diqqəti cəlb edir. Belə ki, idxalçı sahibkarlar bildirdilər ki, “bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakçılara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır”.

myBaku.az xəbər verir ki, “Yeni Müsavat”ın apardığı araşdırmaya görə hazırda bazarda qeyd olunan qiymətə satılan əsasən Rusiya, Belarus və Ukrayna mənşəli kərə yağlarıdır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan aydın olur ki, 2017-ci ildə bu ölkələrdən yağın kiloqramı 2-4 dollara idxal edilib. Halbuki həmin ölkələrdə yüksək keyfiyyətli (72 və 82,5 faizli) kərə yağının topdansatış qiyməti 5 dollardan aşağı deyil. Bu isə qeyd olunan ölkələrdən gətirilən yağların keyfiyyətini ciddi sual altında qoyur.

Bu fakt diqqəti idxal olunan ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsinə yönəldir.

Qeyd edək ki, ölkədə istehsal olunan və kənardan gətirilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsi ötən ilin dekabrında prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan prioritet məsələlərdən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən bu ilin 6 ayı üzrə həmin sənəddə nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi aparılıb. Monitorinq göstərib ki, “Əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərinin formalaşdırılması” prioritetinin icrası istiqamətində işlərə hələ başlanmayıb.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, idxal olunanda bütün növ məhsulların, o cümlədən də ərzaq məhsullarının həm Azərbaycanda, həm də dünyada qəbul olunmuş keyfiyyət standartlarına uyğunluğu yoxlanılır, uyğunluq sertifikatı verilir. Həmin sertifikatları verən təşkilatları Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi seçir: “Onların siyahısı bizim internet saytımızda var. İdxal ediləcək məhsullar uyğunluq sertifikatı verilməsi üçün həmin təşkilatlar tərəfindən sınaq laboratoriyalarında yoxlanılır. Əgər müəyyən olunmuş standartlarla uyğundursa, ona uyğunluq sertifikatı verilir və idxalı həyata keçirilir. Uyğun olmayan məhsula isə belə sertifikat verilmir.”

Bəs hər hansı yolla istehlak bazarına standartlara cavab verməyən, aşağı keyfiyyətli məhsulların çıxarılmasına necə nəzarət olunur? Belə halların qarşısını almaq üçün hansı addımlar atılır?

Qurum rəsmisinin sözlərinə görə, 2 ildir ölkədə sahibkarlıq subyektlərinin yoxlanmasının qadağan olunması haqqında qanun qüvvədədir: “Buna görə də biz istehlak bazarında planlı yoxlamalar aparmırıq. Sadəcə, konkret müraciətlər olanda yoxlama həyata keçiririk. Bildiyiniz kimi, qanunun müddəti noyabrda bitir. Əgər yenidən müddəti uzadılmasa, biz planlı yoxlamaları bərpa edəcəyik. Uzadılsa belə, bu, o demək deyil ki, sahibkarlar aşağı keyfiyyətli, vətəndaşların sağlamlığı üçün təhlükə yaradan məhsulları gətirməlidilər. Onlar bu məsələdə öz üzərlərinə düşən məsuliyyəti layiqincə qiymətləndirməyi bacarmalıdılar.”

Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən dəyişikliklər nəticəsində ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb. Belə ki, dəyişiklikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq bu sənədlər qaydalardan çıxarılıb. Beləliklə də idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə onların uyğunluq sertifikatı tələb olunmur.


     

POPULYAR OXUNANLAR
Vasif qızına ad günü etdi - FOTOLAR - VİDEO ŞOU-BİZ
Vasif qızına ad günü etdi - FOTOLAR - VİDEO
Əməkdar artist Vasif Məhərrəmli qızı Əfşana ad günü edib.
Cinsi həyatla bağlı səhv inanclar: seks arzulayan qadın... MARAQLI
Cinsi həyatla bağlı səhv inanclar: seks arzulayan qadın...
Kişi istənilən qadına necə həzz yaşadacağını bilməlidir.
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR ÖLKƏ
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR
Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.
Prezidentdən təhsillə bağlı - SƏRƏNCAM ÖLKƏ
Prezidentdən təhsillə bağlı - SƏRƏNCAM
Prezident İlham Əliyev sərəncam imzalayıb.
MƏŞHURLARIN AYLIQ XƏRCLƏRİ - ŞOK RƏQƏMLƏR - 24 MİN, 10 MİN... - SİYAHI ŞOU-BİZ
MƏŞHURLARIN AYLIQ XƏRCLƏRİ - ŞOK RƏQƏMLƏR - 24 MİN, 10 MİN... - SİYAHI
Məşhur xanımlar baxımlı qalmaq üçün daha çox pul xərcləməlidirlər.
Damlanın oğlu Zauru pərt etdi - ALAN VURUB`A GÖRƏ - VİDEO ŞOU-BİZ
Damlanın oğlu Zauru pərt etdi - ALAN VURUB`A GÖRƏ - VİDEO
Aparıcı Zaur Kamalla müğənni Damlanın oğlu İbrahim arasında maraqlı dialoq baş tutub.
Qalmaqallı libasları ilə yadda qalan azərbaycanlı məşhurlar - FOTOLAR ŞOU-BİZ
Qalmaqallı libasları ilə yadda qalan azərbaycanlı məşhurlar - FOTOLAR
Şou-biznes nümayəndələrinin geyimləri də az səs-küyə səbəb olmayıb.
BAKIDA ŞAXTA BABA OLMAQ ÜÇÜN ÖDƏNİLƏCƏK - RÜSUM ÖLKƏ
BAKIDA ŞAXTA BABA OLMAQ ÜÇÜN ÖDƏNİLƏCƏK - RÜSUM
Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub.
SON DƏQİQƏ! Azərbaycanda məmur həbs edildi ÖLKƏ
SON DƏQİQƏ! Azərbaycanda məmur həbs edildi
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.
Daha bir bank çökdü - ƏMƏLİYYATLAR DAYANDI ÖLKƏ
Daha bir bank çökdü - ƏMƏLİYYATLAR DAYANDI
Azərbaycanda daha bir bank əmanət qəbulunu və kredit verilməsini dayandırıb.
İt ilində bizi nə gözləyir? - ASTROLOJİ PROQNOZ MARAQLI
İt ilində bizi nə gözləyir? - ASTROLOJİ PROQNOZ
`Çinli astroloqlar qarşıda duran dövrü `Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq` adlandırırlar`.
BİABIRÇILIQ! TƏRANƏ QUMRALDAN EFİRDƏ SÖYÜŞ - VİDEO ŞOU-BİZ
BİABIRÇILIQ! TƏRANƏ QUMRALDAN EFİRDƏ SÖYÜŞ - VİDEO
`Mən dədəmin qızıyam, dədəm kişi olub.`
Nikinin bu fotosuna milyondan çox `like` gəldi - FOTO DİGƏR
Nikinin bu fotosuna milyondan çox `like` gəldi - FOTO
Niki Minaj paylaşdığı cəsarətli fotosu ilə gündəm olub.
Nadir Qafarzadə Emini Leyla Əliyevadan ayrıldığı üçün sərt qınadı - FOTO ŞOU-BİZ
Nadir Qafarzadə Emini Leyla Əliyevadan ayrıldığı üçün sərt qınadı - FOTO
`Etdiyi hərəkətləri də, gizlin saxlayardı ki, cəmiyyət görməsin.`
Bu da Müşfiqin hər kəsdən gizlətdiyi nişanlısı Aynurə - FOTO ÖLKƏ
Bu da Müşfiqin hər kəsdən gizlətdiyi nişanlısı Aynurə - FOTO
Azərbaycanlı aktyor Müşfiq Şahverdiyev subaylığın daşını atır.
Fazil Məmmədovun ailə - FOTOLARI ÖLKƏ
Fazil Məmmədovun ailə - FOTOLARI
Fazil Məmmədovun ailəsi də həmişə rəğbətlə qarşılanıb.
Bakı sakinlərinə XƏBƏRDARLIQ - 5 gün sonra saat 12:00-dan etibarən... ÖLKƏ
Bakı sakinlərinə XƏBƏRDARLIQ - 5 gün sonra saat 12:00-dan etibarən...
Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq `Azərişıq` ASC tərəfindən ciddi tədbirlər görüləcəkdir.